Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi texnologiyası kafedrası
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
Alxasov Oqtay Kafedra müdiri Dosent |
Ələsgərov Dadaş Dosent |
Məmmədov Məlikməmməd Dosent |
İmanova Sona Dosent |
Verdiyeva Mirvari Dosent |
Bayramov Kərəm Baş müəllim |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
Səmədov Qabil Baş müəllim |
Axundova Nəcibə Baş müəllim |
Əfəndiyeva Dünyabəyim Müəllim |
Həsənova Səmayə Müəllim |
Məmmədova Fəxriyyə Müəllim |
Tağıyeva Vəfa Müəllim |
![]() |
![]() |
![]() |
![]() |
||
Zamanova Nəzakət Müəllim |
Əmirəliyeva Solmayə Müıllim |
Orucova Pakizə Müəllim |
Xəlilova Nisə Böyük laborant |
İş telefonu: +994 (0) 12 465 03 19, +994 (0) 12 465 35 77
e-poçt: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Ünvan: Bakı şəh., AZ1072, Akademik Həsən Əliyev küç.104
Tarixi
Kafedra 1970-ci ildən fəaliyyət göstərir. Müxtəlif vaxtlarda prof. N.N.Allahverdiyev, prof. H.Ə.Sadıxlı, dos. T.P.Gərayzadə, dos. D.M.Ələsgərov ona rəhbərlik etmişlər. Halhazırda dos. Kərəm Bayramov kafedraya rəhbərlik edir.
Kafedra əməkdaşları ilk günlərdən başlayaraq respublikada Coğrafiya elminin inkişafına, yüksək ixtisaslı coğrafiya müəllimi hazırlığına diqqətlə yanaşmışlar. Kafedra üzrə olan gənc müəllimlər və tədris köməkçi heyətinin dərindən ixtisaslaşmasına, magistrlərin hazırlanmasına ciddi fikir verilir. Regionların sosial – iqtisadi inkiıafı, ali və orta məktəbdə coğrafiyanın tədrisinin keyfiyyətini yüksəltmək istiqamətlərində elmi tədqiqat işi aparırlar.
Statistik göstəricilər
- İqtisadi coğrafiya kafedrasının professor-müəllim heyəti:
- 4 nəfər fəlsəfə doktoru, dosent
- 3 nəfər fəlsəfə doktoru, baş müəllim
- 9 nəfər müəllim
- İqtisadi coğrafiya kafedrasının 5 nəfər tədris köməkçi heyəti:
- 1 nəfər laboratoriya müdiri
- 4 nəfər böyük laborant
Elmi fəaliyyət
“İqtisadi coğrafiya və CTM” kafedrası respublikada ali təhsilin bakalavriat və magistratura pillələrində “Coğrafiya müəllimliyi” istiqaməti üzrə əsas aparıcı ixtisas kafedrasıdır.
Kafedra, müasir təhsil sisteminin xüsusiyyətlərinə uyğun kəmiyyətlərə malik olan yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün bir çox sahələri əhatə edən 30-dan çoxmüxtəlif fənnin tədrisini həyata keçirir.
Kafedranın tədris etdiyi fənlər, yüksək ixtisaslı mütəxəssislər tərəfindən azərbaycan və rus dillərində tədris olunur.
Tədris olunan fənlər üzrə tədrisin keyfiyyətini artırmaq, tədris prossesinin səmərəliliyini yüksəltmək, o cümlədən, tələbələrimizin müxtəlif sahələr üzrə nəzəri biliklərlə yanaşı, həm də təcrübi vərdişlərini artırmaq məqsədi ilə mütəmadi coğrafiyaçı olaraq alimlərin və pedaqoq mütəxəssislərinin iştirakı ilə elmi seminarlar keçirilərək onlara təhsil müddətində öyrənmiş olduqları biliklərin real həyatda istifadəsi öyrədilir. Bu mənada tədris metodikamızda nəzəriyyə və praktika arasında qurmağa çalışdığımız körpü və tarazlıq kafedramızın qeyd edilməyə dəyər ən önəmli özəlliyidir.
Kafedrada İqtisadi və sosial coğrafiyanın bütün sahələri ilə yanaşı bu fənlərin tədrisi metodikası da tədris olunur. Kafedra əməkdaşları iki istiqamətdə - “Regionların sosial-iqtisadi inkişafı” və “Ali və orta məktəblərdə coğrafiyanın müasir tədrisi metodikası problemləri” istiqamətində elmi-tədqiqat işləri aparılır. Kafedranın nəzdində tədris kabinələri, təlimdə texniki vasitələr laboratoriyası, magistrlər üçün xüsusiləşdirilmiş kabinə fəaliyyət göstərir.
Kafedrada nəzəri bilikləri təcrübi şəkildə əlaqələndirmək, tələbələrin hərtərəfli inkişaf etmiş, savadlı, qabiliyyətli və dünyagörüşlü inkişafı üçün uzaq kompleks çöl təcrübələri həyata keçirilir. Bakı şəhərinin nümunəvi orta məktəblərində coğrafiya fənlərinin müasir tədris metodları ilə öyrədilməsində fəal iştirak edir, şagirdlər və orta məktəb kollektivi ilə birgə tədbirlər, viktorinalar, müsabiqələr, tədrisin keyfiyyətini artırmaq üçün elmi-təcrübi konfranslar təşkil edirlər. Kafedra əməkdaşlarından dos.K.B.Bayramov, dos.M.X.Məmmədov, dos.Y.Q.İsmayılov ali məktəblər üçün dərs vəsaitləri, metodik tövsiyyələr, dos.O.K.Alxasov, dos.D.M.Ələsgərov, b/m.M.İ.Verdiyeva orta məktəblər üçün dərslik, dərs vəsaitləri, praktikum hazırlığında fəal iştirak edir. O.K.Alxasov orta məktəblərin VII, IX və X, D,Ələsgərov VII, Q.M.Səmədov VIII sinifləri üçün dərsliklərin müəllifləridir. Kafedra müxtəlif ali məktəblərin müvafiq kafedraları, AMEA-nın H.Əliyev adına Coğrafiya institutunun, Təhsil Nazirliyinin Təhsil İnstitutunun müvafiq şöbələri ilə elmi-pedaqoji və elmi-tədqiqat işləri aparır, elmi seminar və konfranslarda iştirak edir.
