DAVAMLTEHSLezgifcom-gif-maker_1.webp

DAVAMLI TƏHSİL İMKANLARI

Vizyon

Davamlı təhsil və innovasiyalar şöbəsi pedaqoji təhsilin inkişafı sahəsində ADPU-nun inkişaf strategiyasına uyğun olaraq öz fəaliyyətini həyata keçirir, təhsilin bakalavriatura səviyyəsini bitirmiş hər bir vətəndaşın pedaqoji ixtisaslar üzrə fasiləsiz təhsil almaq imkanını təmin edir, pedaqoji təhsil üzrə ehtiyacların müəyyənləşdirilməsi, pedoqoji təhsil üzrə beynəlxalq təcrübənin, innovativ yeniliklərin və dəyişikliklərin tətbiqi, professor-müəllim və tələbə heyətinin müasir tələblərə uyğun kompetensiyalarının artırılması istiqamətində işlər aparır. 

Davamlı təhsil və innovasiyalar şöbəsi yenidənhazırlanma və təkrar ali təhsil imkanları ilə daha əvvəl əldə olunan ixtisasın dəyişdirilməsi və ya yeni ixtisasa yiyələnməni, daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşma, vətəndaşların ölkənin təhsil, innovasiya, sosial, siyasi, iqtisadi və mədəni həyatında səmərəli iştirakının təmin edilməsi məqsədilə ehtiyaclara uyğun təlimlərin, seminarların, vebinarların, virtual dəyirmi masaların həyata keçirilməsini təşkil edən struktur bölmədir.

Təlimlər

ADPU Elmi Şurasının müvafiq qərarı ilə təsdiq edilmiş “Azərbaycan Dövlət Pedaqoji Universitetində təlimlərin təşkili Qaydaları”na, “Azərbaycan Dövlət Pedaqoji Universitetində “Tyutor (akademik məsləhətçi) hazırlığı” təlimlərinin təşkili Qaydaları”na və rektorun müvafiq əmrlərinə əsasən əsasən Davamlı təhsil və innovasiyalar şöbəsi tərəfindən müxtəlif əyani və onlayn təlimlər təlimlər təkil edilir.

Davamı təhsil və innovasiyalar şöbəsi tərəfindən “Distant təhsil və elektron tədris platformalarından, resurslardan istifadə imkanları”, “Tyutor (akademik məsləhətçi) hazırlığı”, “Ümumi təhsilin dövlət standartları və proqramlarının (kurikulumların) öyrədilməsi və tətbiqi”, “Defektologiya və loqopediyanın əsasları”, “İnklüziv siniflərdə təlim stategiyaları”, “Sinfin idarə edilməsi”, “Ali təhsildə “Akademik yazı” bacarıqlarının öyrədilməsi”, “Təlimdə interaktiv üsulların tətbiqi”, “Ali təhsildə oxu strategiyası və onun mərhələləri” mövzunda təlimlər keçirilir.

Təlimlərdə ADPU və onun filialları, Azərbaycan Dövlət Pedqoji Kollecinin nümayəndələri, respublikanın müxtəlif şəhər və rayon məktəblərinin rəhbərləri, fənn müəllimləri, rayon (şəhər) təhsil şöbələrinin əməkdaşları, Bakı şəhərində, digər şəhər və regionlarda fəaliyyət göstərən bir sıra universitetlərin professor-müəllim heyəti, rəhbər şəxsləri, tələbə və magistrantları, baxça müdirləri, özəl kurs rəhbərləri, təlimçilər, valideynlər və s. iştirakçılara təlimləri müvəffəqiyyətlə başa vurduqlarına görə sertifikatlar verilmişdir.

 

1921-Cİ İLDƏN TƏHSİLİMİZİN KEŞİYİNDƏ...

Müəllimlik şərəfli peşədir.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search