VAŞİNQTON UNİVERSİTETİNDƏ TƏHSİL İMKANI NƏDİR? 

“2019-2023-cü illər Azərbaycan ali təhsilinin rəqabətqabiliyyətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivsində ABŞ-ın Corc Vaşinqton Universiteti ilə birgə həyata keçirilən Təhsil ixtisasları üzrə beynəlxalq ikili diplom proqramı 

Proqramın məqsədi

Ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, təhsilin idarəedilməsi sahəsində Azərbaycanda yeni nəsil mütəxəssislər yetişdirmək, bu sahədə Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərini beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirmək.

Proqramın məzunları sahib olacaqlar

Təhsil sahəsində siyasi təhlil və inkişaf proqramlarını hazırlamaq; Mövcud layihələri tədqiqat alətləri ilə qiymətləndirmək; Beynəlxalq təcrübəni öyrənmək. 

Proqramın sonunda tələbələr hər iki universitetinin diplomuna sahib olacaqlar

CVU: Təhsil və insan inkişafı: Təhsil siyasəti və liderlik; 

ADPU: Menecment (təhsilin təşkili və idarəolunması)2 .

Proqram üzrə əsas sahələr:

- liderlik və menecment;

- tədqiqat, beynəlxalq təhsil;

- siyasi təhlil və inkişaf proqramları;

- tədrisin təşkili və idarə olunması.

Proqramın tədris dili ingilis dilidir.

Tədris ili 2 ildir.

 

“Biznesin təşkili və idarə olunması” (MBA) ixtisasının “Təhsilin təşkili və idarə olunması” ixtisaslaşması

2021-2022-ci tədris ilindən etibarən ADPU-da MBA 060409 – “Biznesin idarə edilməsi” (MBA) ixtisasının “Biznesin təşkili və idarə olunması (Təhsilin təşkili və idarə olunması) ixtisaslaşması üzrə qəbul aparılmağa başlamışdır.

“Biznesin idarə edilməsi” (MBA) ixtisasının Təhsilin təşkili və idarə olunması ixtisaslaşması üzrə proqramı müvəffəqiyyətlə tamamlayan məzunlar fərqli dövlət və özəl təhsil müəssisələrində təhsilin təşkili, müxtəlif səviyyəli təhsil müəssisəsinin idarə olunması sahəsində çalışa bilərlər. Həmçinin, təhsilin təşkili, planlaşdırılması və qiymətləndirilməsi üzrə mütəxəssis kimi fəaliyyət göstərə bilərlər.

Bununla yanaşı, əsas hədəf müasir əmək bazarı və cəmiyyətin tələblərinə uyğun, beynəlxalq rəqabətə davamlı peşəkar kadr hazırlığını təmin edəcək yeni məzmun və təlim infrastrukturunun yaradılmasını və dayanıqlığını stimullaşdırmaqdan ibarətdir.

Proqramın başqa bir məşğulluq sahəsi ali təhsil müəssisələridir. Dissertasiya işi müdafiə edən məzunlar doktorantura proqramlarında təhsillərinə də davam edə bilərlər. Məzunlar proqram çərçivəsində lazımi bilik və bacarıqları əldə etdikdən sonra ali təhsil müəssisələrində akademik heyətin üzvü olaraq çalışa bilərlər. Tədris Azərbaycan dilindədir. 2021-ci ildə tələbə qəbulu yalnız ödənişli əsaslarla aparılmışdır.

 

 

“Təlim və tədrisin təşkili və metodikası” (SABAH) ixtisaslaşması

2021-ci ildən Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə ali təhsilin magistratura səviyyəsi üzrə SABAH Magistratua layihəsi həyata keçirilir. ADPU-da 060119 Pedaqogika - “Təlim və tədrisin təşkili və metodikası”(SABAH) ixtisaslaşması həmin layihə çərçivəsində 2021-2022-ci tədris ilindən başlayaraq fundamental təlim və tədrisin təşkili və metodikası, pedaqoji problemlərin həlli, elmi-tədqiqat və elmi axtarışların aparılması sahəsində dərin bilik və bacarıqlara yiyələnən mütəxəssislərin yetişdirilməsi üçün yaradılmışdır.

Proqramı müvəffəqiyyətlə tamamlayan məzunlar fərqli dövlət və özəl təhsil müəssisələrində, o cümlədən ali təhsil müəssisələrində təlim və tədrisin dizaynı, təşkili, planlaması və qiymətləndirilməsi üzrə mütəxəssis kimi işləyə, Təhsil Nazirliyi başda olmaqla digər tabe qurumlarda müvafiq sahələr üzrə mütəxəssis və ya məsləhətçi olaraq da fəaliyyət göstərə bilərlər.

“Təlim və tədrisin təşkili və metodikası” (SABAH) ixtisaslaşmasına qəbul olunmaq üçün müsabiqədə bakalavriat səviyyəsini “Menecment” ixtisasını və “Təhsil ixtisasları” qrupu üzrə ixtisaslardan birini bitirən şəxslər iştirak edə bilərlər. Müəyyən olunmuş keçid balını toplamış namizədlərin ali təhsil müəssisəsinə qəbulu müvafiq təhsil müəssisəsi tərəfindən müsahibə əsasında aparılır. Bu ixtisaslaşma üzrə müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgədir, tədris Azərbaycan dilindədir. Tələbə qəbulu yalnız dövlət sifarişi əsasında aparılır.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search