Asəf Dağbəyi oğlu Zamanov
Fizika-riyaziyyat elmləri doktoru, professor, Əməkdar müəllim, ADPU-nun elm və innovasiyalar üzrə prorektoru
İş telefonu: +(994)12 493 05 85
Asəf Zamanov (Asəf Dağbəyi oğlu Zamanov; 10 may 1957, Şahbuz rayonu) — Azərbaycan Dövlət Pedaqoji Universitetinin elm və innovasiyalar üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru, professor, deformasiya olunan bərk cisim mexanikası sahəsində tanınmış mütəxəssis.
Həyatı
Asəf Zamanov 10 may 1957-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olmuşdur. 1979-cu ildə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakültəsini bitirmişdir. 1978-79-cu tədris ilində Moskva Dövlət Universitetinin hesablama riyaziyyatı və kibernetika fakültəsində təhsil almış, SSRİ Dövlət mükafatı laureatı, professor A.S.İlinskinin rəhbərliyi ilə diplom işini yerinə yetirmişdir. 1979-cu ildən AMEA Riyaziyyat və Mexanika İnstitutunda fəaliyyətə başlamışdır.
1994-cü ilə qədər Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi, elmi işçi, aparıcı elmi işçi və baş elmi işçi vəzifələrində işləmişdir.
1994-cü ildən 1997-ci ilə qədər AMEA Rəyasət Heyətinin fizika-riyaziyyat və texnika elmləri bölməsinin elmi katibi vəzifəsində işləmişdir.
1997-ci ildən 2007-ci ilə qədər Təhsil Nazirliyinin Elm İdarəsinin rəisi vəzifəsində işləmişdir. Eyni zamanda, 2000–2001-ci illərdə Təhsil Problemləri İnstitutunun ilk direktoru vəzifəsində çalışmışdır.
2007–2016 cı illərdə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun (Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu) rektoru vəzifəsində çalışmışdır. Azərbaycanda Sosial iş ixtisası üzrə ilk dəfə 16 nəfər mütəxəssis professor Asəf Zamanovun rəhbərliyi ilə BPKİYİ-də hazırlanmışdır.
2015–2016-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunun rektoru vəzifəsini icra etmişdir.
18 mart 2016-cı il tarixdən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elm və innovasiyalar üzrə prorektorudur.
2014-cü ildən Bakı şəhər Binəqədi rayon Ziyalılar Cəmiyyətinin sədridir.
Elmi dərəcə və elmi adları
- 1986-cı ildə aspiranturanı (əyani) bitirmiş, "Устойчивость полых цилиндрических тел под одновременным действием "мертвых" и "следящих" нагрузок" mövzusunda dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.
- 2003-cü ildə "Собственные и вынужденные колебания пластин из композитного материала с искривленными структурами" mövzusunda dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.
- 2009-cu ildə professor elmi adına layiq görülmüşdür.
Mükafatları
- Elm və təhsilin inkişafında xidmətlərinə görə 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Tərəqqi" medalı
- Elm və təhsilin inkişafında xidmətlərinə görə 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Əməkdar müəllim" fəxri adı
- Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının 2023-cü ildə “TÜRKSOY – 30 İl” medalı
- 2007-ci ildə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının “100 illik yubiley” medalı;
- 2007-ci ildə Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilmişdir.
