Layihənin adı: “Azərbaycan və Rusiya ali təhsil müəssisələrində tədris, təlim və qiymətləndirmə prosesinin daxili keyfiyyat təminatının təkmilləşdirilməsi” (IQAinAR)

Maliyyələşdirən təşkilat: Avropa Birliyinin ERASMUS + CBHE proqramı

Qrant nömrəsi: 619477-EPP-1-2020-1-NL-EPPKA2-CBHE-JP

İcra müddəti: 15.01.2021 – 14.01.2025

Layihənin əsas məqsədi:  Layihənin məqsədi universitet səviyyəsində tədrisin keyfiyyətini (müəllim meyarı - müəllimlərin peşəkar bacarıqlarını inkişaf etdirmək) və öyrənmə keyfiyyətini (tələbə meyarı - öyrənmə qabiliyyəti, ömürboyu təhsil, motivasiya) artırmaq, müəllimlər və tələbələr tərəfindən aparılan tədqiqatların keyfiyyətini (tədqiqat nəticələrinin nəzərdən keçirilən jurnallarda dərc edilməsi, tələbə araşdırmalarının təşviqi) yüksəltməkdir.

İnternet səhifəsi:  https://www.iqainar.org/

 

Layihədə ADPU-nun vəzifələri - ADPU tərəfindən görülmüş işlər:

  • Avropanın ali təhsil müəssisələrində ali təhsildə daxili keyfiyyət təminatının etalon təhlili;
  • Daxili Keyfiyyət Təminatının (DKT) yerli/regional səviyyədə ilkin öyrənilməsi;
  • ATM-də daxili keyfiyyət təminatının artırılması strategiyasının inkişafı və sınaqdan keçirilməsi.
  • Daxili keyfiyyət təminatı göstəricilərinin və qiymətləndirmə indikatorlrının yaradılması;
  • Təlim proqramlarının hazırlanması və ali təhsil mütəxəssislərinin QA sertifikatlaşdırılması (keyfiyyət mədəniyyətinin əsasları, mühazirələr, video dərsləri, IQAI təlimatları, məlumatların sistemli toplanması və təhlili üzrə məlumat idarəetməsi və s. daxil olmaqla təhsil modulları);
  • Tədqiqat iş proqramlarının hazırlanması (keyfiyyət mədəniyyətinin əsasları, mühazirələr, video və s. daxil olmaqla təhsil modulları);
  • Daxili keyfiyyət təminatı üzrə tərəfdaş universitetlərin heyətinin potensialının artırılması: təlim və sertifikatlaşdırma;
  • Ali təhsil müəssisələri və bütün maraqlı tərəflər üçün sərbəst girişi olan onlayn platformanın yaradılması və işə salınması;
  • Keyfiyyətin təminatı üzrə onlayn təlim proqramları: videolar (hadisələr, müsahibələr); təşviq; sənədləşmə.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search