11 aprel 2025-ci il tarixində saat 13:00-da ADPU-nun Biologiya və onun tədrisi texnologiyası kafedrasının doktorantı Hacıyeva Vüsalə Elxan qızının “Ümumtəhsil məktəblərinin VI-IX siniflərində biologiya fənninin digər təbiət fənləri ilə əlaqəli tədrisi üzrə işin sistemi” mövzusunda 5801.01 – Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (Biologiyanın tədrisi metodikası) ixtisasında pedaqogika elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işinin müzakirəsi keçiriləcəkdir.