Previous Next

“Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” üzrə məlumatlandırma sessiyası

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim–tədris mərkəzi tərəfindən “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” üzrə məlumatlandırma sessiyası təşkil edilir

     Məlumatlandırıcı sessiyanın məzmunu:

  • Əsas anlayışlar
  • Kvalifikasiya nədir?
  • Kvalifikasiyalar Çərçivələri təsnifatı
  • Milli Kvalifikasiyalar Çərçivəsi
  • AzMKÇ
  • Sual & cavab 

     Sessiyada iştirak edə bilər:

  • Ali və orta ixtisas təhsili müəssisələrinin təhsilverənləri;
  • Özəl təhsil müəssisələrinin təhsilverənləri;
  • Pedaqoji sahədə bakalavr səviyyəsində yuxarı kursda təhsil alanlar və magistrantlar;
  • Təhsilin idarəolunması ixtisasları üzrə bakalavr səviyyəsində yuxarı kursda təhsil alanlar və magistrantlar.

Təlimçi: Gülnar Tahirli (Azərbaycan Respublikasının Təhsil İnstitutu, Peşə və ömürboyu təhsil şöbəsinin əməkdaşı, karyera məsləhət xidməti üzrə təlimçi)

Tarix və məkan: 11 oktyabr saat 11:00, ADPU-nun əsas tədris binasının kiçik akt zalı

Qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil olun: https://docs.google.com/forms/d/1YuaXs1GsPrU3q8o0LBb1BvKpDhXIffWdW7u6fQWOL0Y/edit

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search