Beynəlxalq əlaqələr şöbəsi Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) və struktur bölmələrinin beynəlxalq fəaliyyətinin idarə olunması və inkişaf etdirilməsinə görə məsuliyyət daşıyır, beynəlxalq istiqamətlər üzrə maraqlarının və hüquqlarının qorunmasını, onların beynəlxalq əlaqələr üzrə fəaliyyətinin təkmilləşdirilməsi və ona nəzarəti təmin edir. Beynəlxalq əlaqələrin qurulmasında əsas prioritet universitet əməkdaşlarının və tələbələrin təcrübələrinin artırılması və inkişafı məsələləridir.
- Məqsədlərimiz beynəlxalq əməkdaşlığın qurulması və inkişaf etdirilməsi;
- Sahə üzrə beynəlxalq sənədlərin (saziş, anlaşma memorandumu, protokol, müqavilə) layihəsinin hazırlanması;
- Universitet və ya struktur bölmələri tərəfindən dəvət olunmuş xarici ölkə nümayəndələrinin səfərlərini təşkil və bu işə rəhbərlik etmək;
- Xarici ali təhsil müəssisələri ilə və beynəlxalq təşkilatlarla əməkdaşlıq müqavilələri və anlaşma memorandumları imzalanması və imzalanmış sənədlər çərçivəsində tələbə-müəllim-işçi mübadiləsinin aparılması;
- Beynəlxalq proqram və layihələrin idarə edilməsi;
ADPU tərəfindən beynəlxalq standartlara uyğun təhsilin təmin olunması məqsədilə bir sıra xarici mütəxəssislər tədris prosesinə cəlb edilmişdir:
- Fulbrayt proqramı çərçivəsində 2016-2017 tədris ilində Valden Universitetinin dosenti Melda Yıldız “Kurikulumun idarə edilməsi”, “Təhsil sisteminin idarə edilməsi”, “Qiymətləndirmə, monitorinq və dəyərləndirmə” və “Filologiya” fakültəsinin tələbələri üçün “Müasir ingilis dili”, “Xarici dildə oxu və nitq”, “Orta oxu və nitq”, “Yuxarı oxu və nitq” və “Yüksək oxu və nitq” fənlərindən mühazirə demişdir.
- 2018-ci ildə ABŞ-ın Bakıdakı səfirliyi ilə əməkdaşlıq çərçivəsində Lehigh Universitetinin professoru Jill Sperando universitetdə aparılan islahatları dəstəkləmək və planlaşdırmaq məqsədilə tədqiqatçı kimi çalışmış, müəllimlər üçün “Yeni öyrənmə metodları və təlim biliyinin qiymətləndirilməsi” mövzusunda seminarlar keçirmiş və tədris prosesinin modernləşdirilməsinə dəstək olmuşdur.
- ABŞ Dövlət Departamenti tərəfindən “Fulbright English Teaching Assistant” proqramı çərçivəsində Prinston Universitetinin mütəxəssisi İan Duley Filologiya fakültəsində 2018-2019-cu ADPU-da ingilis dilinin tədris prosesinin təkmilləşdirilməsinə aid təkliflər vermişdir.
- 2018 - 2019-cu illərdə, ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “English Language Fellow” proqramı çərçivəsində Diana Valey tərəfindən sillabusların tərtibi mövzusunda təlimlər keçirilib.
- ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “English Language Fellow” təqaüd proqramı çərçivəsində ingilis dili mütəxəssisi Riçard Schlight tərəfindən 09.09.2019-01.07.2020 illərdə ingilis dili müəllimlərinin dərslərində müşahidələr aparmış, onların kommunikativ tədris bacarıqları və tələbəyönümlü fəaliyyətləri ilə tanış olaraq məsləhətlər vermişdir. Nəticə etbarilə, “İngilis dili müəllimliyi” ixtisasının tədris planı yenilənib.
- ABŞ-ın Bakıdakı səfirliyi ilə əməkdaşlıq çərçivəsində, 2021-ci ildə ABŞ-ın Aviasiya universitetinin ingilis dili üzrə mütəxəssisi Embri Ridl tərəfindən universitetin müəllimlərinə “Akademik yazı” mövzusunda 3 aylıq onlayn təlim keçib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin həyata keçirdiyi mübadilə proqramları çərçivəsində universitetin çox sayda tələbə və müəllim heyəti müxtəlif ölkələrdə təhsil və təlim sahələrini əhatə edən təlim və seminarlarda, təcrübə proqramlarında iştirak edir.Mübadilə proqramları tərəfdaş olduğumuz universitetlər və müəssisələrlə imzalanmış müqavilələr əsasında həyata keçirilir. Elan olunan proqramlarda tələbələrin iştirakı seçim əsasında və ödənişsiz şəkildə həyata keçirilir.
1921-Cİ İLDƏN TƏHSİLİMİZİN KEŞİYİNDƏ...
Müəllimlik şərəfli peşədir.