Cəfər Məmməd oğlu Cəfərov
ADPU-nun rektoru,tarix elmləri doktoru, professor
İş telefonu:+994 12 493 00 32
Korporativ e-poçt:
Ünvan: Bakı, AZ1000, Ü.Hacıbəyli küç., 68
1960-cı ilin aprel ayının 21-də Naxçıvan şəhərində mühəndis ailəsində anadan olmuşdur.
1977-ci ildə Bakı şəhəri 158 №-li orta məktəbi bitirmiş və Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdur. 1980-1983-cü illərdə universitetin göndərişi əsasında təhsilini Moskva Dövlət Universitetinin (MDU) Tarix fakültəsində davam etdirmişdir. 1983-cü ildə Moskva Dövlət Universitetinin Tarix fakültəsinin aspiranturasına daxil olmuş, 1987-ci ildə dissertasiya işini müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır. Moskvada təhsil aldığı dövrdə Azərbaycanlı Tələbə və Aspirantlar Şurasının sədr müavini olmuşdur.
1987-1994-cü illərdə Azərbaycan Dövlət Universitetinin (1989-cu ildən BDU) Tarix fakültəsində böyük laborant, Azərbaycan tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 1990-1994-cü illərdə BDU-da Tarix üzrə İxtisaslaşmış Dissertasiya Şurasının elmi katibi, 1992-1994-cü illərdə Tarix fakültəsinin dekan müavini, 1994-1998-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə İş üzrə Baş İdarəsinin rəisi vəzifələrində işləmişdir.
1998-2003-cü illərdə BMT İnkişaf Proqramı və Azərbaycan hökumətinin “Azərbaycanda QHT/İƏT-lərin institusional potensialının artırılması ilə vətəndaş cəmiyyətinin gücləndirilməsi” birgə layihəsinin milli koordinatoru olmuşdur. 2000-2001-ci illərdə Fulbrayt proqramının qalibi kimi ABŞ Dövlət Departamentinin təqaüdü ilə Nyu-York Universitetinin Dövlət İdarəçiliyi Məktəbində tədqiqatçı alim vəzifəsində çalışmış, dərslərdə iştirak etmiş, mühazirələrlə çıxış etmişdir. Həmin dövrdə həm də BMT-nin mərkəzi qərargahında “Elektron Hökumət” layihəsinin icraçılarından biri olmuşdur. 2000-ci ildə ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşən Müasir Məsələlər üzrə Təqaüdlər Proqramının qalibi olmuşdur.
2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə təqdim olunan 3 namizəddən biri olmuşdur. 2001-ci ilin noyabr ayında keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının İdarə Heyətinin üzvü seçilmiş, 2003-2004-cü illərdə Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) direktoru vəzifəsində işləmişdir.
2004-2006-cı illərdə BMT İnkişaf Proqramı və Azərbaycan hökumətinin “Azərbaycan Respublikasında yoxsulluğun azaldılması məqsədilə daxili turizmin səmərəli inkişafinın təmin olunması üzrə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinə institusional yardım” birgə layihəsinin milli koordinatoru olmuşdur.
17 fevral 2010-cu ildə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda tarix üzrə elmlər doktoru alimlik dərəcəsi almaq üçün doktorluq dissertasiyası müdafiə etmişdir. 2013-cü ildən professordur.
Azərbaycan tarixinin müasir problemləri, XX əsrin 20-ci illərinin sonu - 30-cu illərində Azərbaycan kəndi, vətəndaş cəmiyyətinin inkişafı, dövlət idarəçiliyi və cəmiyyətin demokratikləşməsi, turizmin və ali pedaqoji təhsilin inkişaf perspektivləri ilə bağlı respublikada və xaricdə nəşr olunan 90-dan çox kitabın, tədris-metodiki vəsaitin, elmi məqalənin müəllifidir. 36 xarici ölkədə keçirilən 100-dən çox beynəlxalq seminar, konfrans və simpoziumun iştirakçısı olmuşdur.
2006-2014-cü illərdə Azərbaycan Turizm İnstitutunun, 2014-2016-cı illərdə onun bazasında yaradılan Azərbaycan Turizm və Menecment Universitetinin rektoru olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 iyun 2016-cı il tarixli Sərəncamı ilə prof. Cəfər Cəfərov Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru vəzifəsinə təyin olunmuşdur.
2013-2016-cı illərdə “Turizm və qonaqpərvərlik tədqiqatları” jurnalının baş redaktoru olub. 2016-2019-cu illərdə ADPU-nun nəzdində fəaliyyət göstərən “Ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi”, “Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası” ixtisasları üzrə Dissertasiya Şurasının sədri olub. 2019-cu ildən isə ADPU-nun nəzdində fəaliyyət göstərən FD 2.15 Dissertasiya Şurasının sədridir.
