шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

Ümumi kimya və kimyanın tədrisi texnologiyası kafedrası

Kimya ixtisası üzrə fəlsəfə doktoru.

ADPU – nun Kimya və biologiya fakültəsinin “Ümumi kimya və  kimyanın tədrisi metodikası” kafedrasının baş müəllimi.  

          

Qısa bioqrafik məlumat

1976 - cı il iyul ayının 27 – də Bakı şəhərində anadan olub.1993 -  cü ildə Bakı şəhərində orta məktəbi bitirib. Evlidir.

Təhsili, elmi dərəcəsi və elmi adı

⸱ Ali təhsillidir. 1998 – ci ildə ADPU –nun kimya fakültəsini bitirib

⸱ 2000 – ci ildə ADPU – nun kimya ixtisası üzrə magistratura şöbəsini fərqlənmə diplomu ilə bitirib

⸱2002 – ci ildə ADPU – nun dissertantı olub

⸱2008 – ci ildə namizədlik dissertasiyası müdafiə edərək 02.00.01 – qeyri – üzvi kimya ixtisası üzrə kimya elmləri namizədi adını alıb

Əmək fəaliyyəti

2000 – ci ildə ADPU – da müəllim

⸱ 2011 – ci ildə ADPU – da baş müəllim

Apardığı dərslər

Ümumi kimya

Qeyri – üzvi kimya

Kompleks birləşmələr kimyası

Kimyanın tədrisi metodikasının müasir problemləri

Müasir pedaqoji texnologiyalar

Kimyanın tədrisi metodikası

Elmi yeniliklər

Berterit, kozalit və krupkait minerallarının nadir torpaq elementlərilə sintetik analoqlarının sintezi və tədqiqi

Tədqiqat sahəsi

Təbii minerallar əsasında yeni sinif izostruktur analoqların sintezi və tədqiqi

Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı

G. N. İsmayılova, M. N. Hüseynov “ Neodiumun ( III ) hidrazinlə kompleks əmələ gətirilməsinin tədqiqi “ Ümummilli lider H. Əliyevin anadan olmasının 89 – cu ildönümünə həsr olunmuş  “ Kimyanın aktual problemləri “ və Respublika Elmi Konfrans materialları, Bakı, 2012.

G. N. İsmayılova, M. N. Hüseynov “ Samariumun ( III ) hidrazinlə kompleks əmələ gətirməsinin tədqiqi “ ADPU – nun xəbərləri, təbiət elmləri bölməsi 2012.