шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно
Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsinin Elmi Şurasının geniş tərkibdə iclası keçirilib

Oktyabrın  29-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsinin Elmi Şurasının geniş tərkibdə iclası keçirilib. Fakültənin dekanı, Elmi Şuranın sədri, dosent  Laçın Həsənova  oktyabrın 24-də universitetin Elmi Şurasının iclasında fakültənin hesabatı haqqında etdiyi çıxış barədə  fakültənin əməkdaşlarına ətraflı məlumat verib. Eyni zamanda Elmi Şuranın iclasında Monitorinq qrupu tərəfindən səsləndirilən qeydləri əməkdaşların diqqətinə çatdırıb. 

[gallery ID=21]

Fakültənin Elmi Şurasının iclasında Keyfiyyətin təminatı şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov iştirak edib. R.Sadıqov universitetdə keçirilən “Reytinq qiymətləndirilməsi” layihəsinin geniş təqdimatını edib. 

Təqdimatdan sonra maraqlı və geniş müzakirələr aparılıb.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi