Previous Next

Pedaqoji Universitetdə qış imtahan sessiyasına start verilib

Yanvarın 7-dən Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) payız semestrinin qış imtahan sessiyasına start verilib. ADPU-nun rektoru, professor Cəfər Cəfərov imtahan zallarını ziyarət edərək prosesin gedişi ilə tanış olub, tələbələrin fikirlərini dinləyib.
Qeyd edək ki, Pedaqoji Universitetdə semestr imtahanları əyani qaydada, yazılı və şifahi formatda təşkil olunur. Gün ərzində üç növbədə təşkil olunan imtahanlardan şifahi imtahanların cavabları proses bitən zaman, yazılı imtahanların cavabları isə ən geci 24 saat ərzində elan olunur.
Tələbələrin müraciətlərinə operativ qaydada baxılması üçün Universitetdə İmtahan Qərargahı və Apellyasiya Komissiyası fəaliyyət göstərir. 
Tələbələr imtahanın bitməsindən növbəti 2 gün ərzində prosesin təşkili ilə bağlı müraciətlərini İmtahan Qərargahına, imtahan nəticələrindən narazı qaldıqda isə Apellyasiya Komissiyasına müraciət edə bilərlər.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search