Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilən beynəlxalq və respublika səviyyəli elmi konfranslar Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən təşkil olunur. Əvvəlki illərdən fərqli olaraq son illərdə (2020-2022) elmi konfranslar hibrid – onlayn və oflayn formatda keçirilir. Konfranslara təqdim olunan tezislər Təşkilat Komitəsi tərəfindən dəyərləndirilir, konfransın proqramı tərtib olunur. Konfransın proqramı ilə universitet saytından tanış olmaq mümkündür. Təşkilat Komitəsinin yekun rəyinə əsasən çapa tövsiyə olunan elmi məruzələr topluya daxil edilir, tezislər konfrans materiallarında nəşr olunur.
“Pedaqoji elmlərin nəzəriyyəsi və praktikasının aktual problemləri: müasir yanaşma” Magistrantların IV Respublika elmi konfransının M A T E R İ A L L A R I
“Təhsilin təşkili və idarə olunmasının aktual məsələləri” Magistrantların Respublika elmi konfransının MATERİALLARI
Prof. Əbdül Əlizadənin 90 illik yubileyinə həsr olunmuş “Psixologiyanın aktual problemləri” Respublika elmi konfransının materialları.
“Təhsildə menecment və yeni təlim texnologiyaları” Magistrantların VII Respublika elmi konfransının MATERİALLARI. Bakı, 5-6 aprel 2024-cü il
Fizikanın aktual problemləri Respublika elmi konfransının materialları
1921-Cİ İLDƏN TƏHSİLİMİZİN KEŞİYİNDƏ...
Müəllimlik şərəfli peşədir.