Loqo və fəlsəfəsi
Azərbaycan Dövlət Pedaqoji Universitetinin məqsəd və məramını əks etdirən loqo aşağıdakı mənaları daşıyır:
- Açıq kitab təhsilin fasiləsizliyini, daimiliyini və dünyaya açıq olduğunu;
- Kitabın üstündə iki bərabəryanlı düzbucaqlı üçbucağın yaratdığı kvadrat təhsilin inteqrativliyini, tamlığını, varisliyini və davamlığını ;
- Üçbucaqlardan biri universitetin keçmişini, ikincisi gələcəyini, ikisi bir yerdə isə bu gününü əks etdirir
- Kitab dövlət bayrağımızın rənglərinə boyanmış aypara əhatə edir. Bu rənglər loqoda Azərbaycan Respublikasının dövlət bayrağındakı mənasını təhsilimizdə millilik, dünyəvilik və əxlaqi-mənəvi dəyərlərə sadiqlik prinsiplərini əks etdirmək üçün istifadə olunub. Bu görüntü təhsilin gələcək nəsli Azərbaycançılıq məfkurəsində tərbiyə etmək kimi əsas vəzifəsinə eyham vurur.
- Loqo isə təhsilin keyfiyyətlilik prinsipinə əsaslanan qüdrətini və gücünü əks etdirən qızılı rəngli əsas dairə ilə tamamlanır. Onun üzərində universitetin tam adı və yaranma tarixi olan 1921 - ci il qeyd olunub. 1921 yazısının sağındakı və solundakı səkkizguşəli ulduz Azərbaycan Respublikasının dövlət bayrağındakı müvafiq simvolun mənasını daşıyır və loqonun mənalanmasını təmin edir.
Mövcud loqotip versiyaları:
Korporativ rənglər
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəyyən edilmiş korporativ rəng palitrası vardır. Hər bir rəngin təyin olunmuş mənası aşağıda qeyd edilib. Hər rəng müəyyən edilmiş sahədən asılı olaraq istifadə edilə bilər.
HEX #C69948
RGB 198 153 72
HEX #AD22B2
173 34 178
HEX #AF6A2C
RGB 175 106 44
HEX #182353
RGB 24 35 83
HEX #D50309
RGB 213 3 9
HEX #CD9485
RGB 205 148 133
HEX #137CD5
RGB 19 124 213
HEX #39AB60
RGB 57 171 96
HEX #D3B064
RGB 0 175 239
HEX #D3B064
RGB 237 47 89