Previous Next

ADPU-da proqram akkreditasiyası ilə bağlı iclas keçirilib

Yanvarın 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsil fakültəsində “İbtidai sinif müəllimliyi” ixtisası üzrə proqram akkreditasiyasının Özünütəhlil Komissiyasının növbəti iclası keçirilib. 
İclası proqram akkreditasiyası üzrə sədr, İbtidai təhsil fakültəsinin dekanı, professor Qızxanım Qəhrəmanova açaraq qarşıda duran məsələlər haqqında məlumat verib. 
Sonra İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri, professor Fərrux Rüstəmov proqram akkreditasiyasının məqsədi, məzmunu, özünütəhlil hesabatının hazırlanma texnologiyası ilə bağlı ətraflı təqdimatla çıxış edib və həmkarların suallarını cavablandırıb. 
Qeyd edək ki, tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Sabah Mərkəzinin rəhbəri Lalə Mürsəlbəyova və komissiya üzvləri iştirak ediblər.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search