cfr cfrov

                        

Cəfər Məmməd oğlu Cəfərov

ADPU-nun rektoru,tarix elmləri doktoru, professor

İş telefonu: +994 12 493 00 32

Korporativ e-poçt: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Ünvan: Bakı, AZ1000, Ü.Hacıbəyli küç., 68

 

1960-cı ilin aprel ayının 21-də Naxçıvan şəhərində mühəndis ailəsində anadan olmuşdur.

1977-ci ildə Bakı şəhəri 158 №-li orta məktəbi bitirmiş və Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdur. 1980-1983-cü illərdə universitetin göndərişi əsasında təhsilini Moskva Dövlət Universitetinin (MDU) Tarix fakültəsində davam etdirmişdir. 1983-cü ildə Moskva Dövlət Universitetinin Tarix fakültəsinin aspiranturasına daxil olmuş, 1987-ci ildə dissertasiya işini müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır. Moskvada təhsil aldığı dövrdə Azərbaycanlı Tələbə və Aspirantlar Şurasının sədr müavini olmuşdur.

1987-1994-cü illərdə Azərbaycan Dövlət Universitetinin (1989-cu ildən BDU) Tarix fakültəsində böyük laborant, Azərbaycan tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 1990-1994-cü illərdə BDU-da Tarix üzrə İxtisaslaşmış Dissertasiya Şurasının elmi katibi, 1992-1994-cü illərdə Tarix fakültəsinin dekan müavini, 1994-1998-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə İş üzrə Baş İdarəsinin rəisi vəzifələrində işləmişdir.

1998-2003-cü illərdə BMT İnkişaf Proqramı və Azərbaycan hökumətinin “Azərbaycanda QHT/İƏT-lərin institusional potensialının artırılması ilə vətəndaş cəmiyyətinin gücləndirilməsi” birgə layihəsinin milli koordinatoru olmuşdur. 2000-2001-ci illərdə Fulbrayt proqramının qalibi kimi ABŞ Dövlət Departamentinin təqaüdü ilə Nyu-York Universitetinin Dövlət İdarəçiliyi Məktəbində tədqiqatçı alim vəzifəsində çalışmış, dərslərdə iştirak etmiş, mühazirələrlə çıxış etmişdir. Həmin dövrdə həm də BMT-nin mərkəzi qərargahında “Elektron Hökumət” layihəsinin icraçılarından biri olmuşdur. 2000-ci ildə ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşən Müasir Məsələlər üzrə Təqaüdlər Proqramının qalibi olmuşdur.

2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə təqdim olunan 3 namizəddən biri olmuşdur. 2001-ci ilin noyabr ayında keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının İdarə Heyətinin üzvü seçilmiş, 2003-2004-cü illərdə Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) direktoru vəzifəsində işləmişdir.

2004-2006-cı illərdə BMT İnkişaf Proqramı və Azərbaycan hökumətinin “Azərbaycan Respublikasında yoxsulluğun azaldılması məqsədilə daxili turizmin səmərəli inkişafinın təmin olunması üzrə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinə institusional yardım” birgə layihəsinin milli koordinatoru olmuşdur.

17 fevral 2010-cu ildə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda tarix üzrə elmlər doktoru alimlik dərəcəsi almaq üçün doktorluq dissertasiyası müdafiə etmişdir. 2013-cü ildən professordur.

Azərbaycan tarixinin müasir problemləri, XX əsrin 20-ci illərinin sonu - 30-cu illərində Azərbaycan kəndi, vətəndaş cəmiyyətinin inkişafı, dövlət idarəçiliyi və cəmiyyətin demokratikləşməsi, turizmin və ali pedaqoji təhsilin inkişaf perspektivləri ilə bağlı respublikada və xaricdə nəşr olunan 90-dan çox kitabın, tədris-metodiki vəsaitin, elmi məqalənin müəllifidir. 36 xarici ölkədə keçirilən 100-dən çox beynəlxalq seminar, konfrans və simpoziumun iştirakçısı olmuşdur.

2006-2014-cü illərdə Azərbaycan Turizm İnstitutunun, 2014-2016-cı illərdə onun bazasında yaradılan Azərbaycan Turizm və Menecment Universitetinin rektoru olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 iyun 2016-cı il tarixli Sərəncamı ilə prof. Cəfər Cəfərov Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru vəzifəsinə təyin olunmuşdur.

2013-2016-cı illərdə “Turizm və qonaqpərvərlik tədqiqatları” jurnalının baş redaktoru olub. 2016-2019-cu illərdə ADPU-nun nəzdində fəaliyyət göstərən “Ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi”, “Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası” ixtisasları üzrə Dissertasiya Şurasının sədri olub. 2019-cu ildən isə ADPU-nun nəzdində fəaliyyət göstərən FD 2.15 Dissertasiya Şurasının sədridir.

Hazırda “ADPU-nun Xəbərləri”, “Təhsildə İKT”, “Tarix, insan və cəmiyyət” jurnallarının baş redaktoru, “Azərbaycan məktəbi”, “Kurikulum” və Moskvada nəşr edilən “İnsan kapitalı” (“Человеческий капитал” журнал Московского университета) elmi-praktik jurnallarının, “Kommunikologiya” (“Коммуникология”) beynəlxalq elmi jurnalının, Rusiya Dövlət Humanitar Universitetinin “Avrasiya tədqiqatları. Tarix. Politologiya. Beynəlxalq münasibətlər” elmi jurnalının (Вестник РГГУ. Серия «Евразийские исследования. История. Политология. Международные отношения». Научный журнал) redaksiya heyətinin üzvüdür.

Avrasiya İpək Yolu Universitetləri Konsorsiumu (ESRUC) İcraedici Şurasının üzvüdür. 2020-ci ildə Türkiyənin Ali Təhsil Keyfiyyət Şurasının xarici qiymətləndiricisi (ekspert) seçilib. 12 dekabr 2017-ci ildə Avstriyanın IMC/FH KREMS Universitetinin fəxri doktoru adına layiq görülüb.

Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)”, “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalları və “Şöhrət” ordeni ilə təltif olunub.

ABŞ-da təhsil alan Azərbaycanlı Məzunlar Assosiasiyasının “Təhsil sahəsində ən yaxşı nəticəyə görə” diplomu (2008), “Fəxri turizm işçisi” döş nişanı (2014), Humanist Pedaqogikanın Beynəlxalq Mərkəzi tərəfindən “Humanist pedaqogikanın cəngavəri” adı və “Ürək və qu quşu” döş nişanı (2017), Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının “General Həzi Aslanov” (2019) və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin “Milli Ordunun 100 illik yubileyi” (2019) medalları, habelə müxtəlif media mükafatları ilə təltif edilib.

Rus, ingilis, türk dillərini bilir.

Ailəlidir, 2 övladı var.

Eldar İkram oğlu Aslanov

Tədris işləri üzrə prorektor

Asəf Dağbəyi oğlu Zamanov

Elm və innovasiyalar üzrə prorektor

Tural Rövşən oğlu Cəlilov

Ümumi işlər üzrə prorektor

  

Mahirə Nağı qızı Hüseynova

Beynəlxalq əlaqələr üzrə prorektor

 

Fikrət Çingiz oğlu Rzayev

Sosial və humanitar məsələlər üzrə prorektor

21

Könül İsaq qızı Pirverdiyeva

Strateji inkişaf məsələləri üzrə prorektor

  1. Asəf Dağbəyi oğlu Zamanov

    Təhsil menecmenti kafedrası

  2. Zinharə Fəhrad qızı Həsənova

    Kitabxana İnformasiya Mərkəzi

  3. Ərəstun Balaxan oğlu Mehdiyev

    Elmi tədqiqat mərkəzi

  4. Xalidə Aydın qızı Həmidova

    Təlim tədris mərkəzi

  5. Tahir Veys oğlu Süleymanov

    Heydər Əliyev mərkəzi

  6. Rəşad Əsəd oğlu Sadıqov

    Magistratura və doktorantura şöbəsi

  7. İbrahim Məhəmməd oğlu Bayramov

    Elmi təşkilati şöbə

  8. Hüseyn Cavad oğlu Hacıyev

    Nəşriyyat şöbəsi

  9. Telman Şamil oğlu Budaqov

    Hərbi səfərbərlik və xüsusi şöbə

  10. Tahir Ələkbər oğlu Hüseynov

    Mülki müdafiə qərargahı

  11. Gülnarə Famil qızı Məmmədova

    Arxiv bölməsi

  12. Günay İsmayıl qızı Məhərrəmova

    Beynəlxalq əlaqələr şöbəsi

  13. Mehparə Elmidar qızı Əhmədova

    Beynəlxalq layihələr və qrantlar şöbəsi

  14. Aynurə Əli qızı Əsgərova

    Əcnəbi tələbələrlə iş şöbəsi

  15. Səməd İsmayıl oğlu Abdullayev

    İnzibati departament

  16. Mətanət Şəmsəddin qızı Quliyeva

    Maliyyə şöbəsi

  17. Qumral Çingiz qızı Qədimova

    İnsan resursları şöbəsi

  18. Xuraman İskəndər qızı Əliyeva

    Ümumi şöbə

  19. Qalib Mövsüm oğlu Şərifov

    Keyfiyyətin Təminatı şöbəsi

  20. Lalə Vaqif qızı Mürsəlbəyova

    Sabah mərkəzi

  21. Natəvan Filman qızı Həsənova

    Əqli mülkiyyətin qorunması şöbəsi

Sxem

 

1921-Cİ İLDƏN TƏHSİLİMİZİN KEŞİYİNDƏ...

Müəllimlik şərəfli peşədir.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search