Azərbaycan Dövlət Pedaqoji Universitetinin
İnklüziv təhsil Siyasəti Sənədi
Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələrin həlli istiqamətində Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) təhsil və elmi-tədqiqat fəaliyyətində inklüzivlik prinsiplərinin qəbul edilməsi və həyata keçirilməsi yönündə çalışır. Bu öhdəliyə uyğun olaraq, ADPU inklüziv gələcəyə töhfə vermək üçün aşağıdakı siyasətə sadiq qalır.
Məqsəd
- Bərabərlik və bərabər imkanlar. ADPU təhsildə bərabərlik və bərabər imkanlar üçün çalışır. Buraya hər bir tələbənin təhsilə ədalətli və bərabər çıxışının təmin olunması daxildir.
- Müxtəliflik və fərqli ehtiyaclar. Universitet tələbələrin müxtəlif ehtiyaclarını qarşılamağa çalışır. Buraya fiziki və sosial ehtiyacları olan insanlar üçün dəstək və müvafiq şəraitin təmin edilməsi daxildir.
- Fiziki və sosial əlilliyi olan tələbələrə dəstək. Universitet məhdud fiziki və sosial imkanları olan tələbələrə inkişaf və təhsil davamlılığını təmin etməyi hədəfləyir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin İnklüziv təhsil siyasəti sənədinə baxmaq üçün linkə klikləyin.