шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Virtual-Universitet

E-kitabxana

Riyazi analiz kafedrası

Riyazi analiz kafedrası

 

 

 1. prof.Əliyev Bəhrəm  2.prof.CəbrayılovMəlikməmməd  3.prof.Qurbanov Vəli Rəhim   5.dos.Cəbrayılova Elmira  6.dos.Adıgözəlov Ağakərim
 Əliyev Bəhram
Kafedra müdiri
Professor
Cəbrayılov Məlikməmməd
Professor 
 Qurbanov Vəli
Professor
 Rzayev Rəhim
Professor
Cəbrayılova Elmira
Dosent 
 Adıgözəlov Ağakərim
Dosent
 7.dos.Cəfərov Kamandar  8.dos.Abasov Rahib  9.dos. Bayramov Azad  10.dos.Məstəliyev Vaqif  11.dos.Ağayeva Səbinə  12.dos.İsayeva Sürəyya
Cəfərov Kamandar
Dosent 
Abasov Rahib
Dosent 
Bayramov Azad
Dosent 
 Məstəliyev Vaqif
Dosent
Ağayeva Səbinə
Dosent 
 İsayeva Sürəyya
Dosent
 13.b.müəl.İbadov Elçin  14.b.müəl.Hüseynova Tünzalə 15.müəl.Rzayev Seymur  16.müəl.Xalıqova Sevinc   kərimova səbinə  səbinə ələsgərova
İbadov Elçin
Baş müəllim 
 Hüseynova Tünzalə
Baş müəllim
 Rzayev Seymur
Müəllim
Xalıqova Sevinc
Baş müəllim 
Kərimova Səbinə
Baş müəllim 
Ələsgərova Səbinə
Baş müəllim 
   19.müəl.İskəndərova Ülviyyə liyeva Sevinc BB  Buksayeva Leyla BL  gunel   
   İskəndərova Ülviyyə
Müəllim
 Əliyeva Sevinc
Böyük laborant
Buksayeva Leyla
Böyük laborant
   Hacıyeva Günel
    Böyük laborant
 

 

 İş telefonu: +994 (0) 12 493 48 24

 e-poçt: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 Ünvan: AZ 1000, Bakı Üzeyir Hacıbəyli, 68

 

 Tarixi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyazi analiz kafedrası  1921-ci ildə yaranmışdır. Riyazi analiz kafedrası müasir riyaziyyatın aktual problemlərinə həsr olunmuş tədqiqat işi aparılan mərkəzlərdən biri kimi tanınmışdır.

         Kafedranın elmi istiqamətinin müəyyənləşməsində uzun illər kafedranın müdiri olmuş , əməkdar elm xadimi AMEA-nın akademiki, fizika-riyaziyyat elmləri doktoru , prof. İ.İ.İbrahimov , onun tələbəsi prof. Ə.S.Cəfərovun xüsusi rolu olmuşdur. 1974-cü ildə 1981-ci ilədək. Riyazi analiz kafedrasına fizika-riyaziyyat elmləri doktoru, professor S.Y.Yakubov rəhbərlik etmişdir. 1966-cı ildən 1974-cü ilədək və  1981-ci ildən 1998-ci ilədək Riyazi analiz kafedrasına prof. Ə.S.Cəfərov rəhbərlik etmişdir.  1998-ci ildən 2011-ci ilədək kafedraya fizika riyaziyyat elmləri doktoru, professor M.S.Cəbrayılov, 2011-ci ildən 2016-cı ilədək  isə professor V.M.Qurbanov rəhbərlik etmişdir. 2016-cı ildən kafedraya riyaziyyat üzrə elmlər doktoru profofessor B.Ə.Əliyev rəhbərlik edir. Kafedranın nailliyətlərinin artmasında prof.S.Y.Yakubovun, prof.Y.C.Salmanovun, prof.V.M.Musayevin, dos.C.N.Süleymanovun xüsusi əməyi olmuşdur. 

Kafedranın strukturu və işçi heyəti:

Kafedrada riyazi analizin aktual problemlərinə həsr olunmuş elmi seminar fəaliyyət göstərir.

