Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistratura səviyyəsinə qəbul olmuş bakalavrlarin nəzərinə

2022-2023-cü  tədris ilində ADPU-nun magistratura səviyyəsinə qəbul olunmuş şəxslərin qeydiyyatı 15.07.2022-ci il saat 12:00-da başlayacaq və 25.07.2022-ci il saat 12:00-da başa çatacaq. Qəbul olunmuş bakalavrlar tələb olunan sənədlərlə elektron qeydiyyatdan keçməli və tədris ilinin ilk həftəsində həmin sənədləri universitetin Magistratura və doktorantura şöbəsinə təqdim etməlidirlər.

Elektron qeydiyyat üçün https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.

Elektron qeydiyyat üçün PDF formatında portala yüklənməsi tələb olunan sənədlər aşağıdakılardır:

  • Şəxsiyyət vəsiqəsi (notarial qaydada təsdiq olunmuş);
  • Bakalavr diplomu (notarial qaydada təsdiq olunmuş);
  • Bakalavr diplom əlavəsi (notarial qaydada təsdiq olunmuş);
  • 2022-ci ilin məzunları üçün ali məktəbi bitirmələri haqqında arayış;
  • Təhsil haqqının ödəniş qəbzi;

(təhsil haqqından azad olunan şəxslər ona əsas yaradan müvafiq sənədlərin əslini və notarial qaydada təsdiq olunmuş surətlərini qeydiyyat tarixlərində universitetə gələrək şəxsən təqdim etməlidirlər);

  • Mobil və ev telefon nömrələri;
  • 3×4 ölçüdə 4 ədəd şəkil;

 

Siyahıda göstərilən bütün sənədlər tədris ilinin ilk həftəsində ADPU-nun Magistratura və doktorantura şöbəsinə təqdim olunmalıdır (o cümlədən, şəxsiyyət vəsiqəsi, diplom, diplom əlavəsinin hərəsindən notarial qaydada təsdiq olunmuş 3 nüsxə və ödəniş qəbzinin surəti).

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Magistratura və doktorantura şöbəsi

Ünvan: Bakı şəh., Həsən Əliyev küçəsi, 104, ADPU-nun 2 saylı tədris binası, otaq 313

Əlaqə telefonu: (+99412) 465 81 53

 

QEYD: ÖDƏNİŞLİ ƏSASLARLA QƏBUL OLUNMUŞ AŞAĞIDAKI ŞƏXSLƏR TƏHSİL HAQQINI ÖDƏMƏKDƏN AZAD OLUNURLAR

1.“MƏCBURİ KÖÇKÜN” STATUSU OLAN AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLARI.

Dövlət Ali və orta ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 4 avqust  2003-cü il 1308 nömrəli Sərəncamı.“Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2011-ci il tarixli Sərəncamı.

Tələb olunan sənədlər:

1.Rektorun adına ərizə

2. Şəxsiyyət vəsiqəsinin surəti – 2ədəd

3. ”Məcburi köçkün” statusunu əks etdirən sənədin (tələbənin və atasının) notarial qaydada təsdiq olunmuş surəti -2 ədəd

4. Ailə tərkibi haqqında arayış

---------------------------------------------------------------------------------------------------------------------------------------------------

2.”ŞƏHİD” AİLƏSİ STATUSUNU ALMIŞ AİLƏNİN ÜZVÜ.

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa əlvə edilmə barədə Azərbaycan Respublikası Qanunu: 12 sentyabr 2003-cü il¹ 499 İİQD

  • “Şəhid” ailə üzvləri aşağıdakılar hesab olunurlar;
  • arvadı (əri);
  • valideynləri;
  • 18 yaşına çatmamış və uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladları;
  • qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar;
  • babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa;
  • əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasındatəhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.

Tələb olunan sənədlər:

1.Rektorun adına ərizə

  1. Şəxsiyyət vəsiqəsinin surəti – 2 ədəd
  2. “Şəhid” statusu barədə sənədin notarial qaydada təsdiq olunmuş surəti -2 ədəd
  3. Tələbənin doğum haqqında şəhədətnaməsinin surəti -2 ədəd
  4. Şəhidin ölüm haqqında şəhədətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti -1 ədəd
  5. Ailə tərkibi haqqında arayış

-------------------------------------------------------------------------------------------------------------------  

