26 avqust 1921-ci il
Azərbaycan XKS sədri Nəriman Nərimanovun imzaladığı 66 saylı “Birinci Azərbaycan Kişi Dövlət Pedaqoji İnstitutunun təsis edilməsi haqqında” dekret əsasında ölkəmizin ilk anadilli ali təhsil müəssisəsi yaradıldı. 15 noyabr 1921-ci il tarixində 6 tələbə, 8 müəllim ilə institutda ilk dərslər başlanıldı. 1924-cü ildə İnstitutun 28 nəfər məzunla ilk buraxılış oldu.
26 avqust 1921-ci il
1925-ci il
Ali Pedaqoji Kişi İnstitutu və Ali Pedaqoji Qadın İnstitutu inzibati cəhətdən birləşdirildi.
1927-1929-cu illər
İnstitut müvəqqəti olaraq Azərbaycan Dövlət Universitetinin tərkibində fəaliyyət göstərdi. Fəaliyyətini yenidən bərpa edərkən V.İ.Leninin adı ADPİ-yə verildi.
1927-1929-cu illər
19 sentyabr 1941-ci il - 1 oktyabr 1943-cü il
Pedaqoji İnstitut müvəqqəti olaraq Azərbaycan Dövlət Universitetinə birləşdirildi.
1967-ci il
APİ-nin Naxçıvan filialı açıldı. 1972-ci ildə filialın bazasında Naxçıvan Pedaqoji İnstitutu yaradıldı.
1967-ci il
1968-1969-cu tədris ili
Pedaqoji İnstitutun Xankəndi filialı yaradıldı. 1973-cü ildə filialın bazasında müstəqil Xankəndi Pedaqoji İnstitutu təşkil edildi. 1989-cu ildə Xankəndi Pedaqoji İnstitutunun Azərbaycan bölməsi əsasında ADPİ-nin Şuşa fakültəsi yaradıldı. Fakültə 1991-ci ildə filiala çevrildi.
28 fevral 1973-cü il
indiki Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində ADPİ-nin 50 illiyi münasibətilə təntənəli yığıncaq keçirildi. Yığıncaqda Sov.İKP MK-nın Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev İnstitutun bayrağına “Qırmızı Əmək Bayrağı” ordenini taxdı (SSRİ AS RH 26.05.1972-ci il tarixli Fərmanı).
28 fevral 1973-cü il
23 dekabr 1981-ci il
indiki Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Sov.İKP MK-nın Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin iştirakı ilə V.İ.Lenin adına ADPİ-nin 60 illik yubileyi keçirildi.
1 aprel 1991-ci il
AR Nazirlər Kabinetinin 76 saylı qərarı ilə V.İ.Lenin adına ADPİ Universitetə çevrildi. Həmin ilin noyabrında Universitetə Nəsrəddin Tusinin adı verildi.
1 aprel 1991-ci il
2006-2016-cı illər
ADPU-da imtahanlar Virtual Test Sistemi ilə elektron qaydada keçirilib.
20 aprel 2012-ci il
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 90 illik yubileyi keçirildi.
20 aprel 2012-ci il
26 noyabr 2015-ci il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutu (AMİ) ADPU-ya qoşuldu və onun 7 filialı (Qazax, Zaqatala, Şəki, Quba, Ağcabədi, Cəlilabad, Şamaxı) ADPU-nun strukturuna çevrildi. Bir müddət sonra Qazax filialı Bakı Dövlət Universitetinə, Zaqatala filialı isə İqtisad Universitetinə birləşdirildi.
3 fevral 2016-cı il
Bakı Sənaye-Pedaqoji Kolleci Azərbaycan Dövlət Pedaqoji Kollecinə (ADPK) birləşdirilməklə ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci kimi fəaliyyət göstərməyə başladı.
3 fevral 2016-cı il
7 dekabr 2017-ci il
ADPU-da TÜRKSOY kafedrası fəaliyyətə başladı. Həmçinin Universitetdə YUNESKO Klub və “Amerika Guşəsi” (Şəki filialında) da fəaliyyət göstərir.
2018-ci il
“Clarivate Analytics” şirkəti tərəfindən ADPU inkişaf sürətinə görə son 3 ilin “Web of Science” bazasının “Ən mütərəqqi universitet” mükafatına layiq görüldü.
2018-ci il
31 yanvar 2020-ci il
ADPU və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı üzrə saziş imzalandı.
27 sentyabr – 10 noyabr 2020-ci il
ADPU-nun 13 məzunu Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəldi.
27 sentyabr – 10 noyabr 2020-ci il
17 aprel 2021-ci il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin qeyd edil məsi haqqında” Sərəncam imzalamışdır. Sərəncama əsasən 2021-ci ilin 17 dekabrında Heydər Əliyev Mərkəzində Universitetin 100 illik yubileyi təntənəli mərasimlə qeyd olundu.