ADPU YUNESKO klubu
BMT-nin ixtisaslaşmış təşkilatı olan YUNESKO dünyada təhsil, elm və mədəniyyət sahəsindəki əməkdaşlığın ən böyük hökumətlərarası forumudur. YUNESKO-nun ölkələr ilə əməkdaşlığı müxtəlif təsisat, platforma və proqramlar üzərindən həyata keçirilir. Belə platformalardan biri də YUNESKO klublarıdır. Hazırda bu klubların sayı 78 ölkəni əhatə etməklə, ümumilikdə 4194-ə çatmışdır. Bu klublardan biri də Azərbaycan Dövlət Pedaqoji Universitetinin tərkibində yaradılmışdır.
ADPU YUNESKO klubunun yaradılmasında əsas məqsəd YUNESKO-nun elm, təhsil və mədəniyyət sahələrində ideya və prinsiplərinin geniş təbliğ olunması, habelə qeyd olunmuş sahələrdə həm ölkədaxili, həm də beynəlxalq müstəvidə təcrübə mübadiləsinin həyata keçirilməsidir.
ADPU YUNESKO Klubu vasitəsi ilə uşaq və gənclər müxtəlif yerli və beynəlxalq layihələrə və könüllülük fəaliyyətinə cəlb olunurlar.
Əlaqə
Ünvan: Bakı ş., Ü.Hacıbəyli 68, ADPU-nun əsas tədris binası (Səbail), otaq 229
Tel.: +994515140829 (sədr)
Email: [email protected]
Sosial media hesabları: instagram
İdarə Heyəti
Klub prezidenti: Banuçiçək Nəcəfzadə
Vitse-prezident: Aytən Şixmuradova
İnsan resursları üzrə menecer: Lalə Həmidli
Mətbuat katibi: Şahnaz İsgəndərova
İT üzrə mütəxəssis: Nihat Əliyev
Redaktor: Xatirə Bayramova