sabaqruplarezgifcom-gif-maker_12.webp

SABAH QRUPLARI

  1. SABAH-ın yaranmasında məqsəd
    Ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə 2014/2015-ci tədris ilindən yaradılmış SABAH qrupları aşağıdakı hədəfləri ünvanlanıb:
    • Təhsildə innovativ tədris metodlarının tətbiqi;
    • Təhsilalanların təşəbbüslərinin dəstəklənməsi və qabaqcıl təcrübənin tətbiqi 
    • Təhsilverənlərin inkişafı və stimullaşdırılması 
    • Akademik və biznes mühitlərinin əlaqələrinin genişləndirilməsi və inteqrasiyası
  2. SABAH qrupları layihəsi Təhsil nazirliyinin 992 nömrəli 15.09.2014 tarixli əmrinə əsasən yaradılıb.
  3. İlk ixtisaslar, hər ixisas üzrə tələbələrin sayı  iki ixtisas və 34 tələbə İbtidai sinif müəllimliyi (22 tələbə) və Riyaziyyat və informatika müəllimliyi  (12 tələbə) ilə fəaliyyətinə başlayan SABAH qrupları hazırda 4 ixtisas (əlavə Məktəbəqədər təlim və tərbiyə və Azərbaycan dili və ədəbiyyatı müəllimliyi) və 250 tələbə ilə  işini davam edir.
  4. Cədvəl şəklində vermək daha maraqlı olar

    İllər

    Tələbələrin ümumi sayı

    İxtisaslar

    Akademik heyət

    İbtidai sinif müəllimliyi

    Riyaziyyat müəllimliyi

    Məktəbəqədər təlim və tərbiyə

    AZərbaycan dili və ədəbiyyatı müəllimliyi

    Elmlər doktoru, professor

    Fəlsəfə doktoru, dosent

    Baş müəllim və müəllim

    2014-2015

    34

    22

    12

    -

    -

    1

    3

    13

    2015-2016

    49

    15

    -

    -

    -

    3

    12

    26

    2016-2017

    94

    30

    15

    -

    -

    4

    14

    24

    2017-2018

    117

    30

    15

    -

    -

    4

    16

    27

    2018-2019

    135

    25

    20

    -

    -

    4

    20

    22

    2019-2020

    210

    30

    30

    25

    20

    4

    23

    27

    2020-2021

    250

    25

    20

    20

    20

    7

    23

    41

  5. Fakültələrin tədris planlarından fərqli burada hansı fənlər keçilir.
    • Yenilənmiş tədris planı (sillabus)
    • Tələbəyönümlü yanaşma
    • Sənaye müəssisələri, özəl və dövlət qurumlarında təcrübə proqramları
    • İnteraktivlik, yenilikərlə tanışlıq
    • İntensiv ingilis-dili dərsləri
  6. SABAH qruplarında tanınmış alimlər (riyaziyat fənləri üzrə prof. Əli Əhmədov, prof. Məmməd Bayramov, prof Vəli Qurbanov, prof. Bəhrəm Əliyev, prof. Aqil Xanməmmədov, prof Rəhim Rzayev, prof. Əbülfət Pələngov filologiya üzrə prof. Yaqub Babayev) ilə yanaşı istedadlı gənc müəllimlərin və istehsalat sahəsində çalışan peşəkarların tədris prosesində iştirakı, həm gənclərin yeni tədris metodları ilə dərslərin aparılmasına imkanı yaradır, həm də  nəzəriyə ilə praktik sahələrin sintezinə, peşəyönümlü tədrisə öz tövhəsini verir.
  7. SABAH mərkəzinin rəhbəri dos. Lalə Mürsəlbəyova, SABAH mərkəzinin koordinatoru – Aytən Vəlibəyova
  8. SABAH auditoriyaları elektron lövhə, proyektor və kompüterlərlə təchiz edilib. İbtidai sinif müəllimliyi ixtisasının qrupları üçün auditoriyalardan biri Sağlam təhsil sinifinin avadanlığı ilə təchiz edilib.
  9. Tələbələrin  fəaliyyəti
    • İnfoturlar, aparıcı alim və mütəxəssislərə görüş
    • Xaricdə təlim və mübadilə proqramları
    • Master klasslar, əlavə təcrübə imkanları
    • İntellektual yarışlar və Debat klubu
    • Könüllülük fəaliyyəti
    • Tələbələr Forumu
  10. Tələbələrimiz  STEAM və Sağlam təhsil siniflərində, Hədəf və İdrak liseyində. Eyni zamanda SABAH tələbəlləri Sağlam təhsil – sağlam millət layihəsi ilə birğə fəaliyyətimiz əsasında Sağlam təhsil siniflərində 2 həftəlik əlavə təcrübə imkanı əldə edirlər. Elmi araşdırmalara marağı olan tələbələr Azərbaycan Milli Elmlər Akademiyasında təcrübə keçə bilirlər.  Həmçinin peşə bacarıqlarını artırmaq məqsədi ilə könüllülük əsasında müxtəlif müəssisələrdə (Təhsil Nazirliyi, Vergilər Nazirliyi, Banklar, Asan xidmət, və s) dərsdən kənar iş təcrübəsi almaq imkanından istifadə edirlər.
  11. Magistratura və MİQ-lə bağlı nəticələr

