Azərbaycan Dövlət Pedaqoji Universitetində Tələbə Gənclər Təşkilatı 25.05.2005-ci il tarixində yaradılmışdır. Ümumi maraqlar və könüllülük prinsipi əsasında formalaşan ADPU Tələbə Gənclər Təşkilatının əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir. Təşkilatın əsas vəzifələri tələbələrin sosial problemlərinin həlli istiqamətində işin həyata keçirilməsi, tələbələr arasında maarifləndirmə işinin aparılması, tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi, tələbələrin hüquqlarının təmin edilməsi, respublikanın daxilində və xaricində keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda istedadlı və yaradıcı tələbələrin iştirakının təmin edilməsi və bu qəlibdən işlər görməkdir.
Əlaqə vasitələri:
Ünvan: ADPU Əsas tədris binası otaq 417
E-mail: [email protected]
Tel: (055) 435 66 13
Rəhbərlik:
Sədr: Təhmasib İmaməliyev
Sədr müavini: Aygül Əliyeva
Sədr müavini: Bikəxanım Qulaməddinova
Mətbuat katibi: Günay İsmayılova
Sədr köməkçisi: Rizvan Mahmudov
Struktur:
Fakültələr üzrə :
- Filologiya
- Tarix və coğrafiya (rəhbər Lalə Allahverdiyeva)
- İbtidai təhsil (rəhbər Jalə Cəlilzadə)
- Məktəbəqədər təhsil (rəhbər Nigar Rüstəmzadə)
- Riyaziyyat (rəhbər Vurğun Şükürzadə)
- Kimya və biologiya
- Fizika (rəhbər Lalə Həsənova)
- İncəsənət və fiziki tərbiyə (rəhbər Azadə Zellabduyeva)
- SABAH Qrupları (rəhbər Qəmər Misirova)