3. “AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİ BÜTÖVLÜYÜNÜN, MÜSTƏQİLLİYİNİN VƏ KONSTİTUSIYA QURULUŞUNUN MÜDAFİƏSİ ZAMANI ƏLİL OLMUŞ VƏ AZƏRBAYCAN RESPUBLİKASININ AZADLIĞI, SUVERENLİYİ VƏ ƏRAZİ BÜTÖVLÜYÜ UĞRUNDA HƏLAK OLAN, HƏRBİ ƏMƏLIYYATLA ƏLAQƏDAR İTKİN DÜŞƏN VƏ MƏHKƏMƏ TƏRƏFİNDƏN ÖLMÜŞ ELAN EDİLƏN VƏTƏNDAŞLARIN UŞAQLARININ TƏHSİL XƏRCLƏRİNİN ÖDƏNİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 18 MART 2014-cü IL TARİXLİ SƏRƏNCAMI.

Tələb olunan sənədlər:

1.Rektorun adına ərizə

2. Şəxsiyyət vəsiqəsinin surəti – 2 ədəd

3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşın əlilliyi barədə (TSEK –in arayışı) sənədinsurəti -2 ədəd

4.Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəxsin ölüm haqqında şəhədətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti -2 ədəd

5. Hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən  şəxs barədə sənədin notarial qaydada təsdiq olunmuş surəti - 2 ədəd.

6. Ailə tərkibi haqqında arayış

7. Tələbənin doğum haqqında şəhədətnaməsinin surəti – 2 ədəd

---------------------------------------------------------------------------------------------------------------------

4. VALİDEYNLƏRİNİ İTİRMİŞ VƏ VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLMUŞ  23 YAŞADƏK UŞAQLAR.

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 22 iyun 1999-cu il tarixli Qanunu (maddə 5).

“Təhsil haqqında” Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli Qanunu (maddə 14-8-1).

valideynlərini itirmiş uşaqlar - hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslərdir;

valideyn himayəsindən məhrum olmuş uşaqlar - hər iki valideyni:

məlum olmayan;

valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan;

xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən;

cəzaçəkmə müəssisələrində cəzasını çəkən;

uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən;

uşaqlarını tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi və digər analoji müəssisələrdən götürməkdən imtina edən;

qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir.

Bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər;

valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər - valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali və orta ixtisas təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir;

Bu qəbldən olan şəxslər təhsil aldıqları müddətdə dövlət təminatına götürülür, onların təhsil xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir və təqaüdün 2 mislindən az olmayan miqdarda təqaüdlə təmin olunurlar.

Tələb olunan sənədlər:

1.Rektorun adına ərizə

2. Şəxsiyyət vəsiqəsinin surəti – 2 ədəd

3. Vəfat etmiş valideynin ölümşəhədətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti - 2 ədəd

4. Bir valideyni vəfat etmiş digər valideynin I və II qrup əlil olan şəxsin tibbi sosial ekspert komissiyası tərəfindən təqdim olunan arayış (TSEK)  -2 ədəd

---------------------------------------------------------------------------------------------------------------------

5. I VƏ II QRUP ƏLİLLİYİ OLAN ŞƏXSLƏRİN, HABELƏ SAĞLAMLIQ İMKANLARI MƏHDUD 18 YAŞADƏK UŞAQLARIN TƏHSİL HAQQI XƏRCLƏRİNİN ÖDƏNİLMƏSI HAQQINDA AZƏRBAYCAN RESPUBLIKASI PREZİDENTİNİN 3 MAY 2019-cu İL TARİXLİ SƏRƏNCAMI.

(ARK-nın 109-cu maddəsinin 32-ci bəndi)

    Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavr və magistratura(əsas baza alı tibb təhsili və rezidentura) təhsil səviyyələrində,  Milli Elmlər Akademiyası magistratura səviyyəsində və orta ixtisas təhsilli müəssisələrində ödənişli əsaslarla təhsil alan I və II dərəcə əliliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təhsil haqqı xərcləri 2019-2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin.

Tələb olunan sənədlər

1.Rektorun adına ərizə

2. Şəxsiyyət vəsiqəsinin surəti – 2 ədəd

3. I və II qrup əliliyi olan tələbələrin tibbi sosial ekspert komissiyası tərəfindən təqdim olunmuş arayışı (TSEK)  -2ədəd.

 

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Magistratura və doktorantura şöbəsi

Ünvan: Bakı şəh., Həsən Əliyev küçəsi, 104, ADPU-nun 2 saylı tədris binası, otaq 313

Əlaqə telefonu: (+99412) 465 81 53

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search