Kafedra əməkdaşları Riyazi analizin aktual problemlərinə həsr olunmuş beynəlxalq konfranslarda maraqlı çıxışları ilə fərqlənirlər. Kafedra əməkdaşları tanınmış elm mərkəzləri ilə əlaqə saxlayır, birgə elmi-tədqiqat işləri aparırlar.  Prof. M.Cəbrayılovun, prof. V.Qurbanovun, prof. B.Əliyevin , prof. R.M.Rzayevin və kafedranın digər əməkdaşlarının əsərləri Rusiyanın, Ukraynanın, Türkiyənin nüfuzlu elmi jurnallarında çap olunmuşdur.  

2016-cı ildə Universitetdə fəaliyyət göstərən “Funksiyalar nəzəriyyəsi” kafedrası (kafedra müdiri prof. R.M.Rzayev) dərs yükü və müəllim kollektivi ilə birlikdə  “Riyazi analiz” kafedrasına birləşdirilmişdir. “Funksiyalar nəzəriyyəsi” kafedrası əsas etibarı ilə qeyri-ixtisas fakültələrində “Ali Riyaziyyat” fənlərini tədris edirdi.

Professor –müəllim heyəti:

Kafedrada ştat üzrə 19 nəfər əməkdaş çalışır. Onlardan: elmlər doktoru professor- 4 nəfər; riyaziyyat üzrə fəlsəfə doktoru, dosent-8 nəfər; riyaziyyat üzrə fəlsəfə doktoru   baş  müəllim-5 nəfər ;  riyaziyyat üzrə fəlsəfə doktoru, müəllim -1 nəfər;  müəllim -1 nəfər. 4 nəfər tədris köməkçi heyət çalışır.

  1. Prof. Əliyev Bəhram Əli oğlu – kafedra müdiri
  2. Prof. Cəbrayılov Məlikməmməd Saday oğlu
  3. Prof. Qurbanov Vəli Məhərrəm oğlu
  4. Prof. Rzayev Rəhim Mikayıl oğlu
  5. Dos. Cəbrayılova Elmira Məzahir qızı
  6. Dos. Adıgözəlov Ağakərim Canəli oğlu
  7. Dos. Cəfərov Kamandar Molla oğlu
  8. Dos. Bayramov Azad Məmməd oğlu
  9. Dos. Məstəliyev Vaqif Yusif oğlu
  10. Dos. Abasov Rahib Zeynal oğlu
  11. Dos. Qasımova Səbinə Himalay qızı
  12. Dos. İsayeva Sürayyə Maqsud qızı
  13. B/müəl. İbadov Elçin Camal oğlu
  14. B/müəl. Hüseynova Tünzalə Məhərrəm qızı
  15. B/müəl. Xalıqova Sevinc Zaid qızı
  16. B/müəl. Kərimova Səbinə Baba qızı
  17. B/müəl. Ələsgərova Səbinə Tapdıq qızı
  18. Müəl. Rzayev Seymur Fəxrəddin oğlu
  19. Müəl. İsgəndərova Ülviyyə Malik qızı

Tədris köməkçi heyət:

  1.  Böyük laborant Əliyeva Sevinc Nizami qızı
  2.  Böyük laborant Hacıyeva Günel Razim qızı
  3.  Böyük laborant Buksayeva Leyla Astan qızı
  4.  Böyük laborant Mehdiyeva Xədicə Rəfael qızı

Kafedranın elmi istiqaməti

  • Riyazi analizin aktual məsələləri
  • Riyazi alaizin tədrisinin aktual məsələləri

Riyazi analiz kafedrasının elmi işləri əsasən diferensial-operator tənliklər nəzəriyyəsi , diferensial operatorların spektral nəzəriyyəsi,  müxtəlif funksional fəzalarda daxilolma teoremləri və riyazi analizin tədrisi ilə əlaqəli məsələnin tədqiqi   istiqamətləridir.

