26 avqust 1921-ci il

Azərbaycan XKS sədri Nəriman Nərimanovun  imzaladığı 66 saylı “Birinci Azərbaycan Kişi Dövlət Pedaqoji İnstitutunun təsis edilməsi haqqında” dekret əsasında ölkəmizin ilk anadilli ali təhsil müəssisəsi yaradıldı. 15 noyabr 1921-ci il tarixində 6 tələbə, 8 müəllim ilə institutda ilk dərslər başlanıldı. 1924-cü ilİnstitutun 28 nəfər məzunla ilk buraxılış oldu.

26 avqust 1921-ci il

1925-ci il

Ali Pedaqoji Kişi İnstitutu və Ali Pedaqoji Qadın İnstitutu inzibati cəhətdən birləşdirildi.

1927-1929-cu illər

İnstitut müvəqqəti olaraq Azərbaycan Dövlət Universitetinin tərkibində fəaliyyət göstərdi. Fəaliyyətini yenidən bərpa edərkən V.İ.Leninin adı ADPİ-yə verildi.

1927-1929-cu illər

19 sentyabr 1941-ci il - 1 oktyabr 1943-cü il

Pedaqoji İnstitut müvəqqəti olaraq Azərbaycan Dövlət Universitetinə birləşdirildi.

1967-ci il

APİ-nin Naxçıvan filialı açıldı. 1972-ci ildə filialın bazasında Naxçıvan Pedaqoji İnstitutu yaradıldı.

1967-ci il

1968-1969-cu tədris ili

Pedaqoji İnstitutun Xankəndi filialı yaradıldı. 1973-cü ildə filialın bazasında müstəqil Xankəndi Pedaqoji İnstitutu təşkil edildi. 1989-cu ildə Xankəndi Pedaqoji İnstitutunun Azərbaycan bölməsi əsasında ADPİ-nin Şuşa fakültəsi yaradıldı. Fakültə 1991-ci ildə filiala çevrildi.

28 fevral 1973-cü il

indiki Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində ADPİ-nin 50 illiyi münasibətilə təntənəli yığıncaq keçirildi. Yığıncaqda Sov.İKP MK-nın Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev İnstitutun bayrağına “Qırmızı Əmək Bayrağı” ordenini taxdı (SSRİ AS RH 26.05.1972-ci il tarixli Fərmanı).

28 fevral 1973-cü il

23 dekabr 1981-ci il

indiki Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Sov.İKP MK-nın Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin iştirakı ilə V.İ.Lenin adına ADPİ-nin 60 illik yubileyi keçirildi.

1 aprel 1991-ci il

AR Nazirlər Kabinetinin 76 saylı qərarı ilə V.İ.Lenin adına ADPİ  Universitetə çevrildi. Həmin ilin noyabrında Universitetə Nəsrəddin Tusinin adı verildi.

1 aprel 1991-ci il

2006-2016-cı illər

ADPU-da imtahanlar Virtual Test Sistemi ilə elektron qaydada keçirilib.

20 aprel 2012-ci il

Azərbaycan Dövlət Pedaqoji Universitetinin 90 illik yubileyi keçirildi.

20 aprel 2012-ci il

26 noyabr 2015-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutu (AMİ) ADPU-ya qoşuldu və onun 7 filialı (Qazax, Zaqatala, Şəki, Quba, Ağcabədi, Cəlilabad, Şamaxı) ADPU-nun strukturuna çevrildi. Bir müddət sonra Qazax filialı Bakı Dövlət Universitetinə, Zaqatala filialı isə İqtisad Universitetinə birləşdirildi.

3 fevral 2016-cı il

Bakı Sənaye-Pedaqoji Kolleci Azərbaycan Dövlət Pedaqoji Kollecinə (ADPK) birləşdirilməklə ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci kimi fəaliyyət göstərməyə başladı.

3 fevral 2016-cı il

7 dekabr 2017-ci il

ADPU-da TÜRKSOY kafedrası fəaliyyətə başladı. Həmçinin Universitetdə YUNESKO Klub və “Amerika Guşəsi” (Şəki filialında) da fəaliyyət göstərir.

2018-ci il

“Clarivate Analytics” şirkəti tərəfindən ADPU inkişaf sürətinə görə son 3 ilin “Web of Science” bazasının “Ən mütərəqqi universitet” mükafatına layiq görüldü.

2018-ci il

31 yanvar 2020-ci il

ADPU və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı üzrə saziş imzalandı.

27 sentyabr – 10 noyabr 2020-ci il

ADPU-nun 13 məzunu Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəldi.

27 sentyabr – 10 noyabr 2020-ci il

17 aprel 2021-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin qeyd edil məsi haqqında” Sərəncam imzalamışdır. Sərəncama əsasən 2021-ci ilin 17 dekabrında Heydər Əliyev Mərkəzində Universitetin 100 illik yubileyi təntənəli mərasimlə qeyd olundu.

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin