sebekemizezgifcom-gif-maker_6.webp
Croissant Croissant

AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİNİN SƏBAİL (ƏSAS) KAMPUSU

Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 68 ünvanındakı kampusda ADPU-nun əsas tədris binası yerləşir. Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, 68 ünvanında yerləşir. Kampusda Filologiya fakültəsi, Riyaziyyat fakültəsi, Fizika fakültəsi, Kimya və biologiya fakültəsi və SABAH mərkəzi yerləşir. Həmçinin universitetin böyük akt zalı, iclas salonu, Heydər Əliyev Mərkəzi (muzey və lektoriya), Karyera Mərkəzi, Kitabxana-informasiya Mərkəzi, universitet nəşriyyatı, kimya və fizika labarotoriyaları, zooloji muzey, böyük idman zalları və SABAH auditoriyaları da bu kampusdadır.

AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİNİN GƏNCLİK KAMPUSU

Bakı şəhəri, Akademik Həsən Əkiyev küçəsi, 104 ünvanındakı kampusda ADPU-nun II tədris binası yerləşir. Bakı şəhəri, Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsi, 104 ünvanında yerləşir. Kampusda Tarix və coğrafiya fakültəsi, Magistratura və Doktorantura şöbəsi, Davamlı təhsil və innovasiyalar şöbəsi yerləşir. Həmçinin kampusda Heydər Əliyev Mərkəzi (muzey və iclas salonu), xarici tələbələr qız tələbələr üçün geniş və şəraitli yataqxana, kitabxana-informasiya mərkəzi, müasir amfiteatr tipli auditoriyalar, böyük akt zalı və tam təchizatlı idman zalı, ən müasir inklüziv tədris labarotoriyaları da fəaliyyət göstərir.

AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİNİN NƏSİMİ KAMPUSU

Bakı şəhəri, Nəsib bəy Yusifbəyli küçəsi, 41A ünvanındakı kampusda ADPU-nun III tədris binası bu kampusdadır. Bakı şəhəri, Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsi, 60 ünvanında yerləşir. Kampusda İncəsənət və fiziki tərbiyə və İbtidsi təhsil fakültələri yerləşir. Burada 29 saylı şəhər poliklinikası, idman zalı, musiqi, rəsm, heykəltaraşlıq otaqları və kitabxana fəaliyyət göstərir.

AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİNİN TƏBRİZ KAMPUSU

Bakı şəhəri, Koroğlu Rəhimov küçəsi, 13 ünvanında yerləşən ADPU-nun IV tədris binası bu kampusda yerləşir. Bakı şəhəri, Nəsimi rayonu, Koroğlu Rəhimov küçəsi, 13 ünvanında yerləşir. Kampusda Məktəbəqədər təhsil fakültəsi yerləşir. Burada fakültənin inküziv tədris labarotoriyaları və kitabxana da fəaliyyət göstərir.

Ətraflı məlumatı keçidlər vastəsi ilə əldə edə bilərsiniz.

 

1921-Cİ İLDƏN TƏHSİLİMİZİN KEŞİYİNDƏ...

Müəllimlik şərəfli peşədir.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search