Erasmus+ KA1 mübadilə proqramı xətti ilə Danimarkada təhsil almaq istəyən tələbələrimizin nəzərinə!

Kopenhagen Universitet Kolleci (Danimarka) ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında mövcud ikitərəfli Erasmus+ mübadilə proqramına əsasən, universitetimizin tələbələri 2023/2024-cü tədris ilinin  yaz semestri (5 ay) müddətində Danimarkada təhsilini davam etdirmək imkanı əldə edə bilərlər.

Kimlər müraciət edə bilər?
-    İngilis dili biliyi B2 olan tələbələr.
-    Bakalavr səviyyəsinin, əsasən, II və III tədris ilində təhsil alan tələbələri (IV tədris ilinin tələbələri öz razılıq ərizələri ilə)
-    Sertifikatı olan tələbələrə üstünlük veriləcəkdir.
-   Filologiya fakültəsinin “Xarici dil müəllimliyi (ingilis dili üzrə)”, Tarix və coğrafiya fakültəsinin “Sosial iş” və Məktəbəqədər təhsil fakültəsinin “Korreksiyaedici təlim” ixtisası üzrə II və III tədris ilində təhsil alan tələbələrə üstünlük veriləcəkdir.

Təqaüd səyahət və yaşayış xərclərini əhatə edir.
Qeyd edək ki, müsahibələr 10-15 sentyabr tarixlərində keçiriləcəkdir. Seçilən namizədlərin onlayn qeydiyyatı üçün son tarix 1 oktyabrdır.

Əlavə məlumat və müraciət üçün  kontaktlar:                                                                                                          
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.                                                                                       
Tel: +99412 493 48 16                                                                                                                                                     
ADPU, Əsas tədris binası, Beynəlxalq əlaqələr şöbəsi (Bakı, Üzeyir Hacıbəyli 68)     

🔴 Müraciət üçün son tarix: 10 sentyabr 2023-cü il

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search