Müsabiqə 2023-cü təqvim ili ərzində fəal, səmərəli elmi-pedaqoji fəaliyyət göstərərək yüksək elmi nəticələrə nail olmuş, nüfuzlu jurnallarda dərc edilmiş elmi məqalələri, monoqrafiya, dərslik, dərs vəsaiti, proqram və digər elmi əsərləri olan, eyni zamanda ADPU-nun və filiallarının ictimai-siyasi həyatında yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş perspektivli gənc müəllimlərin müəyyənləşdirilməsi və mükafatlandırılması məqsədilə keçirilir.
Müsabiqədə qaliblər 2 nominasiya üzrə “İlin gənc alimi və tədqiqatçısı” adını alır, diplom və pul mükafatları ilə təltif edilirlər:
Humanitar, ictimai, pedaqoji-psixoloji elmlər üzrə
I yer – 350 manat
II yer – 250 manat
III yer – 150 manat
Riyaziyyat və təbiət elmləri üzrə
I yer – 350 manat
II yer – 250 manat
III yer – 150 manat
Müsabiqəyə təqdim olunan sənədlər ADPU Elmi şurasının nəzdindəki Elm komissiyası tərəfindən aşağıda göstərilən meyarlar üzrə qiymətləndiriləcək:
- Çap olunmuş elmi əsərlər (elmi məqalə, monoqrafiya, dərslik, dərs vəsaiti və s.);
- Dissertasiya işinin müdafiəsi (avtoreferat və ya diplomun surəti);
- 2023-cü ildə topladığı reytinq balı (Keyfiyyətin təminatı şöbəsi tərəfindən təsdiqlənmiş arayış əsasında);
- Elmin populyarlaşdırılması istiqamətində fəaliyyət, müxtəlif yığıncaqlarda, konfrans və dəyirmi masalarda, ictimaiyyətlə görüşlərdə çıxışlar, TV, radio, KİV-lərdə müsahibələr, məqalələr (iştirakı təsdiqləyən material və ya link göstərilməklə)
- Beynəlxalq və Respublika elmi konfranslarında iştirakı;
- Nüfuzlu elmi jurnallarda dərc olunmuş məqalələr;
- ADPU-nun ictimai həyatında fəallığı, təlimlərdə iştirakı, elmi-təşkilati və pedaqoji fəaliyyəti;
- Digər uğurlar.
Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlər 30 aprel 2024-cü ilə qədər ADPU-nun Elmi-təşkilati şöbəsinin Elmi nəşrlər bölməsinin baş mütəxəssisi Vəfa Əhmədovaya təqdim edilməlidir (Bakı şəhəri, Ü.Hacıbəyli 68, otaq 221).
Müsabiqədə ADPU və onun filiallarında elmi və elmi-pedaqoji fəaliyyət göstərən yaşı 40-a qədər olan şəxslər iştirak edə bilərlər.
Əlavə məlumat: +99412 493-49-51
ADPU-nun Elm və innovasiyalar üzrə prorektorluğu