17 mart 2025-ci il tarixində saat 11:00-da ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının dissertantı Mələk Əlislam qızı Zamanovanın “İbtidai təhsil səviyyəsində təlimə sinergetik yanaşmanın nəzəriyyəsi və təcrübəsi” mövzusunda 5804.01 - Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi ixtisasında pedaqogika elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün BED 2.15 Dissertasiya Şurasına təqdim edilmiş dissertasiya işinin elmi seminarı keçiriləcəkdir.
ADPU, əsas bina, Kiçik zal
Ünvan: AZ1000, Bakı ş., Üzeyir Hacıbəyli küçəsi 68