Müxtəlif ictimai, siyasi, tarixi hadisələrlə dolu olan dünyamızda baş verən bütün proseslər sonda arxivə mürac olunmaqla öz mükəmməl həllini tapır. Yaşı artıq bir əsr olan universitetimizin zəngin, müasir tələblərə cavab verən böyük Arxivi var.
N.Nərimanovun imzaladığı 26.08.1921-ci il tarixli № 66 saylı dekretlə Azərbaycan Dövlət Kişi Pedaqoji İnstitutu yaradılmışdır. Dərslər 1921-ci ildə noyabrın 15-də 6 nəfər tələbə ilə başlamışdır.
İnistitut yaranandan bir neçə il sonra demək olar ki, institutun arxivi yaradılıb.
1934-cü ilə-dək Ali Pedaqoji İnstitut adlandırılmışdır.
1935-ci ildən V.İ.Lenin adına ADPİ kimi fəaliyyət göstərmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.04.1991-ci il tarixli № 76 saylı qərarına əsasən V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji Universitetinə çevrilməsinə dair qərar verilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.XI.1991-ci il tarixli № 392 saylı qərarına əsasən V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin adı dəyişdirilərək N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universiteti adlandırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli № 349 saylı fərmanına əsasən Azərbaycan Dövlət Pedaqoji Universiteti adlandırılmışdır.
Ölkə prezidentinin 26 noyabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutunun ADPU-nə qoşulması və onun filiallarının da ADPU-nin strukturuna daxil olması nəticəsində ADPU ölkədə pedaqoji kadr hazırlığı ilə məşğul olan vahid ixtisaslaşmış ali təhsil müəssisəsinə çevrilmişdir.
Azərbaycan Respublikasının Sabiq Prezidenti, ulu öndər, cənab Heydər Əliyevin 22 iyun 1999-cu il tarixli 694-1Q saylı “Milli arxiv fondu haqqında” qanunun, 27 iyul 1999-cu il tarixli 168 saylı “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi haqqında fərmanı və Nazirlər Kabitetinin 06 mart 2000-ci il tarixli 32 saylı “Arxivlərin, arxiv fondlarının və sənədlərin kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi , bu tərkibdən çıxarılması və ya məhv edilməsi” qaydasını rəhbər tutaraq Azərbaycan Dövlət Pedaqoji Universitetində, başda rəhbərlik olmaqla çox böyük işlər görülmüşdür. Ən mühüm yeniliklərdən biri isə arxivin kompüterləşməsidir.
1931-ci ildən ADPU-nin bir çox sənədləri, tələbələrin, müəllim, işçi heyətinin sənədləri universitetimizin arxivində qorunub saxlanılır.
Hal hazırda universitetimizin arxivi III inzibati binada, Nəsibbəy Yusifbəyli 62 ünvanında yerləşir.
Arxivdə müvafiq fakültə tələbələrinin şəxsi sənədləri müvafiq olaraq 25 il, 75 il, universitetin əməkdaşlarının şəxsi sənədləri, mühasibat sənədləri, əmrlər və digər saxlanma müddəti daimi olan sənədlər mükəmməl mühafizə olunur.
Arxivin sonuncu uçot məlumatlarına (2019-cu il üçün arxivin pasportuna) əsasən universitetin arxivində 1931-2017-ci illər üçün 32199 saxlama vahidi saxlanılır ki, bunlardan 7519 saxlama vahidi daimi, 24680 saxlama vahidi isə şəxsi heyət üzrə sənədlərdən ibarətdir.
Universitetdə arxiv işinin təşkili bilavasitə rəhbərliyin nəzarəti ilə arxiv müdirli və arxiv işçiləri tərəfindən aparılır.
Arxiv bizim tariximizdir, Arxiv bizim gələcəyimizdir. Arxivimiz bizim universitetimizin tarixini özündə mühafizə edərək nəsildən-nəsilə çatdırır.
Sturukturun yerləşdiyi inzibati bina: III inzibati bina, Nəsibbəy Yusifbəyli 62
Əlaqə nömrəsi: 012 511 15 39
Email ünvanı:
N |
Ad, Soyad, Ata adı |
Vəzifə |
1. |
Gülnarə Məmmədova Famil |
Arxiv müdiri |
2. |
Lalə Hüseynova Məhəbbət |
Arxivçi |
3. |
Turanə Rüstəmova Tahir |
Arxivçi |
4. |
Rəsmiyyə Səlimova Dadaş |
Arxivçi |
5. |
Nuray Abbasova Elşad |
Arxivçi |
6. |
Əliyeva Kubra Şölət |
Arxivçi |