         Adi diferensial operatorların spektral nəzəriyyəsi istiqamətində kafedranın  professoru V.M.Qurbanov və onun tələbələri elmi tədqiqat işləri aparırlar. 1989-cu ildən başlayaraq bu istiqamətdə müham nəticələr alınmışdır. İxtiyari tərtib adi diferensail operatorun doğurduğu məxsusi və qoşulmuş funksiyalar sistemi üzrə biortoqonal ayrılışların kompaktda triqonometrik ayrılışla müntəzəm və  metrika­sında birgəyığılması və onun sürəti tədqiq olunmuşdur. Bu sürətə operatorun əmsallarının cəmlənmə dərəcəsinin ayrılış tədqiq olunan funksiyanın hamarlığının, Furye əmsallarının azalma sürətinin , birgəyığılmanın tədqiq olunduğu metrikanın göstəricisinin təsirləri araşdırılmışdır. Diferensial operatorun doğurduğu məxsusi və qoşulmuş funksiyalar sisteminin Bessel və Riss bərabərsizliklərini ödəməsi üçün meyarlar isbat olunmuş və bu sistemlərin  fəzalarında bazislik məsələləri tədqiq olunmuşdur. Biortoqonal ayrılışların mütləq yığılması üçün Bernşteyn , Steçkin teoremlərinin ümumiləşmələri alınmışdır.

Dirak sisteminə uyğun biortoqonal ayrılışların kompaktda komponent üzrə müntəzəm birgəyığılma məsələləri, bütün parçada mütləq və müntəzəm yığılması və ona təsir edən amillər tədqiq olunmuşdur.  

         Kafedra müdiri prof. B.Ə.Əliyevin tədqiqatlarında kompleks parametrli elliptik tip diferensial-operator tənliklər üçün,  sərhəd şərtlərinə xətti qeyri-məhdud  operator daxil olan sərhəd məsələlərinin həllolunma problemləri öyrənilir . Eyni bir spektral  parametr tənliyə və sərhəd şərtlərinə daxil olan sərhəd məsələlərinin  bəzi spektral xassələri tədqiq olunmuşdur.  Baxılan sərhəd məsələləri xüsusi törəməli diferensial tənliklər üçün  sərhəd məsələlərinin həllinə  tətbiq olunmuşdur. 

         Kafedranın doktorantı A.M.Bayramov diferensial-operator tənliklər nəzəriyyəsi sahəsində elmlər doktorluğu üzrə dissertasiyasını yekunlaşdırmaq üzrədir. O, dissertasiya işini AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Müdafiə Şurasına təqdim etmişdir.

         Kafedranın elmlər doktoru üzrə doktorantı V.Y.Məstəliyev xüsusi törəməli tənliklər sahəsində doktorluq dissertasiyası üzərində çalışır.

         Kafedranın professorları M.S.Cəbrayılov və R.M.Rzayevin tədqiqatlarında  çoxdəyişənli diferensiallanan funksiyaların bəzi siniflərinin struktur xassələrinin öyrənilməsi və bu struktur xassələrin tətbiqi ilə fəzaları təyin edən parametrlərdən asılı daxilolma teoremlərinin tədqiqi ilə məşğul olunub. S.L.Sobolevin , S,N.Nikolskinin , O.V.Bessovun  fəzalarının çəkili  analoqları qurulmuş və bəzi hallarda alınan nəticələr cırlaşan diferensial tənliklərə tətbiq edilmişdir. Alınmış daxilolma teoremlərinin dəqiqliyi isbat olunmuşdur.

         Vektorqiymətli funksiyalar üçün Besov fəzaları qurulmuş bu fəzalarda qarışıq diferensiallama operatorunun təsiri öyrənilmiş, müxtəlif daxilolma teoremləri isbat olunmuş və alınan nəticələr operator əmsallı diferensial tənliklərə tətbiq edilmişdir.

         Kafedranın əməkdaşları Moskva Dövlət Universitetinin “Ümumi riyaziyyat” kafedrası, İsrailin Təl-Əviv Universiteti,  AMEA-nın “Riyaziyyat və Mexanika” institutu, BDU-nun “Riyazi analiz” , “Funksional analiz”, “Riyazi fizika tənlikləri” kafedrası ilə əməkdaşlıq edirlər.

