Eldar İkram oğlu Aslanov 

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent 

(1976) 

       1976-cı il  yanvar ayının 19-da Kürdəmir rayonun Sığırlı kəndində anadan olmuşdur. 1993-cü ildə Sığırlı kənd orta məktəbini bitirmiş və Bakı Sosial İdarəetmə və Politologiya İnstitunun (1999-cu ildən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası)  Politologiya fakültəsinə daxil olmuşdur. 1997-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitunu bitirdikdən sonra Azərbaycan Respublikası Milli Məclisinin Sosial Siyasət Daimi Komissiyasının ictimai əsaslarla eksperti vəzifəsində çalışmış, universitetlərarası müqavilə əsasında 1997-1999-cu illərdə Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunda (Ankara şəhərində) dövlət idarəçiliyi üzrə magistr təhsili alıb, “Azərbaycan Respublikasının neft siyasətinin siyasi, iqtisadi və strateji aspektlərinin analizi” mövzusunda dissertasiya işini müdafiə edərək dövlət idarəçiliyi üzrə magistr adı almışdır. 
       Tələbəlik illərindən ictimai işlərlə məşğul olmuş, 1994-ci ildən Azərbaycan Maarifçi Gənclər Təşkilatının sədri, 1996-2000-ci illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının komissiya sədri və Məclis sədri, 1999-2000-ci illərdə Azərbaycan Milli QHT Forumunun Ekspert Şurasının üzvü və s., ictimai vəzifələri daşımışdır. 
       2000-2003-ci illərdə BMT-nin İnkişaf Proqramının “Azərbaycanda Vətəndaş Cəmiyyətinin Gücləndirilməsi” Layihəsində məsul əməkdaş vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduqdan sonra Hökumətlərarası Təqaüd Proqramı (HTP-Dövlət xətti) ilə 2003-2007-ci illərdə Ankara Universitetinin Sosial Elmlər İnstitutunda dövlət idarəçiliyi və siyasi elmlər üzrə doktorantura təhsili almış və 20 iyul 2007-ci il tarixində “Azərbaycan Respublikasında dövlət idarəçiliyində islahatlar” adlı fəlsəfə doktorluğu  dissertasiyasını müdafiə etmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası təkrar attestasiya yolu ilə, 17 iyul 2012-ci il (protokol N:24-k) qərarı ilə ona siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi (İndeks 23.00.01-Siyasətin nəzəriyyəsi, siyasi elmin tarixi və metodologiyası) verilmişdir.  
       2005-ci ildən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət Qulluğu və Kadr Siyasəti Kafedrasında müəllim kimi elmi-pedaqoji fəaliyyətə başlamış, sonrakı illərdə Baş müəllim və 28 dekabr 2010-cu il tarixində  müvafiq kafedranın dosenti seçilmiş və  Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 16 iyun 2016-cı il tarixli qərarı ilə dosent elmi adı almışdır.  
       2007-2008-ci illərdə BMT-nin İnkişaf Proqramının “Ölkədə turizmin səmərəli inkişafına kömək etməklə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinə İnstitusional Yardım” Layihəsində,  2009-2010-cı illərdə isə “Azərbaycanda turizm sektorunun rəqabətqabiliyyətliliyinin yüksəldilməsi” üzrə layihəsində ekspert kimi çalışmışdır.   
       O cümlədən 2007-2011-ci illərdə BMT-nin İnkişaf Proqramı ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Turizm İnstitutunda qurduqları Tədqiqat və İnkişaf Mərkəzinin rəhbəri olmuş, rəhbəri olduğu dövrdə bu mərkəz 20-dən çox tədqiqat layihəsini həyata keçirib.  
       2 fevral 2011-cı il tarixindən 18 dekabr 2017-ci il tarixinədək Azərbaycan Turizm İnstitutunun (22 dekabr 2014-ci ildən Azərbaycan Turizm və Menecment Universitetinin) tədris işləri üzrə prorektoru vəzifəsini icra etmişdir. Həmçinin 23 iyun 2016-cı il tarixindən  11 sentyabr 2017-ci il tarixinədək Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifəsini icra etmişdir. 
       18 dekabr 2017-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin tədris işləri üzrə prorektorudur. 
       Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2021-ci il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 23 sentyabr 2015-ci il tarixli əmri ilə “Fəxri Turizm İşçisi” adı ilə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 26 dekabr 2023-cü il tarixli əmri ilə “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921-2021) yubiley medalı” ilə təltif olunub.  
       Bu günədək 45 elmi əsərin (məqalə, fənn proqramı, metodik vəsait, dərslik və dərs vəsaitinin) müəllifidir.  
       Ailəlidir, iki övladı var. 

 

 

 
Button

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search