planlasdirma

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektorluğun nəzdində fəaliyyət göstərən Beynəlxalq əlaqələr şöbəsi 1993-cü ildə yaradılmışdır. Beynəlxalq əlaqələr şöbəsi universitetin beynəlxalq əlaqələrini genişləndirmək, eyni zamanda dünyanın bir sıra nüfuzlu təhsil müəssisələri ilə əməkdaşlığının səmərəli inkişafını təşkil etməklə onun inteqrasiyasını təmin edir.Şöbə universitetin fəaliyyət istiqamətinə uyğun olaraq sahə üzrə beynəlxalq sənədlərin (saziş, anlaşma memorandumu, protokol, müqavilə) layihəsinin hazırlanması, xarici ali təhsil müəssisələri ilə və beynəlxalq təşkilatlarla əməkdaşlıq müqavilələri və anlaşma memorandumları imzalanması və imzalanmış sənədlər çərçivəsində tələbə-müəllim-işçi mübadiləsinin aparılması, beynəlxalq proqram və layihələrin idarə edilməsi, xarici müəllimlərin və tələbələrin, eləcə də proqram çərçivəsində gələn tələbələrin  viza və qeydiyyat məsələlərinin həllinə,  müxtəlif əlaqədar təhsil müəssisələri ilə yazışmalara, xarici tələbələr və müəllimlərlə il boyu tədbirlərin təşkilinə məsuldur. ADPU-nun beynəlxalq əlaqələrində beynəlxalq proqram və layihələrdə iştirak mühüm yer tutur. Beynəlxalq əlaqələr şöbəsi tərəfdaş olduğu beynəlxalq proqramlar “Erasmus+” və “Mövlanə” Mübadilə Proqramıdır.Hazırda şöbəyə Günay Məhərrəmova rəhbərlik edir. Əlavə olaraq şöbədə baş mütəxəssis Nurəngiz Mahmudova və mütəxəssis Rəna Həsənova, Rufanə Əhmədova, Gülnar Ələkbərova və Taisa Mamedova çalışır.

Strukturun yerləşdiyi inzibati bina: Səbail (Əsas) tədris korpusu

Otaq nömrəsi: 218

Əlaqə nömrəsi: (+994) 12 498 95 46

E-poçt: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Adı, soyadı, ata adı

Vəzifəsi

1.     

Günay Məhərrəmova İsmayıl

Şöbə müdiri

2.     

Nurəngiz Mahmudova Çingiz

Baş mütəxəssis

3.     

Rəna Həsənova Adil

Mütəxəssis

4.     

Əhmədova Rufanə Qılman

Mütəxəssis

5.     

Gülnar Ələkbərova Vüqar

Mütəxəssis

6.     

Taisa Mamedova Əhmədovna

Mütəxəssis

7.     

Məsmə Əliyeva Mustafa

Mütəxəssis

8.     

Nərgiz Səfərova Aslan

Mütəxəssis

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search