Hazırda “ADPU-nun Xəbərləri”, “Təhsildə İKT”, “Tarix, insan və cəmiyyət” jurnallarının baş redaktoru, “Azərbaycan məktəbi”, “Kurikulum” və Moskvada nəşr edilən “İnsan kapitalı” (“Человеческий капитал” журнал Московского университета) elmi-praktik jurnallarının, “Kommunikologiya” (“Коммуникология”) beynəlxalq elmi jurnalının, Rusiya Dövlət Humanitar Universitetinin “Avrasiya tədqiqatları. Tarix. Politologiya. Beynəlxalq münasibətlər” elmi jurnalının (Вестник РГГУ. Серия «Евразийские исследования. История. Политология. Международные отношения». Научный журнал) redaksiya heyətinin üzvüdür.
Avrasiya İpək Yolu Universitetləri Konsorsiumu (ESRUC) İcraedici Şurasının üzvüdür. 2020-ci ildə Türkiyənin Ali Təhsil Keyfiyyət Şurasının xarici qiymətləndiricisi (ekspert) seçilib. 12 dekabr 2017-ci ildə Avstriyanın IMC/FH KREMS Universitetinin fəxri doktoru adına layiq görülüb.
Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)”, “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalları və “Şöhrət” ordeni ilə təltif olunub.
ABŞ-da təhsil alan Azərbaycanlı Məzunlar Assosiasiyasının “Təhsil sahəsində ən yaxşı nəticəyə görə” diplomu (2008), “Fəxri turizm işçisi” döş nişanı (2014), Humanist Pedaqogikanın Beynəlxalq Mərkəzi tərəfindən “Humanist pedaqogikanın cəngavəri” adı və “Ürək və qu quşu” döş nişanı (2017), Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının “General Həzi Aslanov” (2019) və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin “Milli Ordunun 100 illik yubileyi” (2019) medalları, habelə müxtəlif media mükafatları ilə təltif edilib.
Rus, ingilis, türk dillərini bilir.
Ailəlidir, 2 övladı var.
Tədris işləri üzrə prorektor
Elm və innovasiyalar üzrə prorektor
Tural Rövşən oğlu Cəlilov
Ümumi işlər üzrə prorektor
Sosial və humanitar məsələlər üzrə prorektor
Strateji inkişaf məsələləri üzrə prorektor
- Sənan İsfəndiyar oğlu ƏliyevTədris Departamenti
- Rəşad Əsəd oğlu Sadıqov
Magistratura və doktorantura şöbəsi
- Lalə Vaqif qızı Mürsəlbəyova
Sabah mərkəzi
- Qumral Çingiz qızı Qədimova
İnsan resursları şöbəsi
- Taleh Əlizamin oğlu Mirzəyev
İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi
- Qürbət Ağa oğlu Əsgərov
Hüquq şöbəsi
- Turan Abdulxalıq oğlu Kərimli
Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsi
- Zinharə Fəhrad qızı Həsənova
Kitabxana-İnformasiya Mərkəzi
- Xalidə Aydın qızı Həmidova
Təlim tədris mərkəzi
- Şəkər Heyvəli qızı Məmmədova
Türkoloji Mərkəz
- Günay İsmayıl qızı Məhərrəmova
Beynəlxalq əlaqələr şöbəsi
- Günel Zeynalabdin qızı Həsənova
Daxili nəzarət və ideoloji iş söbəsi
- Tahir Veys oğlu Süleymanov
Heydər Əliyev mərkəzi
- Ərəstun Balaxan oğlu Mehdiyev
Elmi tədqiqat mərkəzi
- Fərhad Soltan oğlu Mirəliyev
İnformasiya və kommunikasiya texnologiyaları mərkəzi
- Mətanət Şəmsəddin qızı Quliyeva
Maliyyə şöbəsi
- Aynurə Əli qızı Əsgərova
Əcnəbi tələbələrlə iş şöbəsi
- Qalib Mövsüm oğlu Şərifov
Keyfiyyətin Təminatı şöbəsi
- Mehparə Elmidar qızı Əhmədova
Beynəlxalq layihələr və qrantlar şöbəsi
- Xuraman İskəndər qızı Əliyeva
Ümumi şöbə
- Natəvan Filman qızı Həsənova
Əqli mülkiyyətin qorunması şöbəsi
- Gülnarə Famil qızı Məmmədova
Arxiv bölməsi
- Tahir Ələkbər oğlu Hüseynov
Mülki müdafiə qərargahı
- İbrahim Məhəmməd oğlu Bayramov
Elmi-təşkilati şöbə
- Hüseyn Cavad oğlu Hacıyev
Nəşriyyat şöbəsi
- Telman Şamil oğlu Budaqov
Hərbi səfərbərlik və xüsusi şöbə
- Səməd İsmayıl oğlu Abdullayev
İnzibati departament
- Asəf Dağbəyi oğlu Zamanov
Təhsil menecmenti kafedrası
1921-Cİ İLDƏN TƏHSİLİMİZİN KEŞİYİNDƏ...
Müəllimlik şərəfli peşədir.