Son 20 il ərsizndə  kafedrada 5 nəfər elmlər doktoru və 5 nəfər fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 3 monoqrafiya və 200-dən çox məqalə və tezis nəşr olunmuş dur. Bir sıra beynəlxlaq konfranslarda məruzələr edilmişdir.

         Kafedra üzrə tədris planlarında nəzərdə tutulmuş bütün fənlər üzrə tədris proqramları hazırlanır. Son illər kafedrada tədris olunan fənlər üçün dərslik, dərs vəsaitləri hazırlanmış və tələbələrin istifadəsinə veril­miş­dir:  M.S.Cəbrayılov , B.Ə.Əliyev “ Riyazi analiz , (Birdəyişənli funksiyanın diferensial hesabı, 2010), Y.Salmanov, Ş.Y.Salmanova (Riyazi fizika tənliklərinə sid məsələlər 2005), Y.Salmanov  (Riyazi fizika tənlikləri 2005); V.M.Qurbanov  (Ədədi və funksional sıralar 2005);  V.M.Musayev , S,Qasımova  (Coxdəyişənli funksiyaların diferensial inteqral hesabı  2007); S.Qasımova  (Adi diferensial tənliklər (Metodik vəsait)  2008;  V.M.Musayev (Adi diferensial tənliklər  2009);  V.Məstəliyev, C.N.Süleymanov, S.E. Süleymanov (Riyazi analiz kursuna giriş Həqiqi ədədlər və ədədi ardıcıllıqlar 2010); V.Məstəliyev,  K.Cəlilov, S.Z.Əhmədov (İnteqral tənliklər 2013); V.Məstəliyev (Inteqral  çevirmələri və onun tətbiqləri 2013);  Ə. Məmmədov  (Riyazi analizdən praktikum, 2009); N.A.Davidov, P.P.Kopovkin. V.N. Nikolski (Riyazi analizdən məsələlər (IV nəşr. ruscadan tərcümə) 2010); V.A.Sadovmiçiy, A.S.Podkoezin (Riyaziyyatdn tələbə olimpiadalarının məsələləri 2013. (ruscadan tərcümə));  S.Kərimova (Ardıcıllıq və onun limiti  Bakı 2014) ; V.M.Qurbanov, A.İ.İsmayılova (Разложение по корневым вектор функциям оператора Дирака . LAP Lambert , Academic Publeshing , 2015.); Riyazi analiz, Diferensial tənliklər, Funksional analiz, Riyazi fizika tənlikləri, Variasiya və optimallaşdırma üsulları proqramları 2014.  Magistr pilləsi üzrə  13 proqram 2015,

M.S.Cəbrayılov , B.Ə.Əliyev. Riyazi analiz  2Birdəyişənli funksiyanın inteqral hesabı” 2016, M.S.Cəbrayılov,  B.Ə.Əliyev “ Riyazi analiz , (Birdəyişənli funksiyanın inteqral hesabı, 2016),  A.C.Adıgözəlov , S.M.Nəcəfova ( Mühazirə mətnləri  2016) ,   K.M.Cəfərov -Davamlı təhsil və təlim şöbəsi üçün “Ehtimal nəzəriyyəsi və riyazi statistika”  fənni , (proqram) 2 018),   R.M.Rzayev (Fizika və texnologiya fakültəsinin bakalavr pilləsində “Riyazi analiz” fənni, (proqram)   2018), A.D.Zamanov, V.A.Vəliyev. (Riyaziyyat və məntiq. II hissə. Dərs vəsaiti 2019), A.C.Adıgözəlov, S.M.İsayeva, Ü.M.İskəndərova  Kompleksdəyişənli funksiyalar nəzəriyyəsindən məsələ və misallar Dərs vəsaiti 2019), S.M.İsayeva (Coğrafiya müəllimliyi və Tarix-Coqrafiya  müəllimliyi ixtisasları üzrə “Ali riyaziyyat” fənninin proqramı 2019),  M.S.Cəbrayılov,  prof .B.Ə.Əliyev, A.C.Adıgözəlov,  K.M.Cəfərov