Beynəlxalq və Respublika elmi qurumlarında təmsilçiliyi
- 1997-ci ildən Beynəlxalq Elmlər Akademiyaları Hesablama Riyaziyyatı üzrə Koordinasiya Komitəsinin üzvü;
- 2001-ci ildən YUNESKO-nun "Bioetika, Elm və Texnologiyaların Etikası" Azərbaycan Komitəsinin üzvü;
- 2004-2005-ci illərdə Azərbaycan Texniki Universitetininnəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü;
- 2005-2014-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya KomissiyasınınRiyaziyyat və Mexanika ixtisasları üzrə Ekspert Şurasının üzvü;
- 2011-ci ildən ABŞ-da (ingilis dilində) və Latviyada(rus dilində) nəşr edilən impakt faktor göstəricili "Mechanics of Composite Materials" Beynəlxalq elmi jurnalının Beynəlxalq redaksiya heyətinin üzvü;
- 2018-ci ildən Ukraynada nəşr edilən “Пiслядипломна освiта в Украiнi” beynəlxalq elmi jurnalının redaksiya heyətinin üzvü;
- 2015-2016-cı illərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü;
- 2016-cı ildən ADPU-nun nəzdində fəaliyyət göstərən Dissertasiya şuralarının sədr müavini;
- 2004-cü ildən Beynəlxalq Mexanika-Maşınqayırma elmi jurnalının redaksiya heyətinin üzvü; "Nəzəri və tətbiqi mexanika", elmi jurnalının baş redaktorunun müavini;
- 2016-cı ildən "Pedaqoji Universitetin Xəbərləri" dövri-elmi jurnalının baş redaktorunun müavini;
- 2019-cu ildən "Pedaqoji Universitetin Xəbərləri. Riyaziyyat və təbiət elmləri seriyası" dövri-elmi jurnalının baş redaktoru;
- 2019-cu ildən "Pedaqoji Universitetin Xəbərləri. Humanitar elmlər seriyası" dövri-elmi jurnalının baş redaktorunun müavini;
- 2021-ci ildən "MAGİSTRANT" dövri-elmi jurnalının baş redaktoru;
- 2008-ci ildən "Azərbaycan məktəbi" jurnalının;
- 2008-ci ildən "Tarix, İnsan və cəmiyyət" jurnalının;
- 2006-cı ildən "Təhsildə İKT" elmi-metodik jurnalının;
- 2017-ci ildən "Musiqi elmi, mədəniyyəti və təhsilinin aktual problemləri" jurnalının redaksiya heyətinin üzvü.
Elmi fəaliyyəti
130-dan çox elmi əsərin (35-ə qədər məqalə SCI jurnallarda); 1 monoqrafiyanın ("Колебания пластин из композитного материала с искривленными структурами", Баку, Элм, 2011, 190 стр.); "Riyaziyyat" Texniki ali məktəblər üçün (Bakı, "Azərbaycan Nəşriyyatı", 2006,568 səh.) dərsliyinin və "Sosial işin əsasları" (Bakı, "Təhsil işçiləri mətbəəsi" MMC, 2015, 452 səh.) dərsliyinin, 8 dərs vəsaitinin və s. müəllifidir. Əsərlərinin xeyli hissəsi nüfuzlu beynəlxalq elmi jurnallarında çap olunmuşdur. Rusiya, Ukrayna, Özbəkistan, Qazaxıstan, Latviya, Litva, Almaniya, Fransa, ABŞ, İtaliya, İsveç, İspaniya, Cənubi Koreya, Sinqapur, Türkiyə, İran və Gürcüstanda elm və təhsil sahəsində keçirilən beynəlxalq konfranslarda, simpoziumlarda elmi məruzələrlə çıxış etmiş, konfransların elmi bölmələrinə rəhbərlik etmişdir. Elmi rəhbərliyi ilə 9 fəlsəfə doktorluğu dissertasiyası, 20-dən çox magistr dissertasiyası hazırlanmış və müdafiə edilmişdir. Bir neçə monoqrafiya, dərslik və dərs vəsaitlərinin elmi redaktoru, dissertasiya işlərinin rəsmi opponenti olmuşdur.
Pedaqoji fəaliyyəti
- 2003-2014 - Azərbaycan Memarlıq və İnşaat UniversitetininNəqliyyat tikintisi və yol hərəkətinin təşkili kafedrasının professoru;
- 2008-2016 - Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun Riyaziyyat və informatika kafedrasının müdiri, professoru;
- 2016-cı ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyazi analiz kafedrasının professoru;
- 2017-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin TÜRKSOY kafedrasının rəhbəri;
- 2021-cı ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsil menecmenti kafedrasının müdiri.
