ADPU-CVU ikili diplom proqramı haqqında

İkili diplom proqramının yaradılması Azərbaycan Dövlət Pedaqoji Universiteti və ABŞ-nin nüfuzlu Corc Vaşinqton Universitetinin Ali Təhsil və İnsan İnkişafı Məktəbi arasında 25 iyun 2019-cu il tarixində imzalanmış Bəyannaməyə əsaslanır. 31 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikasının sabiq təhsil naziri cənab Ceyhun Bayramov və Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov, Amerika tərəfindən isə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Li Litzenberqer və Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafı Məktəbinin dekanı Maykl Foyerın iştirakı ilə imzalanma mərasimi keçirilmişdir.

İkili diplom proqramı 2018-ci ilin noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 711 nömrəli Sərəncamı ilə təstiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” əsasında fəaliyyət göstərir.

Proqramın ilk qəbulu 25 tələbə təşkil etmiş və 2020-ci il sentyabr ayında ilk qəbulun dərsləri başlamışdır. 2021-ci ildə ikinci qəbul (24 tələbə) və 2022-ci ildə üçüncü qəbul (37 tələbə) həyata keçirilmişdir. Hal-hazırda Proqrama son (2023-2024-cü illər) qəbul həyata keçirilir (40 tələbə üçün).

13 iyun 2022-ci ildə Bakı şəhərində ADPU-CVU ikili diplom proqramının ilk məzun günü keçirilib. Proqramdan 22 tələbə məzun olmuşdur. Məzun günü dövlət səviyyəsində keçirilmiş, elm və təhsil naziri cənab Emin Əmrullayev, digər universitetlərin rektorları, təhsil ictimaiyyətinin nümayəndələri və Corc Vaşinqton Universitetinin professorları tədbirdə iştirak etmişdir.

23 iyun 2023-cü il tarixində isə Bakı şəhərində proqramın ikinci məzun buraxılışı da dövlət səviyyəsində qeyd olunmuşdur. Proqram üzrə ikinci buraxılışdan 19 tələbə məzun olmuşdur. 

İkili diplom proqramı 120 kreditdən ibarətdir və intensiv təhsil proqramı əsasında həyata keçirilir. Burada 10 fənn Azərbaycan Dövlət Pedaqoji Universiteti, 10 fənn isə Corc Vaşinqton Universiteti tərəfindən tədris olunur. Dərslər interaktiv şəkildə, təhsil ekspertləri və digər təhsil işçilərinin iştirakı ilə həyata keçirilir. Corc Vaşinqton Universitetinin professorları tədris prosesini Azərbaycana səfər edərək aparırlar. İki illik təhsilin buraxılış işi kimi tələbələr CVU-nun nəzarəti altında “Capstone” layihələrini təqdim edirlər. Proqramın tələbələri yekunda CVU-nun “Təhsil və insan inkişafı: Təhsil siyasəti və liderlik” və ADPU-nun “Menecment (təhsilin təşkili və idarə olunması)” ixtisaslaşmaları üzrə magistr dərəcəsinə sabib olurlar. Tədris ingilis dilində aparılır.

Pedaqoji Universitetin Corc Vaşinqton Universiteti ilə “Təhsil siyasəti və idarəetməsi” üzrə birgə ikili diplom magistr proqramı artıq 3 ildir icra olunur və cari ildə də proqrama 40 nəfərin qəbulu nəzərdə tutulur. Proqram Elm və Təhsil Nazirliyi, Dövlət Neft Fondu, Dövlət proqramlarının idarəetmə qrupunun dəstəyi ilə həyata keçirilir.

 

“2019-2023 Dövlət Proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramında dərs deyən müəllimlərin siyahısı
Yerli müəllimlərXarici müəllimlər
Ad və soyadFənnAd və soyadFənn
Tofiq ƏhmədovTəhsilin hüquqi aspektləriElizabeth GrantEducation Policy Design
Tofiq ƏhmədovAli təhsildə idarəetməElizabeth Grantİmplementation for Education Policymakers
Ülkər BabayevaTəhsildə neyroelmScott JoftusProgram evaluation, theory and practice
Ülkər BabayevaTədrisin dizaynı və texnologiyaMatthew FlanaganQuantitative Methods
Yuliya KərimovaPeşəkar təcrübə və müəllim qiymətləndirilməsiLionel Howard Qualitative Research Methods
Elmina KazımzadəTəhsil psixologiyasıJames WilliamsEducation and National Development
Elçin MəmmədovRiyaziyyat və statistikaJames WilliamsPrograms and Policies in İnternational Education
Nicat MəmmədliTəhsildə gender, inkluzivlik və bərabərlik Maria CsehLearning and Leadership in Organizations
Tamerlan RəcəbovMəlumat əsaslı qərarverməKelber ToziniQuantitative Methods II
Rüfət ƏzizovTəhsildə innovasiya və sahibkarlıqMaria CsehOrganizational Diagnosis and Development
  Nirmala NarayanQualitative Research Methods

fForma 1 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 

AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ 

 

Təsdiq edirəm: 

ADPU-nun rektoru  prof.C.M.Cəfərov                                                                                                                                                                                    ______________________ 

«___»_________2020-ci il 

İxtisasın şifri və adı:  060407 – Menecment 

İxtisaslaşmanın adı: Menecment (təhsilin təşkili və idarə olunması) 

Təhsil müddəti: 2 il (4 semestr) 

 

 

