Layihənin adı: “Azərbaycan ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE)
Maliyyələşdirən təşkilat: “Azərbaycan ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE)
Qrant nömrəsi: 101083269
İcra müddəti: 01.01.2023 – 31.12.2025
Layihənin əsas məqsədi: Layihənin əsas məqsədi Azərbaycanın müvafiq ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsindən, akademik heyətin və tələbələrin sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsindən və innovativ yanaşmanın təkmilləşdirilməsindən ibarətdir. Layihə çərçivəsində reallaşdırılması nəzərdə tutulan tədbirlər ali təhsil müəssisələrində daha çox innovativ ideyaların yaradılmasını, tədris prosesinin məzmununda praktik komponentlərin artırılmasını, startap fəaliyyətlərinin genişləndirilməsini və universitet-sənaye əməkdaşlığının inkişaf etdirilməsini nəzərdə tutur.
İnternet səhifəsi: https://engage.edu.az/
Layihədə ADPU-nun vəzifələri - ADPU tərəfindən görülmüş işlər:
- ADPU-da Sahibkarlıq və İnnovasiya Mərkəzinin yaradılması, restrukturizasiyası və modernləşdirilməsi;
- Yaradılmış mərkəzin müvafiq avadanlıqlarla təchiz olunması;
- ADPU-da sahibkarlıq fəaliyyətlərinə dair mövcud vəziyyətin təhlili üzrə İşçi Qrupun yaradılması;
- Bençmark metodologiyasının və sorğu anketinin hazırlanmasına dəstək olmaq;
- Bu sahədə ən yaxşı təcrübəni öyrənmək üçün Avropa İttifaqından olan tərəfdaş universitetlərə (benchmark) səfərlərin təşkili;
- Müqayisəli təhlil (benchmark) hesabatının hazırlanması. Hesabat nəticələrinin hədəf kütləyə çatdırılması məqsədilə milli konfransın təşkili;
- Tərəfdaş universitetlərdə innovasiya və sahibkarlıq üzrə strateji planın hazırlanması;
- Tərəfdaş universitetlərin sahibkarlıq fəaliyyətlərinin təkmilləşdirilməsi məqsədilə 3 illik fəaliyyət planının və nəzarət mexanizminin hazırlanması;
- Ali təhsil sistemində sahibkarlıq üzrə mükafatlandırma qaydalarının hazırlanması (ilin sahibkar tələbəsi, ilin sahibkar müəllimi, ilin sahibkar universiteti);
- Təltif üzrə müvafiq İşçi Qrupun yaradılması və 2 günlük seminarın təşkil olunması;
- Ali təhsil sistemində sahibkarlıq üzrə mükafatlandırma mərasiminin təşkili;
- Layihəyə başlama görüşü keçirilmiş və layihənin qarşısında duran vəzifələr və tapşırıqlar müzakirə edilmişdir;
- Universitetlərdə sahibkarlıq ekosisteminin qurulması üçün İsveç, Estoniya, Polşa və İspaniya təcrübəsi öyrənilmişdir.