telebeheyeatezgifcom-gif-maker_14.webp
Tələbənin yaddaş kitabçası

Ən qaynar sosial həyata malik ali təhsil müəssisələrindən olan Pedaqoji Universitetdə tələbələrlərin ictimai-sosial ehtiyacları ilə universitetin Sosial və humanitar məsələlər üzrə prorektorluğu məşğul olur. ADPU-da tələbələrin sosial-məişət şəraitinə xüsusi diqqət yetirilir.  Universitetin tədris binalarında tələbələr üçün korpuslar üzrə müasir tipli yeməkxana və bufet fəaliyyət göstərir. Korpusdakı tibb məntəqələrində tələbə kontingentinə tibbi xidmət göstərilir. Universitetin Səbail və Gənclik tədris binalarında həyətyanı sahədə yaşıllıq salınmış və oturacaqlar yerləşdirilərək tələbələrin istifadəsinə verilmişdir. I və II saylı korpuslarda, həmçinin 3 geniş və təchizatlı idman zalı, 2 böyük, hər bir korpusda isə kiçik akt zalları tələbələrin ixtiyarındadır. ADPU-nun əsas tədris binasındakı möhtəşəm böyük akt zalında 400 nəfər iştirakçı üçün istənilən böyük tədbirlərin keçirilməsi imkanı vardır.                          

Bundan başqa, tələbələrin asudə vaxtlarının maraqlı və faydalı keçməsi üçün universitetdə 6 tələbə təşkilatı fəaliyyət göstərir. Hər bir tələbə bu təşkilatların işində iştirak edə və ya tədbirlərinə qatıla bilər. Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin kurasiyası ilə bu təşkilatlar, - Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi, ADPU Könüllüləri Tələbə Birliyi, ADPU Təhsil Könüllüləri İctimai Birliyi, Meh Ədəbi Dərnəyi və ADPU Türk Öğrenci Yönetim Konseyi yerli və əcnəbi tələbələrin sağlam düşüncəli, milli ruhlu, vətənini sevən vətəndaş kimi formalaşmalarında, onların sosiallaşmalarında mühüm rol oynayırlar.

Bu təşkilatların tərkibində tələbələrin maraq dairələrinə uyğun olaraq klublar və dərnəklər fəaliyyət göstərir. Bunlar arasında vətənpərvərlik, tarix, coğrafiya, idman və sağlamlıq, kitab, kino, ekoloji və s. klubların fəaliyyətini xüsusilə vurğulamaq olar.

Tələbələr arasında daimi intellektual oyunlar da təşkil olunur. “Nə? Harada? Nə Zaman?”, “Breyn Rinq”, “Xəmsə”, “Axtar tap” və başqa intellektual oyunlar üzrə liqa yarışları həyata keçirilir.

Mədəni-kütləvi tədbirlərin təşkilində Həmkarlar İttifaqı Komitəsi, Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK), Tələbə Gənclər Təşkilatı (TGT), ADPU Könüllüləri Tələbə Birliyi (AKT), Təhsil Könüllüləri İctimai Birliyi (TKİB) və Meh Ədəbi Dərnəyi ilə yanaşı fakültələr yaxından iştirak edir. Xüsusən ADPU-nun tələbə təşkilatlarının  fəalları Tovuz döyüşləri, Vətən müharibəsi, pandemiya şəraitində yardımlaşma kampaniyalarının təşkilində və onlayn təhsillə bağlı işlərdə olduqca mütəşəkkil fəalliyət göstərib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasimin təşkilində universitetin ictimai təşkilatları yaxından iştirak etmiş, təşkilatların könüllüləri rəhbərlik tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif edilmişdir.

Universitetimizdə yeni yaranan Ağsaqqallar Şurası, bu işlərə yeni qoşulan Elmi-təşkilati şöbə də bu tədbirlərin keçirilməsinə yaxından dəstək verir.                     

 

1921-Cİ İLDƏN TƏHSİLİMİZİN KEŞİYİNDƏ...

Müəllimlik şərəfli peşədir.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search