шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

Riyaziyyat fakültəsi

1986-cı il 18 mayda Bakı şəhərində anadan olmuşdur. 1993-2004-cü illərdə Bakı şəhəri, Nizami rayonu, 229 saylı orta məktəbində orta məktəbində orta təhsilini başa vuran G.S.Məmmədova2004-cı ildə ADPU-nun Riyaziyyat fakültəsinin “Riyaziyyat və informatika”  ixtisasına daxil olmuş  və 2008-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirərək bakalavr dərəcəsi almışdır. Elə həmin ildə Bakı Dövlət Universitetinin “Riyaziyyatın tədrisi metodikası və metodologiyası” üzrə magistraturaya daxil olmuş,  2010-cu ildə magistraturanı  fərqlənmə diplomu ilə bitirmişdir. 2012-ci ildə ADPU-nun “Riyaziyyatın tədrisi metodikası və metodologiyası” ixtisasından fəlsəfə proqramı üzrə doktoranturaya qəbul olmuşdur.

2008-ci ildən 2010-cu ilin sentyabr ayına kimi Bakı Dövlət Sosial-İqtisad Kollecində 0,5 ştat vahidi ilə müəllim işləmişdir. 2010-cu ilin sentyabr ayında ADPU-da “Tyutor işinin təşkili” üzrə bir aylıq kursu bitirdikdən sonra elə orada tyutor vəzifəsinə işə qəbul edilmişdir.

Azərbaycan, türk, rus, ingilis dillərini bilir. YAP-ın üzvüdür.

Ailəlidir, bir övladı var.