TƏDRİS PLANI 

(Bu tədris planı ABŞ-ın Corc Vaşinqton Universiteti ilə  

ADPU-nun birgə beynəlxalq magistr proqramı üçün tərtib olunub) 

 

 

  1. TƏDRİS PROSESİNİN PLANI

 

Sıra № 

Fənnin kodu 

Fənlərin adı 

Kreditin sayı 

Ümumi saatlar 

Auditoriyadan kənar saatlar 

Auditoriya saatları 

O cümlədən 

Prerekvizit (öncə tədrisi zəruri olan) fənlərin şifri 

Korekvizit  (tədrisi paralel nəzərdə tutulan) fənlərin şifri 

Fənnin tədrisi nəzərdə tutulan semestr (payız, yaz və yay) 

Həftəlik dərs yükü 

Mühazirə 

Seminar məşğələ 

Laboratoriya 

1

EDUC 8701 

Təhsil Siyasətinin Dizayni/   Education Policy Design 

6 

180 

135 

45 

30 

15 

 

 

 

I 

3 

2

EDUC 6650 

Təhsil və Milli inkisaf/ Education and National Development 

6 

180 

135 

45 

30 

15 

 

 

 

I 

3 

3

ASPU 01 

Təhsil psixologiyası / Educational Psychology  

6 

180 

135 

45 

30 

15 

 

 

 

I 

3 

4

ASPU 02 

Riyaziyyat və statistika / Math and Statistics 

6 

180 

135 

45 

30 

15 

 

 

 

I 

3 

5

EDUC 6116 

Təhsil Statistikası  /Educational Statistics 

6 

180 

135 

45 

30 

15 

 

 

 

II 

3 

6

EDUC 8122 

Keyfiyyətli tədqiqat metodları/  Qualitative Research Methods 

6 

180 

135 

45 

30 

15 

 

 

 

II 

3 

7

HOL 6100 

Xüsusi mövzular: Təşkilatda liderlik ve Öyrənmə / Special topics: Leadership and Learning in Organizations 

6 

180 

135 

45 

30 

15 

 

 

 

II 

3 

8

ASPU 03 

Təhsildə neyroelm / Neuroscience in Education 

6 

180 

135 

45 

30 

15 

 

 

 

II 

3 

9

ASPU 04 

Tədrisin dizaynı və texnologiya / Instructional Design and Technology 

6 

180 

135 

45 

30 

15 

 

 

 

II 

3 

10

 

Capston layihəsi (I Mərhələ)/ *Capstone Project (Phase I)* 

 

 

 

 

 

 

 

 

 

II 

 

11

EDUC 6381 

Programın Qiymətləndirilməsi 

Nəzəriyyə və Təcrübə /   Program Evaluation, Theory and Practice credits 

6 

180 

135 

45 

30 

15 

 

2021 yay 

 

III 

3 

12

ASPU 05 

Peşəkar təcrübə və müəllim qiymətləndirilməsi / Professional Practice and Teacher Evaluation 

6 

180 

135 

45 

30 

15 

 

2021 yay 

 

III 

3 

13

ASPU 06 

Ali təhsildə idarəetmə /Governance and Management of Higher Education 

6 

180 

135 

45 

30 

15 

 

 

 

IV 

3 

14

ASPU 07 

Məlumat əsaslı qərarvermə /Data Driven Decision-making 

6 

180 

135 

45 

30 

15 

 

 

 

IV 

3 

15

ASPU 08 

Təhsildə bərabərlik, müxtəliflik və inkluzivlik /Equity, Diversity and Inclusion in Education 

6 

180 

135 

45 

30 

15 

 

 

 

IV 

3 

16

 

Capston  layihəsi   ( II Mərhələ)**/Capstone Project (Phase II)**  

 

 

 

 

 

 

 

 

 

IV 

 

17

EDUC 6100 

Eksperimental kurs / Experimental course 

6 

180 

135 

45 

30 

15 

 

 

 

IV 

3 

18

EDUC 6610 

Beynəlxalq təhsildə proqramlar ve siyasətlər / Programs and Policies in International Education 

6 

180 

135 

45 

30 

15 

 

 

 

IV 

3 

19

 

Capston  layihəsi  ( III Mərhələ)***/ Capstone Project (Phase III)*** 

 

 

 

 

 

 

 

 

 

 

 

20

HOL 6702 

Təşkilati Diaqnoz və İnkisaf/ Organizational Diagnosis and Development 

6 

180 

135 

45 

30 

15 

 

 

 

V 

3 

21

EDUC 8103 

Təhsil Siyasətçiləri üçün Tətbiq/ Implementation for Education Policymakers   

6 

180 

135 

45 

30 

15 

 

 

 

V 

3 

22

ASPU 09 

Təhsilin hüquqi aspektləri/ Legal Issues in Education  

6 

180 

135 

45 

30 

15 

 

 

 

V 

3 

23

ASPU 10 

Təhsildə innovasiya və sahibkarlıq /Innovation and Entrepreneurship in Education 

6 

180 

135 

45 

30 

15 

 

 

 

V 

3 

24

 

Capston layihəsi (IV Mərhələ)****/ Capstone Project (Phase IV)**** 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

CƏMİ 

120 

3600 

2700 

900 

600 

300 

 

 

 

 

60 

 

 

* Students start professional preparation (resume and interview)  

**Students network and apply for internships  

***Students start internship  

**** Students finalize internship and deliver final report.  

 

 

E-poçt

[email protected]

[email protected]

Tel

+99412 493 23 84

+99450 626 21 60

Facebook

https://www.facebook.com/ADPUGWU/

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search