23 may 2025-ci ildə ADPU-nun Şamaxı filialında Seyid Əzim Şirvaninin anadan olmasının 190 illiyinə həsr olunmuş “Aləmdə səsim var mənim” Respublika elmi konfransı keçiriləcəkdir.
KONFRANSDA İŞTİRAK ŞƏRTLƏRİ
Yalnız konfransın təqviminə müvafiq olaraq tezisləri təqdim olunmuş, həmçinin konfransda çıxış edən müəlliflər rəsmi sertifikat əldə edəcək və məqaləsi konfrans materiallarına daxil olunacaqdır.
Konfransda iştirak ödənişsizdir. Qonaqlama və kitabın çapı müəllifin öz hesabınadır. Konfrans materiallarının çap olunmuş variantını arzu edənlər tezis göndərərkən bildirmələri xahiş olunur.
KONFRANSIN İSTİQAMƏTLƏRİ
Ədəbiyyatşünaslıq
Dilçilik və onun aktual problemləri
Tarix və coğrafiya elmləri
Pedaqogika və psixologiya elmləri
Təbiət elmləri
KONFRANSIN TƏQVİMİ
Tezisin göndərilməsi üçün son tarix: 15 may 2025-ci il
Tezisin qəbulunun cavablandırılması və proqram göndərilməsinin son tarixi: 16 may 2025-ci il
Konfransın keçirilmə tarixi: 23 may 2025-ci il
KONFRANSIN İŞÇİ DİLİ
Azərbaycan
TEZİSİN YAZILMA QAYDALARI
Mətnin formatı: Microsoft Word (*.doc, *.docx)
Səhifənin formatı: A4
Oriyentasiya: kitab
Sahələr (yuxarı, aşağı, sol, sağ): 2 sm
Şrift: Times New Roman, 12 punt
Sətirlərarası interval: 1.5 sm
Paraqraf: 1,25
Tezisin həcmi: 3-5 səhifə
TEZİSİN TƏRTİBATI
Tezisin adı (böyük hərflərlə, qalın şriftlə, ortada, şrift 12)
Müəllifin adı, soyadı və ata adı. (kiçik hərf, qalın şrift, sağ tərəfdə, şrift 10)
Elmi dərəcə, elmi ad, vəzifə, e-poçt ünvanı, mobil nömrə (kiçik hərflər, sağ tərəfdə, şrift 10)
İş (təhsil) yeri (kiçik hərflər, sağ tərəfdə, şrift 10)
Tezisin təqdim olunduğu istiqamət (Nümunə: Təbiət elmləri)
Xülasə (Azərbaycan və İngilis dilində, şrift 12)
Açar sözlər (5-7 söz, şrift 12)
Bir sətir aralı
Əsas mətn
Mətndə ədəbiyyata istinadın formatı: (5, səh. 100)
Ədəbiyyat siyahısı mətnin sonunda “İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT” adı ilə verilir və əlifba
sırası ilə tərtib edilir
Tezislər
Əlaqə:
Azərbaycan Respublikası, Şamaxı şəhəri
İş vaxtı: 0900 – 1730
İş: + 994 20 26 9 61 24
Mobil: + 994 51 624 50 75