Previous Next

“Qərarvermə, problem həll etmək və risk menecment” təlimi

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim–Tədris Mərkəzi “Qərarvermə, problem həll etmək və risk menecment” adlı təlim təşkil edir.

Təlim zamanı iştirakçılara qərarvermənin xüsusiyyətləri, qərarın növləri, qərarların qəbul edilməsi prosesi, doğru qərar verməyə mane olan faktorlar, qərar qəbul etmə modelləri və texnikaları, idarəetmə prosesində qərarlar, qərarvermə zamanı yaranan problem həll etmə yolları, problem həll etmə zamanı zəruri olan addımlar, qərar qəbul etmədə liderin və rəhbərin iştirakı haqqında məlumat veriləcək, bacarıqlar aşılanacaq.

Təlim 1-ci dərəcəli dövlət qulluqçusu, dosent Afaq Hüseyn tərəfindən aparılacaq.

Təlim müəllim və tələbə heyəti üçün nəzərdə tutulub.

Təlimin sonunda iştirak edənlər sertifikatla təmin olunacaq.

Qeydiyyat:

https://docs.google.com/forms/d/1Omo-Kpr7Pn8QOpiqqwKPXl64j73tvXvneM3p9UwpVx8/edit#responses

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search