+994124930032    [email protected]   Abiturient

Əcnəbi tələbələrlə iş şöbəsi

ecnebitelebeler

Haqqında
Əlaqə
Əməkdaşları

Azərbaycan Dövlət Pedaqoji Universitetində əcnəbi vətəndaşlar üçün pedaqoji kadr hazırlığına XX əsrin 50-ci illərindən başlanılmışdır. Müstəqillik qazandıqdan sonra, respublikamızda təhsil sahəsində aparılan islahatların davamı olaraq, əcnəbi tələbələrin təhsilinin keyfiyyətini yaxşılaşdırmaq istiqamətində məqsədyönlü fəaliyyət göstərilmişdır. Ötən illər ərzində Azərbaycan Dövlət Pedaqoji Universitetindən müxtəlif ixtisaslar üzrə yüzlərlə əcnəbi vətəndaş məzun olmuş, şərəfli müəllim peşəsinə yiyələnmişdirlər.

2015-ci ilin mart ayında ADPU-nun Əcnəbi tələbələrin işi üzrə fakültəsi və Əcnəbi tələbələr üçün hazırlıq şöbəsinin bazası əsasında Əcnəbi tələbələrlə iş üzrə şöbə yaradılmışdır. 2017-ci ilin dekabr ayında şöbənin adı dəyişdirilərək, Əcnəbi tələbələrlə iş şöbəsi adlandırıldı. Öz fəaliyyətində ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoruna tabe olmaqla ADPU-da təhsil alan əcnəbi tələbələrə və təhsil almaq istəyən bütün əcnəbi vətəndaşlara xidmət göstərir.

Fəaliyyətimiz

  • ADPU-da təhsil almağa gələn əcnəbi vətəndaşların qəbulu, yerləşdirilməsinə (yataqxana) kömək, əcnəbilər üçün nəzərdə tutulmuş bütün qanunların və normativ aktların yerində icrasının təşkili və həmin qaydalara riayət olunması işinin tənzimlənməsi;
  • ADPU-nun müvafiq bölmələri ilə birlikdə əcnəbi tələbələrin tədris prosesinin təşkilinə dəstək göstərilməsi;
  • Əcnəbi dinləyicilər üçün hazırlığın təşkili;
  • Yeni tədris prosesinə qoşulan əcnəbi tələbələri universitetin xidmətləri ilə (tyutor, miqrasiya, kitabxana, tibb, yeməkxana, yataqxana və s.) tanış etmək;
  • ADPU-nun daxili intizam qaydalarına, həmçinin Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə riayət edilməsinə nəzarət olunması;
  • Əcnəbi tələbələrlə mədəni-kütləvi işlərin, beynəlxalq və milli tədbirlərin təşkili;
  • Əcnəbi tələbələrlə əlaqədar təsdiq olunmuş formada məlumat və hesabatların hazırlanması, aidiyyəti üzrə təqdim edilməsi.

Strukturun yerləşdiyi inzibati bina: ADPU-nun II tədris binasının yataqxanası, ikinci mərtəbə. Koroğlu Rəhimov küçəsi 108/Bakı, Azərbaycan

Otaq nömrəsi: 214, 216

Əlaqə nömrəsi: 012 493 00 32

Email ünvanı: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

N

Ad, Soyad, Ata adı

Vəzifə

1.

Aynurə Əsgərova

Şöbə müdiri

2.

Dilarə Yolçiyeva

Mütəxəssis

3.

Vəfa Abbasova

Mütəxəssis

4.

Ofeliya Rzayeva

Mütəxəssis

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı, Səbail, AZ1000

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Faydalı resurslar

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin