Görkəmli türkoloq, professor Bəkir Çobanzadənin anadan olmasının 130 illik yubileyinə həsr olunmuş «Bəkir Çobanzadə və müasir türk dünyası» mövzusunda Tələbə Elmi Konfransı

2023-cü il may ayının 15-də görkəmli türkoloq alim, şair və ictimai-siyasi xadim, professor Bəkir Vahab oğlu Çobanzadənin (1893-1937) anadan olmasının 130 ili tamam olur. Azərbaycan Dövlət Pedaqoji Universitetinin SABAH mərkəzi böyük mütəfəkkirin zəngin və çoxşaxəli fəaliyyətinin gənc nəslə aşılanması, habelə müasir türk dünyası üçün aktual sayılan məsələlər haqqında onların fikir və görüşlərini öyrənmək məqsədilə 23 may 2023-cü ildə Bəkir Çobanzadənin 130 illik yubileyinə həsr olunmuş «Bəkir Çobanzadə və müasir türk dünyası» mövzusunda Tələbə Elmi Konfransını keçirəcək.
Konfransın təqvimi:
 Tezislərin göndərilmə tarixi - 12 aprel – 5 may 2023-cü il
 Qəbul olunmuş tezislərin elan edilmə tarixi – 17 may 2023-cü il
 Konfransın keçirilmə tarixi – 23 may 2023-cü il saat 14:00
Konfransın keçirilməsi ilə bağlı məlumatlar müəlliflərə Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt vasitəsilə bildiriləcəkdir.
Konfransın işçi dilləri: Azərbaycan, türk, rus və ingilis.
Konfrasın elmi bölmələri:
 Bəkir Çobanzadənin həyat və yaradıcılığı
 Heydər Əliyev və müasir türk dünyası
 Türkoloji dilçiliyin aktual problemləri
 Türk xalqları ədəbiyyatı
 Türk xalqları tarixi
 Türk xalqlarının mədəniyyəti və etnoqrafiyası
 Müasir türk dünyası: siyasi, iqtisadi, elmi və mədəni əlaqələr.
Tezislərin mətninə verilən tələblər:
- Tezis 250-350 söz həcmində, Times New Roman şrifti ilə, 12 ölçüdə, sətirlərarası interval 1, səhifəkənarı ölçülər 2 sm olmaqla hazırlanmalıdır.
- Mətnin əvvəlində səhifənin orta hissəsində tezisin adı, səhifənin aşağı sağ tərəfi hissəsində tünd-qara şriftlə müəllifin adı, atasının adı, soyadı, alt sətirdən kursivlə təhsil aldığı universitet, ixtisas və kurs, həmçinin növbəti sətirdən elmi rəhbərin elmi dərəcəsi, adı və soyadı qeyd olunmaldır.
- Tezisnin sonunda mövzu ilə əlaqədar 3-5 açar söz yazılmalıdır.
- Tezislər elmi üslubda yazılmalı, mətndə ədəbi dil normalarına ciddi əməl olunmalı, işin məzmunu orijinallığı, elmi yeniliyi və aktuallığı ilə fərqlənməlidir.
- Qeyd olunan xarici dillərdə hazırlanmış tezislərin mətni Azərbaycan dilində də təqdim olunmalıdır.
Konfransa təqdim olunmuş tezislər Təşkilat Komitəsi tərəfindən dəyərləndirildikdən və antiplagiat proqramında yoxlanıldıqdan sonra müəlliflərərə qəbul olunub-olunmaması ilə bağlı məlumat veriləcəkdir.
Diqqət! Göstərilən tələblərə cavab verməyən tezislər Təşkilat Komitəsi tərəfindən qəbul edilməyəcəkdir.
Konfransda iştirak etmək istəyənlər tezislərini 5 may 2023-cü il tarixədək Təşkilat Komitəsinin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına göndərə bilərlər.
Təşkilat Komitəsi ilə əlaqə:
Telefon: (+994) 70 342 48 84, (+994) 50 303 00 21
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Tezisin sonunda konfransda iştirak üçün bildiriş formasını əlavə edib doldurmağınız mütləqdir!
Adı, ata adı, soyadı
Ali təhsil (elmi-tədqiqat) müəssisəsi
Fakültə, şöbə, ixtisas, qrup
Əlaqə nömrəsi (mobil)
E-mail
Tezisin adı

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search