ecnebi-telebe.webp
Dill hazırlıq kursu
Bakalavriat
Doktorantura

Viza və miqrasiya prosesləri:

  • Əcnəbi tələbələr və ya vətəndaşlar təhsil almaq üçün ölkəyə gələrkən yaşadıqları yerin əlaqədar qurumu tərəfindən verilən təhsil vizası ilə gəlməlidir;
  • Əcnəbi tələbələr və ya vətəndaşlar Azərbaycan Respublikasına daxil olduqları gündən başlayaraq 15 gün ərzində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində olduğu yer üzrə qeydiyyata alınmalıdır;
  • Qeydiyyata alınmaq üçün əcnəbi tələbələrin (və ya vətəndaşların) qaldığı yaşayış sahəsinin sahibi əcnəbinin ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində həmin şəxsin qaldığı yer üzrə müvəqqəti qeydiyyata alınması haqqında ərizə- anketi, əcnəbinin pasportunun surətini və qeydiyyata alınacaq mənzilin ünvanını Azərbaycan Dövlət Miqrasiya Xidmətinə şəxsən və yaxud da internet informasiyanın ehtiyatı (www.migration.gov.az), elektron poçt (Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ) vasitəsi ilə təqdim etməlidir;
  • Tələbə müvəqqəti yaşama icazəsi alarkən dəqiq yaşadığı ünvanı göstərməlidir.

Müvəqqəti yaşama icazəsi almaq üçün tələb olunan sənədlər:

  • Nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizə-anket;
  • Xarici pasport (pasportun etibarlılıq müddəti verilməsi nəzərdə tutulan müvəqqəti yaşama icazəsinin müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır);
  • Xarici pasportun surəti (2 ədəd);
  • Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama hüququ verən sənədin surəti (2 ədəd);
  • Beynəlxalq Tibb Mərkəzi (International Medical Centre) (Bakı şəhəri, Nərimanov rayonu, A.Molla Cümə küç.11”B”) və ya Respublika Diaqnostika Mərkəzi (Bakı şəhəri, Tbilisi prospekti 3166) tərəfindən verilən tibbi arayışlar (ümumi sağlamlıq, QIÇS, Hepatit B,C viruslarının olmamasına dair);
  • 2 ədəd 3x4 ölçüdə foto şəkil;
  • əcnəbi tələbələr müvəqqəti yaşayış üçün mənzilə qeydiyyata alınarkən ev sahibinin razılıq ərizəsi, ev sahibinin şəxsiyyət vəsiqəsinin surəti, mənzilin qeydiyyat sənədinin surəti (hər üç sənəd notarial qaydada təsdiq olunmalıdır);
  • ADPU-da təhsil alan əcnəbi tələbələrin ailə üzvləri (ər və ya arvad) yuxarıda qeyd olunan sənədlərlə yanaşı, nikah şəhadətnaməsinin tərcümə olunmuş variantının notarial qaydada təsdiqini təqdim etməlidir.
  • dövlət rüsumunun ödənilməsi barədə sənəd.

Qeyd: Dövlət rüsumunun ödənilməsi barədə sənəd Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təqdim edildiyi zaman verilir.

Qəbulla məşğul olan əməkdaşlar
  1. Əsgərova Aynurə: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  2. Yolçuyeva Dilarə: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  3. Abbasova Vəfa: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  4. Rzayeva Ofeliya: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Ödənişlər və təqaüd imkanları
Yataqxana dəstəyi

Kitabxana

Universitetin kitabxanasının fondu 755.715 nüsxə ədəbiyyat təşkil edir. Bunlar içərisində 686.632 nüsxə kitab və kitabçalar, 3106 nüsxə jurnal, 1179 ədəd dissertasiya, 17.514 ədəd avtoreferat, 4085 ədəd magistr dissertasiyaları, 1016 nüsxə referativ jurnallar və 2270 nüsxə universitet müəllimlərinin elmi tədqiqat işləri yer alır. Eyni zamanda fondda 1000 nüsxə nadir kitablar mühafizə olunur. 2013-cü ildə 5 cilddən ibarət “Azərbaycan Dövlət Pedaqoji Universitetinin professor-müəllim heyətinin 1921-2011-ci illərdə nəşr olunmuş əsərlərinin biblioqrafiyası” kitabxana əməkdaşları tərəfindən tərtib edilmişdir. Kitabxananın fondunda hal-hazırda kiril əlifbası ilə 640 adda 47360 nüsxə, latın əlifbası ilə 9451 adda 75154 nüsxə dərslik və dərs vəsaiti mövcuddur. Fondun həcminə görə universitetin kitabxanası Respublika universitet kitabxanaları arasında ikinci yerdədir. Kitabxana hazırda 4 şöbəsi, 27 əməkdaşı ilə oxuculara xidmət edir. 2019-cu ilin iyul ayından Kitabxana İnformasiya Mərkəzinin rəsmi saytı fəaliyyətə başlamışdır. Burada tələbələr elektron kitabxana xidmətindən istifadə edə bilərlər.

 Korpusları

I korpus

Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 68 ünvanında ADPU-nun əsas tədris binası yerləşir. Kampusda Filologiya fakültəsi, Riyaziyyat fakültəsi, Fizika fakültəsi, Kimya və biologiya fakültəsi yerləşir. Həmçinin universitetin böyük akt zalı, iclas salonu, Heydər Əliyev Mərkəzi (muzey və lektoriya), Karyera Mərkəzi, Kitabxana-informasiya Mərkəzi, universitet nəşriyyatı, kimya və fizika labarotoriyaları, zooloji muzey, böyük idman zalları bu kampusdadır.

II korpus

Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi, 104 ünvanında ADPU-nun II tədris binası yerləşir. Kampusda Tarix və coğrafiya fakültəsi, Magistratura və Doktorantura şöbəsi, Davamlı təhsil və innovasiyalar şöbəsi yerləşir. Həmçinin kampüsda Heydər Əliyev Mərkəzi (muzey və iclas salonu), qız tələbələr üçün geniş və şəraitli yataqxana, kitabxana-informasiya mərkəzi, müasir amfiteatr tipli auditoriyalar, böyük akt zalı və tam təchizatlı idman zalı, ən müasir inklüziv tədris labarotoriyaları fəaliyyət göstərir.

III korpus

Bakı şəhəri, Nəsib bəy Yusifbəyli küçəsi, 41A ünvanında  ADPU-nun III tədris binası yerləşir. Kampusda İncəsənət və İbtidsi təhsil fakültələri yerləşir. Burada 29 saylı şəhər poliklinikası, idman zalı, musiqi, rəsm, heykəltaraşlıq otaqları və kitabxana fəaliyyət göstərir.

IV korpus

Bakı şəhəri, Koroğlu Rəhimov küçəsi, 13 ünvanında ADPU-nun IV tədris binası yerləşir. Kampusda Məktəbəqədər təhsil fakültəsi yerləşir. Burada fakültənin inklüziv tədris labarotoriyaları və kitabxana fəaliyyət göstərir.

 

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search