Previous Next

ADPU əməkdaşları beynəlxalq elmi konfransda məruzə ediblər

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsinin əməkdaşları 3-4 may tarixlərində Gəncə Dövlət Universitetində (GDU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” Beynəlxalq elmi konfransında iştirak ediblər. 
Konfransda fakültənin Biologiya və onun tədrisi texnologiyası kafedrasının müdiri, dosent Anaxanım Yusifova, Analitik və üzvi kimya kafedrasının müdiri, professor Əli Zalov, dekan müavini, dosent Bəsti Əsədova, müəllimlər - dosent Hüsü İbrahimov, dosent Alı Namazov, dosent Qaçay İsmayılov, baş müəllim Gültəkin İsmayılova və baş laborant Gültəkin Ərəbova məruzələrlə çıxış ediblər.
Qeyd edək ki, kimya, biologiya, fizika və iqtisadiyyat elmlərinin aktual problemlərinə həsr edilmiş beynəlxalq konfrans çərçivəsində 16 bölmə iclası keçirilib. Konfransın mövzusu ilə bağlı 7 ölkədən qəbul olunan 700-dən çox məqalə 5 cilddə nəşr olunub.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search