  (Kimya-biologiya  fakültəsinin bakalavriat səviyyəsində 050111-Kimya müəllimliyi, 050112-Kimya və biologiya müəllimliyi ixtisasları üzrə “Riyaziyyat” fənninin proqramı, 2019),  B.Ə.Əliyev,  R.M.Rzayev, R.Z.Abasov ( “Tarix və coğrafiya” fakültəsinin bakalavriat səviyyəsində 050115-“Coğrafiya müəllimliyi” ixtisası üzrə “Riyaziyyat” fənninin proqramı, 2019),    R.M.Rzayev  (Riyaziyyat  və Informatika  fakültəsinin bakalavriat səviyyəsində 050106-Riyaziyyat  müəllimliyi, 050105- Riyaziyyat və İnformatika  müəllimliyi, Riyaziyyat  və Informatika  fakültəsinin 050116- İnformatika müəllimliyi ixtisasları üzrə “Həqiqi dəyişənli  funksiyalar nəzəriyyəsi” fənninin proqramı 2019),   B.Ə.Əliyev,  R.M.Rzayev (Riyaziyyat və Informatika  fakültəsinin bakalavriat səviyyəsində  050116- İnformatika müəllimliyi ixtisası üzrə Lebeq ölçüsü  və Lebeq inteqralı nəzəriyyəsi” seçmə   fənninin proqramı 2019), M.S.Cəbrayılov, B.Ə.Əliyev,  S.Z.Xalıqova (Riyaziyyat və Informatika  fakültəsinin bakalavriat səviyyəsində 050106-Riyaziyyat  müəllimliyi,  050105- Riyaziyyat və İnformatika  müəllimliyi , 050116- İnformatika müəllimliyi ixtisasları üzrə “Xətti  nomallı  fəzalar və xətti operatorlar” seçmə  fənninin proqramı 2019), M.S.Cəbrayılov, B.Ə.Əliyev, S.B.Kərimova (Riyaziyyat və Informatika  fakültəsinin bakalavriat səviyyəsində 050106-Riyaziyyat  müəllimliyi ixtisası üzrə “Riyaziyyatın inkişaf tarixi” seçmə  fənninin proqramı 2019),  B.Ə.Əliyev,  R.M.Rzayev (Riyaziyyat və Informatika  fakültəsinin bakalavriat səviyyəsndə 050106-Riyaziyyat  müəllimliyi ixtisası üzrə “Məhdud variasiyalı funksiyalar nəzəriyyəsi”  seçmə  fənninin proqramı 2019),  

 R.M.Rzayev  ( Riyaziyyat  və Informatika  fakültəsinin bakalavriat səviyyəsində 050106-Riyaziyyat  müəllimliyi, 050116- İnformatika müəllimliyi ixtisasları üzrə, 050105- Riyaziyyat və İnformatika  müəllimliyi “Kompleks dəyişənli funksiyalar nəzəriyyəsi” seçmə fənninin proqramı 2019).

Kafedrada aşağıdakı fənlər tədris olunur.

Tədris olunan fənlər:

Bakalavr üzrə

  1.  Riyazi analiz
  2.  Adi Diferensial tənliklər
  3.  Funksional analiz
  4. Variasiya hesabı və optimallaşdırma üsulları
  5.  Riyazi-fizika tənlikləri
  6. Seçmə fənnlər

2015-ci tədris ilindən kafedra  üzrə magistraturaya qəbul dayandırılmışdır.

         Kafedranın müəllimləri dos. V.Y.Məstəliyev və b.m.S.B.Kərimova “Twining” lahiyəsində iştirak ediblər.

         Kafedranın müəllimləri S.T.Ələsgərova  2018-ci ildə riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. S.B.Kərimova 2018-ci ildə müdafiə etmişdir (avtoreferat).  

        Xarici əlaqələr

Kafedranın əməkdaşları Moskva Dövlət Universitetinin “Ümumi riyaziyyat” kafedrası, İsrailin Təl-Əviv Universiteti, AMEA-nın “Riyaziyyat və Mexanika” institutu, BDU-nun “Riyazi analiz”, “Funksional analiz”, “Riyazi fizika tənlikləri” kafedrası ilə əməkdaşlıq edirlər. 

Kafedra pasportu

  • Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və informatika fakültəsinin Riyazi analiz kafedrasının pasportu