ADPU-nun Enactus komandası

ENACTUS (Entrepreneurial Action Us) beynəlxalq proqramının əsası 1975-ci ildə ABŞ universitetləri tərəfindən qoyulub. ENACTUS – biznesin müsbət gücü ilə daha yaxşı və daha davamlı dünya yaratmaq üçün bu günün və sabahın liderlərini bir yerə toplayan beynəlxalq təşkilatdır.

Enactus – ali təhsil müəssisələri və biznes strukturları arasında partnyorluq, tərəfdaşlıq və əməkdaşlıqdır. Əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin qurulması nəticəsində tələbə komandaları yaşadıqları cəmiyyətdə azad sahibkarlığın prinsiplərini öyrənir, öz ideyalarını praktikada tətbiq edir və əldə etdikləri bilikləri digərləri ilə bölüşürlər.

Hazırda 50-yə yaxın ölkəni təmsil edən tələbə komandaları hər il keçirilən Enactus dünya kubokunda öz ölkələrini və universitetlərini təmsil edirlər. Enactus genişlənərək dünyanın universitetəsaslı ən iri təşkilatlarından birinə çevrilib. Enactus komandalarının məqsədi təkcə məlumatlandırmaq deyil, həmçinin auditoriyaya azad sahibkarlığın prinsiplərini anlatmaqla onların potensialının tam olaraq reallaşmasına təkan verməkdir.

Tələbə komandaları yaşadıqları cəmiyyətdəki insanların həyat səviyyəsini və yaşayış standartlarını təkmilləşdirmək uğrunda çalışır. Enactus-un əsas missiyası bazar iqtisadiyyatının əsaslarını öyrətmək məqsədilə tələbə komandalarının hazırlanmasıdır.

Azərbaycan ENACTUS təşkilatına 2005-ci ildə qoşulub və ENACTUS (SIFE) yarışması üzrə milli çempionatlar keçirilir. Çempionatın keçirilməsində məqsəd Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində gənclərin rolunu artırmaq, gənclərin sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, azad sahibkarlığın ideyasını tələbələr arasında təbliğ etmək, tələbələrin təşkilatçılıq, idarəçilik və komandada işləmək qabiliyyətlərini inkişaf etdirməkdən ibarətdir.

  • ADPU-nun Enactus komandası 2019-cu ildə universitetlərarası milli yarışda "Magic Ash" layihəsi ilə IV yerə layiq görülüb.
  • ADPU-nun Enactus komandası 2021-ci ildə “İlin ən yaxşı təqdimatı” mükafatına layiq görülüb.
  • ADPU-nun Enactus komandası 2023-cü ildə Enactus Yay Məktəbində universitetlər arasında III yerə layiq görülüb.

Əlaqə

Ünvan: Bakı ş., Ü.Hacıbəyli 68, ADPU-nun əsas tədris binası (Səbail)

Email: [email protected]

Tel.: 070 268 51 88

Sosial media hesabları: facebook

Rəhbərlik

Koordinator: Zenfira Seyidova

Komanda prezidenti: Şahin Məmmədli

Komandanın vitse-prezidenti: Yusif Nəsirov

Struktur

Tələbələrlə iş üzrə menecer: Nuranə Məmmədova

İnsan resursları şöbəsinin müdiri (HR): Emin Məmmədov

İT mütəxəssisi: Cəlal Qəribli

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search