    Məzun ili

    Məzun sayı

    MİQ

    Ümumi işlə təmin olunanlar

    Magistratura

    İştirak edənlər

    Məktəbdə işlə təmin edilənlər

    yerli

    xarici

    2016-2017

    22

    20

    10

    13

    5

     

    2017-2018

    27

    23

    8

    14

    8

    1

    2018-2019

    30

    28

    6

    16

    1

     

    2019-2020

    45

    32

    11

    16

    15

     

    *Nəticələr məzun ilinə görə verilib.

  12. Bir sıra vacib tədbirlər və işlər:
    • 2014 və 2015-ci illərdə Tələbə Forumunun təşkili,
    • 2015-ci ildə London Yay məktəbi (Riyaziyyat və informatika müəllimi ixtisasının tələbəsi Nicabət Babaxanova),
    • 2016-ci ildə Şahdağ Milli Parkının ərazisində yerləşən “Heydər zirvəsi”nə yürüş (11 tələbədə arasında Riyaziyyat və informatika müəllimliyi ixtisasının tələbəsi Xaləddin Məmmədov)
    • 2016-cı ildə Abu Dabi Yay məktəbi (İbtidai sinif müəllimliyinin tələbəsi Həmidə Rzayeva)
    • Subbakalavrdan gələn tələbəmiz Həmidə Rzayeva III tədris ili tələbəsi olaraq MİQ imtahanında iştirak edib 56 bal toplamışdır.
    • Tələbə Debat Forumunda qaliblik: 2016 -ci ildə SABAH I Debat Forumun qalibləri (I yer qalibi “Bermud” komandası: Şıxməmmədova Ləman, Bayramova Çinarə, Hüseynova Xətayə), 2018-ci ildə SABAH III Debat Forumun qalibləri (II yer sahibi “Evtanaziya” komandası: Tural Məmmədov, Kəmalə Quliyeva, Sədaqət Abdullayeva)
    • 2017-ci ildən başlayaraq sonuncu kursda təhsil alan SABAH tələbələrinə uğurlu karyera başlanğıcı üçün lazım olan bacarıqları aşılanması məqsədi ilə Sabah Karyera Qış məktəbinin keçirilməsi.
    • 2016-ci ildən başlayaraq Sağlam təhsil siniflərində əlavə pedaqoji təcrübə imkanı (İbtidai sinif müəllimliyinin III tədris ilinin tələbələri),
    • SABAH könüllü hərəkətində iştirak (Bakı Avro 2015, SABAH könüllüsü, Bir Könüllü hərəkətı, Asan Xidmət könüllüsü, Formula 1 könüllüsü)
    • Bilik yarımasının müəllimlik ixtisası üzrə qalibləri (2018-ci ildə III yerin qalibi Nərmin Mahmudova, 2019-cu ildə II yerin qalibi Çərkəz Kərimova)
    • STEAM təlimlərinin keçirilməsi və STEAM məktəblərində təcrübə,
    • ADA Universitetində və Hədəf liseyində təşkil edilən təlim, seminar və görüşlərdə iştirak.
    • ADPU-nun dəstəyi ilə SABAH qrupları tələbələrinin 2 dərs vəsaiti nəşr edilib: 2018-ci ildə Riyaziyatdan didaktik material (orta ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün); 2019-cu ildə Dərs nümunələri (tələbə və gənc müəllimlər üçün icmal toplusu).
 

1921-Cİ İLDƏN TƏHSİLİMİZİN KEŞİYİNDƏ...

Müəllimlik şərəfli peşədir.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search