шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

Məktəbəqədər təhsil fakültəsi

 

Məktəbəqədər təhsil fakültəsi

 

 

 

 1  IMG 8174  IMG 9389 IMG 8229    IMG 8230  
Əliyeva Şəhla
Dekan
Professor
İmanov Allahyar
Dekan müavini
Dosent  
 Namazəliyeva Səkinə
Tyutor 
 Rəhimova Qönçə
Tyutor 
 Əhmədova Rəna
Tyutor
Ələkbərova Nərgiz 
Tyutor
 
      IMG 9390      
    İsmayılova Qədəmli
Tyutor
 Cəfərzadə Leyla 
Operator
     

 

İş telefonu: +994 (0)12 465 75 91

e-poçt: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.    

            Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Ünvan: Bakı ş., Nəsimi r., Koroğlu Rəhimov 13

 

Tarixi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin tədris, elm və inzibati bölməsi olub, pedaqoji kadr hazırlığı istiqamətində hazırda tələbə sayına görə ən böyük fakültələrdən biri olan, bu gün daha çox tələbat olan ixtisasları özündə birləşdirən Məktəbəqədər təhsil, Psixoloji xidmət və Korreksiyaedici təlim fakültəsi müstəqil olaraq 1981–ci ildən fəaliyyət göstərir. 1981 ci ildə “Məktəbəqədər tərbiyə”, 1992-ci ildən “Pedaqogika və psixologiya (məktəbəqədər)”, 2001-ci ildən 2015-ci ilin oktyabrınadək “Pedaqogika və psixologiya”, 2015-ci ilin oktyabrından” Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedic təlim “ adlanır.

1996-cı ilə qədər fаkültədə yаlnız bir –“ Məktəbəqədər təhsilin pedaqogikası və metodikası” (əyani və qiyabi şöbə) ixtisası, 1996-cı ildən Korreksiyaedici pedaqogika və xüsusi psixologiya (məktəbəqədər ) ixtisası üzrə kаdr hаzırlаnırdı, 1997-ci ildən еtibаrən fаkültədə “Defektologiya”, 1998-ci ildən isə “Psiхоlоgiyа” iхtisаsı üzrə ali təhsilli kadr hazırlığına başlanmışdır. Bu ixtisaslar yerini 2009-cu ildən“Məktəbəqədər təlim və tərbiyə”, “Korreksiyaedici təlim” və “ Təhsildə sosial-psixoloji xidmət” ixtisaslarına vermişdir. 2015 ci ilin dekabr ayından fakültədə Korreksiyedici təlim kafedrası açılmışdır. 2015/2016-cı tədris ilindən başlayaraq hər üç ixtisas üzrə rus bölməsi fəaliyyət göstərir. Fakülədə əcnəbi vətəndaşlar da təhsil almaqdadır.(TC və ÇXR vətəndaşları) Fakültədə 4  ixtisas kafedrası  fəaliyyət göstərir: Məktəbəqədər təhsilin pedaqogikası və metodikası, Yaş və pedaqoji psixologiya ,Ümumi psixologiya və Korreksiyaedici təlim .

Məktəbəqədər təhsil sahəsində Əfşan xanım Qədimbəyovadan başlanan fəaliyyət R.Şapiro, dos.N.Rüstəmova, dos.B.Paşayeva, dos.S.Axundova, S.Əfəndiyeva, dos.R.Mursaqulova ilə davam etmiş və dos.Z.Vəliyeva, prof.Ş.Əliyeva, prof.M.İlyasov  və b. ilə davam etdirilməkdədir.

1921-ci ildə APİ fəaliyyətə başladığı ildən pedaqogika və psixologiya kafedrası yaranmışdır. Respublikanın ilk psixoloqları və psixologiya müəllimləri pleyadasında respublikanın əsasən görkəmli filosofları –H.Şahtaxtinski, A.Makiovelski, Ə.Zəkuyev və b. həlledici rol oynamışlar. R.Məhərrəmov, M.Hacıyev, M.Abbasov, Ş.Ağayev, Z. Mehdizadə və b.psixoloqların adı bu gün universitet tarixində fəxrlə anılır.. Fakültənin Ümumi psixologiya kafedrasına uzun illər görkəmli psixoloq- alim, professor Əbdül Əlizadə rəhbərlik etmişdir. Fakültədə prof.Ə.Baxşəliyev, prof.R.Əliyev kimi psixoloqlar çalışır. Korreksiyaedici təlim sahəsi üzrə dos.N.Hüseynova, dos.T.Ağayeva, dos.S.Aslanova və digər  mütəxəssislər fəaliyyət göstərirlər. 2009/2010-cu tədris ilindən başlayaraq fakültə tələbələri baloniya sistemi ilə təhsil alır. 2011/2012 tədris ilində ilk dəfə olaraq “Müasir təhsil və tədrisə yardım mərkəzi”, “Dünyaya baxış” təşkilatı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə inklüziv təhsilə dair pilot layihəsi həyata keçirilmiş və bunun nəticəsi olaraq hər üç ixtisasın tədris planına İnklüziv təhsil fənni daxil edilmişdir. İnklüziv təhsillə bağlı seminarlar və konfranslar keçirilmiş, bu seminarlarda bir çox mütəxəssislər o cümlədən Aberdeen və Cambridge universitetləriinin İnklüziv təhsil üzrə professorları dəfələrlə iştirak etmişlər. Fakültədə Polşa Respublikası səfirliyinin dəstəyi və Polşa səfirinin iştirakı ilə 2013-cü ildə “Uşaq inkişaf mərkəzi” yaradılmışdır. Polşa Respublikasının bu sahə üzrə mütəxəssis-metodistləri, o cümlədən Türkiyədən gəlmiş mütəxəssislər müəllim və tələbələrimizlə təlimlər, seminarlar keçirmişlər.

