8 aprel 2024-cü il tarixində saat 11:00-da ADPU-nun Xarici dillər mərkəzində Axundova Turan Rauf qızının "Qeyri-ixtisas universitetlərində ingilis dilinin tədrisində multimediya proqramlarından istifadə tələbələrin kommunikativ səriştəsinin formalaşdırılması vasitəsi kimi" mövzusunda 5801.01- Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işinin kafedra müzakirəsi keçiriləcəkdir.