Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektorluğun nəzdində fəaliyyət göstərən Beynəlxalq əlaqələr şöbəsi 1993-cü ildə yaradılmışdır. Beynəlxalq əlaqələr şöbəsi universitetin beynəlxalq əlaqələrini genişləndirmək, eyni zamanda dünyanın bir sıra nüfuzlu təhsil müəssisələri ilə əməkdaşlığının səmərəli inkişafını təşkil etməklə onun inteqrasiyasını təmin edir.Şöbə universitetin fəaliyyət istiqamətinə uyğun olaraq sahə üzrə beynəlxalq sənədlərin (saziş, anlaşma memorandumu, protokol, müqavilə) layihəsinin hazırlanması, xarici ali təhsil müəssisələri ilə və beynəlxalq təşkilatlarla əməkdaşlıq müqavilələri və anlaşma memorandumları imzalanması və imzalanmış sənədlər çərçivəsində tələbə-müəllim-işçi mübadiləsinin aparılması, beynəlxalq proqram və layihələrin idarə edilməsi, xarici müəllimlərin və tələbələrin, eləcə də proqram çərçivəsində gələn tələbələrin viza və qeydiyyat məsələlərinin həllinə, müxtəlif əlaqədar təhsil müəssisələri ilə yazışmalara, xarici tələbələr və müəllimlərlə il boyu tədbirlərin təşkilinə məsuldur. ADPU-nun beynəlxalq əlaqələrində beynəlxalq proqram və layihələrdə iştirak mühüm yer tutur. Beynəlxalq əlaqələr şöbəsi tərəfdaş olduğu beynəlxalq proqramlar “Erasmus+” və “Mövlanə” Mübadilə Proqramıdır.Hazırda şöbəyə Günay Məhərrəmova rəhbərlik edir. Əlavə olaraq şöbədə baş mütəxəssis Nurəngiz Mahmudova və mütəxəssis Rəna Həsənova, Rufanə Əhmədova, Gülnar Ələkbərova və Taisa Mamedova çalışır.
Strukturun yerləşdiyi inzibati bina: Səbail (Əsas) tədris korpusu
Otaq nömrəsi: 218
Əlaqə nömrəsi: (+994) 12 498 95 46
E-poçt:
№ |
Adı, soyadı, ata adı |
Vəzifəsi |
1. |
Günay Məhərrəmova İsmayıl |
Şöbə müdiri |
2. |
Nurəngiz Mahmudova Çingiz |
Baş mütəxəssis |
3. |
Rəna Həsənova Adil |
Mütəxəssis |
4. |
Əhmədova Rufanə Qılman |
Mütəxəssis |
5. |
Gülnar Ələkbərova Vüqar |
Mütəxəssis |
6. |
Taisa Mamedova Əhmədovna |
Mütəxəssis |
7. |
Məsmə Əliyeva Mustafa |
Mütəxəssis |
8. |
Nərgiz Səfərova Aslan |
Mütəxəssis |