Fakültə ixtisaslarına son iki ildə maraq daha da artmış və yüksək balla qəbul olanların sayı fərqli dərəcədə artmışdır. Universitetimizə və ixtisaslara olan bu maraq və müsbət  münasibətin bir sıra səbəbləri vardır.

 ADPU-da görülən işlər

1.ADPU rəhbərliyi tərəfindən  sağlam, şəffaf və obyektiv təhsil mühitinin yaradılması

2. Universitet rəhbərliyinin müxtəlif qurumlar və təşkilatlarla ölkədaxili və beynəlxalq əməkdaşlıqlar yaratmağa dərindən diqqət göstərməsi.

3.Beynəlxalq və respublika səviyyəsində layihələrə qoşulma və onların həyata keçirilməsi

4.Beynəlxalq və respublika konfranslarının keçirilməsi

5. Tanınmış alim, pedaqoq, ictimai xadim və incəsənət adamları ilə görüşlərin, tədbirlərin keçirilməsi.

6. «Açıq qapı» gününün keçirilməsi, məktəblərdə yuxarı sinif şagirdləri ilə görüşlərin keçirilməsi

7.Müəllim peşəsi ilə bağlı peşəyönümlü işlərin aparılması.

8. I kursa qəbul olunmuş tələbələr və onların valideynləri ilə rektorun bilavasitə görüşlərinin keçirilməsi və s.

MPK fakültəsi ixtisaslarına marağın artmasının səbəbləri

1.Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət strategiyasında “xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün  təhsil və inkişaf”ın mühüm strateji istiqamət kimi nəzərdən keçirilməsi

2. ADPU-da tələbələrə və müəllimlərə humanist münasibət, onların asudə vaxtlarının səmərəli təşkili üçün şəraitin yaradılması

3. Fakültənin hər üç ixtisasının- tələb olunan peşə olması və rəqabət mühitinə davamlı olması səbəbindən bu ixtisaslara marağın daha da artması.

4. Xüsusi qayğıya ehtiyacı olan uşaqların təlim-tərbiyəsi, inklüziv təhsillə bağlı yüksək ixtisaslı kadr hazırlığının respublikamızda əsasən ADPU-da həyata keçirilməsi

5. Korreksiyaedici təhsil üzrə daha yüksək ixtisaslı kadrların hazırlanması üçün dissertant və doktorantların qəbuluna xüsusi diqqət yetirilir. “Korreksiya pedaqogikası” ixtisası üzrə müdafiələr də ADPU-nun nəzdində fəaliyyət göstərən müdafiə şurasında aparılır

6. Məktəbəqədər təhsilin inkişafı dövlətin təhsil siyasətində xüsusi yer tutur. Bunun üçün məktəbəqədər təlim-tərbiyə müəssisələrinin şəbəkəsi ilbəil genişlənir. Deməli, bu sahədə işləyə biləcək kadrlara da ehtiyac artır və fakültə olaraq biz bu işlərə xüsusi diqqət yetiririk.

7. Azərbaycanda ümumtəhsil məktəblərində, hərbidə, tibbdə, sosial sferada demək olar ki, bütün sahələrdə psixoloq kadrlarına ehtiyacın artması bu ixtisasa marağı daha da artırmışdır.

Fakültə Elmi Şurasının16 üzvü vardır.

Fakültə əməkdaşları ayrı-ayrı sahələrdə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəsi əməkdaşları üçün treninq, konsaltinq və s. bu tipli xidmətlərin göstərilməsi yolu ilə professor-müəllim heyətinin əlavə maliyyə vəsaitləri əldə etmələrinin təmin edilməsi üçün təlimlər keçirir.