K.Bayramov, Y.İsmayılov, S.İmanovanın “Latın Amerikası ölkələri”, K.Bayramovun “Təbiətdən istifadənin iqtisadi və ekoloji problemləri”, M.Məmmədovun “Dünya təsərrüfatının coğrafiyası” dərs vəsaitləri ali məktəb tələbələri və magistrləri üçün hazırlanmış vəsaitdir.
Tədris işi
Tədris olunan fənlər
Bakalavr pilləsi
- Əhali coğrafiyası
- Coğrafiya müəllimliyi ixtisası
- Dünyanın iqtisadi və sosial coğrafiyası
- Coğrafiya müəllimliyi ixtisası
- Coğrafiyanın tədrisi metodikası
- Coğrafiya müəllimliyi ixtisası
- Tarix-coğrafiya müəllimliyi ixtisası
- Azərbaycanın iqtisadi və sosial coğrafiyası
- Coğrafiya müəllimliyi ixtisası
- Tarix-coğrafiya müəllimliyi ixtisası
- İstehsalın texniki-iqtisadi əsasları
- Coğrafiya müəllimliyi ixtisası
- Tarix-coğrafiya müəllimliyi ixtisası
- Dünya təsərrüfatının coğrafiyası
- Coğrafiya müəllimliyi ixtisası
- İqtisadi coğrafiyaya giriş
- Coğrafiya müəllimliyi ixtisası
- Xəzərin iqtisadi coğrafiyası
- Coğrafiya müəllimliyi ixtisası
- Regionların iqtisadi coğrafiyasi
- Tarix-coğrafiya müəllimliyi ixtisası
- Avropa ölkələrinin coğrafiyası
- Tarix-coğrafiya müəllimliyi ixtisası
- Ümumitəhsil kurikulumun əsasları
- Coğrafiya müəllimliyi ixtisası
- Xəzərin iqtisadi coğrafiyası
- Coğrafiya müəllimliyi ixtisası
Magistratura pilləsi üzrə
- Coğrafiyanın tədrisinin müasir problemləri
- CTM tarixi və metodologiyası
- CTM tədqiqat metodları
- CTM pedaqoji və psixoloji əsaslar
- Coğrafiyanın təlim vasitələri
- Məktəb coğrafiyasında İKT-dən istifadə
- Coğrafiya dərslərində interaktiv təlim
- Coğrafiya tədrisində diyarşünaslıq prinsipi
- Məktəb coğrafiyasının elmi-nəzəri əsasları
- Coğrafiya təliminin əsasları
- Fiziki coğrafiyanın anlayışların formalaşması
- İqtisadi coğrafiyanın anlayışların formalaşması
- Coğrafiya kabinələri və meydançalarında aparılan işlər
- Xəritə və digər kartoqrafik vasitələr
- Coğrafiya dərslərində riyazi hesabların aparılması metodları
Kafedra təsdiq olunmuş tədris planına uyğun olaraq fəaliyyət göstərir. Bir qayda olaraq mühazirələr böyük elmi və tədris təcrübəsi olan elmi dərəcəli müəllimlər tərəfindən oxunur, praktik dərslərdə müəllimlər geniş təhlil və test nümunələrinin hazırlanması və yerinə yetirilməsini həyata keçirirlər. Kafedranın əməkdaşları tərəfindən keçirilən fənlərə dair metodik tövsiyyə və dərs vəsaitləri hazırlanaraq tələbələrin istifadəsinə verilmişdir.
Xarici əlaqələr
Kafedranın dosenti O.K.Alxasov 2009-cu və 2011-ci illərdə Türkiyə Respublikasında Ankara şəhərində təlim-tərbiyə kurulunda kurikulum üzrə kurslarda dinləyici olmuş və sertfikat almışdır. O, həmçinin Ankarada Hacıtəpə Universitetində (2010), Eskişehirdə Osmanqazi Universitetində (2013) Kocaeli Universitetində (2014), İstanbul şəhərində Texnik Yıldız Universitetində (2014) müxtəlif Elmi konfranslarda elmi məruzələrlə çıxış etmişdir. 2011-ci ildə O.Alxasov Cənubi Koreyaya dəvət olunmuş Seul şəhərindəki məktəblərdə, Təhsil Nazirlirliyində, Koreya Akademiyasında görüşlər keçirmişdir. Onun Rusiyada (Tümen), Ukraynada (Poltava) elmi məqalələri çap olunmuşdur. Türkiyədə çap olunacaq yeni Təhsil jurnalına (Eğitim Dərgisi) redaksiya heyətinə üzv kimi dəvət olunmuşdur.
Kafedranın dosenti S.H.İmanova Antaliyada keçirilən Təhsil konfransında (aprel 2017) iştirak edərək elmi məruzə ilə çıxış etmişdir. F.Məmmədova və N.axundova Kocaeli Universitetində keçirlən konfransda (2014) elmi məruzə ilə çıxış etmişdir. Dos.M.Məmmədovun Rusiyada (Sankt Peterburq), b/müəl.N.Axunivanın, nüəl.L.İ.Əliyevanın, dos.S.İmanovanın Rusiyada elmi məqalələri çap olunmuşdur.