Əsas elmi əsərləri
- A.D.Zamanov, S.D.Akbarov, E.T.Bagirov. On the axisymmetric waves propagating in the prestrained higly elastic plate under bilaterial contact with Warious Fluids. 23 Ulusal Mekanik Kongresi, Bildiriler Kitabı, Konya, 04-08 Eylül, 2023, pp.144-157
- M.Avey, N.Fantuzzi, A.H.Sofiyev, A.D.Zamanov, T.N.Hasanov, E.Schnack. Buckling behavior of multilayer cylindrical shells composed of functionally graded nanocomposite layers under lateral pressure in thermal environments. Composites Part C: Open Access 2023; 12: 100417, pp.1-13
- A.D.Zamanov, H.Ə.Əlizadə, S.V.Rüstəmova, S.H.Əlizadə. Distant təhsilin pedaqogikası. Bakı, 2021, 154 səh.
- A.D. Zamanov, M. I. Ismailov,S. D. Akbarov "The effect of viscosity of a fluid on the frequency response of a viscoelastic plate loaded by this fluid", "Mechanics of Composite Materials", Vol. 54, No. 1, 2018 pp. 41–52
- A.D.Zamanov, S.M.Soltanova "Stability of a fiber surrounded by two shells in an elastic matrix" International Journals "Mechanics of Composite Materials", vol.49 № 5, 2013, pp. 483–492
- A.D.Zamanov, İ.A.Akhundova "Delamination of two-layer corroded ring under radial vibrations" International Journals "Mechanics of composite materials", vol.48 № 1, 2012, pp. 153– 162
- А.Д.Заманов "Колебания пластин из композитного материала с искривленными структурами" монография. Под редакцией академика АН Европы и АН Латвии, профессора В.П.Тамужс Баку, Элм-2011, 190 стр.
- S.D.Akbarov, E.R.Agasiyev and A.D.Zamanov. "Wave propagation in a pre-strained compressible elastic sandwich plate" European Journal of Mechanics A/Solids xxx (2011). pp. 1–14.
- A.D.Zamanov and E.R.Agasiyev. "Dispersion of Lamb waves in a three-layer plate made of compressible materials with finite initial deformations" International journal Mechanics of Composite Materials,Vol.46, No.6, 2010, pp. 583–592.
- A.D.Zamanov "Natural vibrations of a strip made of a composite material with a locally curved structure" Mechanics of Сomposite Materials, New York 2005, vol, 41 № 1, pp. 49–54
- A.D.Zamanov "The effect of structural curvings on the stress distribution in a rigidly fixed composite plate under forced vibration" Mechanics of composite materials, New York, 2002, vol. 38, №1, pp. 41–46
- A.D.Zamanov "On the stress distribution in a rectangular thick plate of a composite material with curved structure under forced vibration." Mechanics of composite materials, New York, 1999, vol 35, №4, pp. 301–306
- А.Д.Заманов "Собственное колебание прямоугольной пластины из композитного материала с периодически искривленными структурами" Межд. научный журнал Прикладная механика, Киев, 1999, том 35, №10, стр.68-73
- A.D.Zamanov, H.İ.Əliyeva. SOSİAL İŞİN ƏSASLARI. Ali məktəblər üçün dərslik. Bakı, 2015, 450 səh.
- A.N.Əlizadə, N.İ.Şıxəliyev, Ə.A.Məmmədov, A.D.Zamanov. RİYAZİYYAT. Texniki ali məktəblər üçün dərslik. Bakı, Azərbaycan nəşriyyatı, 2006, 568 səh.
Rus, ingilis və türk dillərini bilir.
Ailəsi
Ailəlidir, 4 övladı var.