Fakültə Türkiyənin Hacəttəpə Universiteti, Tatarstanın Yelabuj Universiteti, BDU, BSU, “Medeks” şirkəti, Q.Kostyuk adına Ukrayna Psixologiya institutu Məktəbəqədər psixologiya laboratoriyası ,”Qayğı” ictimai birliyi, «Elit otizm» mərkəzi, AMEA-nın Fəlsəfə institutu “Sosial psixologiya”  şöbəsi ilə və s. təşkilatlarla əməkdaşlıq edir.

Müəllimlərimiz yeni fənn kurikulumlarının tətbiqi ilə əlaqədar təşkil olunmuş treninqlərdə, kurslarda iştirak etmişlər. Onlardan bir çoxu təlimçi olaraq hazırda fəaliyyət göstərirlər. TEC xətti ilə bir çox tələbə elmi tədqiqat işi yazır. MPKF kafedraları üzrə hər tədris ilində  yüksək səviyyədə elmi seminarlar keçirilir. “Gənc pedaqoq” və “Loqoped” adlı dərnəklər neçə ildir ki, fəaliyyət göstərir. Fakültədə TGT və THİK xətti ilə tələbələrimiz çox həvəslə universitet və respublika tədbirlərində fəal iştirak edir, öz yeni layihələrini həyata keçirirlər. Fakültədə tələbələrlə mütəmadi aparılan tərbiyəvi işlər müxtəlif görüşlər və tədbirlər vasitəsilə həyata keçirilir. Respublikanın tarixində və həyatındakı önəmli hadisələrə həsr olunmuş ictimai-siyasi, əyləncəli və s. müxtəlif formatlı tədbirlər, xeyriyyə aksiyaları tələbələrin dünyagörüşünün formalaşmasında, onların dəyərli insanları tanımasında önəmli rol oynayır.

Məzunlarımız təhsil aldıqları ali məktəbin və fakültənin şərəfini uca tutmuş, respublikanın sayılıb seçilən ziyalıları kimi şöhrət qazanmışlar.

 Məktəbəqədər təhsil, psixolohi xidmət və korreksiyaedici təlim fakültəsinə:

  • dоs. Еldаr Аbbаszаdə (1981-1985)
  • dоs. Gülаrə Qаyıbоvа (1985-1987)
  • prоf. Хəlil Fətəliyеv (1987-1989)
  • prоf. Məmməd Məmmədоv (1989-1997-əyаni)
  • dоs. Musа  Həsənоv (1989-1997-qiyаbi)
  • dоs. Şəhlа Əliyеvа (1997-2001)
  • dos. Аllаhvеrdi Hаcıyеv (2001-2011) rəhbərlik etmişlər.
  • 2011-ci ilin sentyabr ayından fakültəyə elmlər doktoruŞəhla xanım Əliyeva rəhbərlik edir.

Strukturu

BAKALAVR İXTİSASLARI

  • 050120 - Məktəbəqədər təlim və tərbiyə (azərbaycan və rus bölmələri)
    • Tədris planları:əyani, qiyabi
  • 050119- Korreksiyaedici təlim (azərbaycan və rus bölmələri)
    • Tədris planları:əyani
  • 050121- Təhsildə sosial-psixoloji xidmət (azərbaycan və rus bölmələri)
    • Tədris planları:əyani

MAGİSTR İXTİSASLARI

  • 060116 -Korreksiyaedici təlimin metodika və metodologiyası ixtisası (azərbaycan və rus bölmələri)
    • Tədris planları:əyani
  • 060117 -Məktəbəqərər təlim və tərbiyənin metod və metodologiyası ixtisası (azərbaycan və rus bölmələri)
    • Tədris planları:əyani
  • 060118 -Təhsildə sosial psixoloji xidmət ixtisası
    • Tədris planları:əyani

DOKTOR İXTİSASLARI

  • 5804.01 - Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi ixtisası
  • 6104.01- Pedaqoji psixologiya ixtisası
  • 6107.01- Ümumi psixologiya ixtisası

Statistik göstəricilər

  • Fakültəni indiyə qədər 6 mindən çox mütəxəssis bitirmişdir.
  • Hazırda fakültənin bakalavr pilləsində 1460 tələbə
    • 1424 nəfər əyani şöbədə ,
    • 36 nəfər qiyabi şöbədə ,
    • 148 nəfər əcnəbi tələbə ,
    • Magistr pilləsində 101 nəfər magistr
  • Elmi-pedaqoji kadrlar:
    • 4 elmlər doktoru, professor,
    • 16 nəfər fəlsəfə doktoru, dosent,
    • 13 nəfər fəlsəfə doktoru, baş müəllim, müəllim
    • 29 dərəcəsi olmayan
  • Test bankı