шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

Kompüter elmləri kafedrası

Şabanova Sevinc  Ələkbər qızı 

ADPU – nun Hesablama riyaziyyatı və İnformatika kafedrasının baş müəllimi

İş telefonu: (994) 12 986393

Qısa bioqrafik məlumat

1965 – cı il yanvarın 3 – də Şəki şəhərində anadan olub. 1981 – ci ildə Şəki şəhər 10 saylı orta məktəbi bitirib. Evlidir. 2 övladı, 1 nəvəsi var.

Təhsili, elmi dərəcəsi və elmi adı

  • Ali təhsillidir. 1988 – ci ildə Xarkov Politexnik İnstitutunun Sənayenin elektronikası fakültəsini bitirib.
  • 1998-ci ildə Azərbaycan Baş Pedaqoji kadrların ixtisasartırma və yenidənhazırlanması institutu – riyaziyyat və informatika müəllimi
  • AMEA İnformasiya Texnologiyaları İnstitutunun dissertantı.

Əmək fəaliyyəti

  • 1988 – 1995 – ci illərdə Dzerjinski adına maşınqayırma zavodunda proqramçı mühəndis
  • 1995 – 1998 – ci illərdə Elektronika firmasında şöbə rəisi
  • 1998 – 1999 – cu ildə Bakı şəhər Pedaqoji Kadrların İxtisasartırma İnstitutunun laboratoriya müdiri
  • 1999 – 2004 - cü illərdə Bakı şəhər Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu - İnformatika kabinetində metodist
  • 2005 – 2006 - ci ildə Azərbaycan Müəllimlər İnstitutu - Tələbə şöbəsinin baş inspektoru
  • 2006 – 2011 – Azərbaycan Müəllimlər İnstitutu - Riyaziyyat, İnformatika və onların tədrisi metodikası kafedrasında müəllim
  • 2011 – 2016 - Azərbaycan Müəllimlər İnstitutu - Riyaziyyat, İnformatika və onların tədrisi metodikası kafedrasında baş müəllim
  • 2016 – Azərbaycan Dövlət Pedaqoji Universiteti – Hesablama riyaziyyatı və informatika kafedrasında baş müəllim

Apardığı dərslər

  • İnformatika və onun tədrisi metodikası
  • İnformatika və təhsildə İKT
  • Əməliyyat sistemləri və EHM-in arxitekturası
  • Proqramlaşdırma dilləri
  • Lokal və Qlobal şəbəkələr
  • Süni intellekt üsulları və ekspert sistemləri
  • MathCad tipli riyazi proqram paketləri
  • Təhsildə İKT

Mükafatlar:

  • 2000 – ci ildə Bakı şəhər Baş Təhsil İdarəsinin fəxri fərmanı

Beynəlxalq elmi konfranslarda iştirakı

  • III Beynelxalq Elmi konfrans “Müəllim hazırlığının müasir problemləri: texnologiya, təhsil və inkişaf” 2014-cü il. Mövzu: “Elektron dərsliklərin quruluşunda modulluluq prinsipi”

Seçilmiş əsərlər

  • Excel proqramında bəzi riyazi məsələlərin həlli - “Fizika, riyaziyyat və informatika tədrisi” jurnalı № 1, Bakı-2007
  • İbtidai siniflərin riyaziyyat dərslərində kompüterdən istifadə yolları - İnformatika, İnformasiya texnologiyalarının təhsildə tətbiqi məsələləri, Respublika elmi konfransının materialları 2007
  • Bloq (blog) yoxsa sayt (site)? - İnformatika, İnformasiya texnologiyalarının təhsildə tətbiqi məsələləri, Respublika elmi konfransının materialları 2007
  • Fizika kursunda təlimin informasiya texnologiyalarından istifadə yolları - İnstitut Xəbərləri (AMİ) № 2, 2008
  • Riyaziyyat təlimində kompüter oyunlarının rolu - Pedaqoji Universitet Xəbərləri № 5, 2008
  • Orta məktəbdə fizika dərslərinin tədrisində kompüter texnologiyalarından istifadə - Xəbərlər (Naxçıvan Müəllimlər İnstitutu) № 5, 2008
  • Компьютерные модели на уроках физики - Перспективы развития современной школы № 2 2009  Воронеж
  • Ümumtəhsil məktəblərində dərslərin təşkilində İKT-dən istifadənin üç istiqaməti haqqında - Fasiləsiz pedaqoji təhsildə elektron təlim texnologiyalarının tətbiqi,  Elmi-metodik konfrans Bakı - 2010
  • Bir kompüter vasitəsilə şəbəkədəki bütün kompüterlərin internetə qoşulması yolu - Fizika, riyaziyyat və informatika tədrisi № 3, 2011
  • Multimedia trafikinin MPLS şəbəkələr vasitəsilə effektiv daşınması modeli - Elmi Əsərlər fundamental elmlər. Azərbaycan Texniki Universiteti № 3, 2012
  • Компьютерные модели на уроках физики - Приложения журнала «Высшая школа Казахстана» Достояние нации № 1, 2012
  • Windows ƏS-nin imkanlarından istifadə etməklə bəzi saytların yüklənməsinə qadağa qoyulmasının yolu - Fizika, riyaziyyat və informatika tədrisi № 2, 2012
  • Excel proqramında interaktiv testlərin hazırlanması - Fizika, riyaziyyat və informatika tədrisi № 1, 2013
  • Müxtəlif tətbiqi proqramlarda elektron testlərin hazırlanması - Fizika, riyaziyyat və informatika tədrisi № 4, 2014
  • Statistik məsələlərin həllində Exceldən istifadə yolları - Fizika, riyaziyyat və informatika tədrisi № 1, 2015
  • Tədris müəssisələrinin fəaliyyətində Verilənlər Bazasından istifadə yolları -Xəbərlər elmi-metodik jurnal (AMİ) № 1, Bakı-2015
  • Kompüter qrafikasında rəng modelləri: hansı yaxşıdır – RGB yoxsa CMYK? - Pedaqoji Universitetin xəbərləri -2017
  • Bəzi riyazi məsələlərin Excel proqramında həlli yolları - Pedaqoji Universitetin xəbərləri -2017
  • Audio və videoinformasiyanın kodlaşdırılması məsələləri - Fizika, riyaziyyat və informatika tədrisi, N 2, 2017-ci il

Orijinal proqramlar

  • İnformatika (Sosial iş ixtisası)
  • İnformatika və onun tədrisi metodikası (İbtidai sinif müəllimliyi ixtisası)
  • İnformatika və təhsildə İKT (Tarix-coğrafiya ixtisası)
  • İnformatika və təhsildə İKT (Məktəbəqədər təlim və tərbiyə ixtisası)
  • Təhsildə İKT
  • MathCad tipli proqramlar

 Kitablar

  • MS PowerPoint XP– Bakı 2005. səh.162
  • İnformatikanin tarixi və metodologiyasi – Bakı 2018