İyulun 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Elmi-Metodik Şuranın növbəti iclası keçirilib.
Şuranı giriş sözü ilə açan ADPU-nun tədris işləri üzrə prorektoru dos. Eldar Aslanov iştirakçılara Şuranın gündəliyi barədə məlumat verib. Prorektor qeyd edib ki, ötən dövr ərzində “ADPU 20230” Strateji İnkişaf Planı sətdiqlənərək ictimaiyyətə təqdim edilib. ADPU ilk dəfə nüfuzlu "Times Higher Education (THE) Impact Rankings" siyahısına daxil olub. Eyni zamanda geridə qalan tədris ili ərzində ADPU biri magistratura, biri isə bakalvriat səviyyəsində olmaqla ümumilikdə 2 ixtisasın proqram akreditasiyasından uğurla keçib. E.Aslanov bildirib ki, tədrisin məzmun keyfiyyətinin artırılması istiqamətində əhəmiyyətli addımlar atılmaqdadır. Eyni zamanda tədris prosesinin elektronlaşdırılması və elektron universitetinin tətbiqinin genişləndirilməsi prosesi uğurla davam edir. Qeyd edilib ki, 2025-2026-cı tədris ili üzrə həm bakalvariat, həm də magistratura səviyyəsi üzrə universitetin qəbul planı təsdiq edilib. Plana əsasən qarşıdan gələn tələbə qəbulu dövründə 2705, magistratura səviyyəsi üzrə isə 608 plan yerinə qəbul nəzərdə tutulub ki, bu da yeni rekorddur. Qəbul planında Azərbaycan bölməsi ilə yanaşı 7 ixtisas üzrə ingilis, 11 ixtisas üzrə isə rus bölməsi üzrə plan yerləri ayrılıb. Prorektor vurğulayıb ki, Elm və Təhsil Nazirliyinin ali təhsil üzrə yeni təhsil proqramlarının hazırlanması məqsədilə yaratdığı Komissiyanın tərkibində formalaşdırılmış Təhsil ixtisasları qrupu üzrə İşçi qrup öz işini uğurla davam etdirir ki, Pedaqoji Universitet də qrupun daxilində xüsusi fəallığı ilə fərqlənir. Qeyd edilib ki,İşçi Qrupun təklifləri əsasında magistratura səviyyəsi üzrə ixtisaslaşma sayı 22-dən 34-ə qaldırılıb, bəzi ixtisaslaşmaların isə adı dəyişdirilib və məzmununda müəyyən yenilənmələr aparılıb. Eni zamanda tədris proqramında seçmə və məcburi tədris fənlərinin universitet tərəfindən formalaşdırılması qərara alınıb. Universitetdə alt İşçi Qrupların formalaşdırılması prosesi uğurla davam edir. E.Aslanov diqqətə çatdırıb ki, bu il Pedaqoji Universitetdən məzun olanlardan magistratura səviyyəsinə qəbul imtahanlarında iştirak edənlərdən 1187 nəfəri uğurlu nəticə göstərərək ixtisas seçimi mərhələsində iştirak etmək hüququ qazanıb. Ötən il bu göstərici 812 nəfərə bərabər olub ki, bu da 1 il ərzində 46%-dən çox artım deməkdir. Sonra prorektor tədris proqramlarının hazırlanıb təqdim edilməsi və yeni ixtisasların yaradılması ilə bağlı layihələrin hazırlanması ilə bağlı təklifləri səsləndirib.
Çıxış edən ADPU-nun Pedaqoji təcrübə rəhəbri Qəmərxanım Qəribova 2024-2025-ci tədris ilinin Tədris və istehsalat təcrübəsinin yekunlarına dair hesabatı təqdim edib. Q.Qəribova bildirib ki, cari tədris ilindən etibarən təcrübə yeni qaydalarla həyata keçirilib və iki mərhələdən ibarət olub. 17 fevral-25aprel tarixlərini əhatə edən tədris təcrübəsində təhsilalanlar universitetdə təcrübənin gedişi və ümumtəhsil müəssisələrin tədrisin aparılması qaydalarına dair müvafiq təlimatlarla tanış edilib, dərsin qurulması və effektiv təlim üsullarının tətbiqi barədə metodist dəstəyi alıblar. 28 aprel-30 may tarixlərini əhatə edən 5 həftəlik istehsalat təcrübəsində isə təhsilalanlar dövlət və özəl təhsil müəssisələrində fənn tədris ediblər. Qeyd edilib ki, cari təcrübə dövründə bakalvriat və magistratura səviyyələri üzrə ümumilikdə 4685 nəfər təhsilalan təcrübə prosesində iştirak edib. Təcrübənin sonunda təcrübəçilər müvafiq təcrübə hesabatlarını fakültələrdə fəaliyyət göstərən təcrübə komisiyasına təqdim edib, hesabatları məqbul hesab edilən tələbələr tədrisi yekunlaşdırmış hesab edilib. Q.Qəribova təcrübə prosesinin yekunlarının təhlil nəticələrinin mübət olduğunu bildirib və prosesin uğurla yekunlaşdığını vurğulayıb, həmçinin təcrübə prosesinin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində təkliflərini səsləndirib.
Tədris departamentinin Təhsil proqramları şöbəsinin Təhsil proqramları şöbəsinin müdiri dos. Rəhman Səfərov 2025-2026-cı tədris ilində ADPU-da tədris yüklərinin hesablanması barədə təqdimatla çıxış edib.
Şuranın katibi Tədris metodik vəsaitlərin müzakirəsini təklif edib. Daha sonra Şura işinin müvafiq məsələlərin müzakirəsi ilə davam etdirib.
Sonda qeyd edilən təkliflər səsə qoyularaq qəbul edilib.