Doktorantların və gənc tədqiqatçıların XXV Respublika elmi konfransı haqqında elan

Azərbaycan Respublikasının Təhsil İnstitutu 2022-ci il noyabrın 23-24-də doktorantların və gənc tədqiqatçıların XXV Respublika elmi konfransını keçirir.

NASCO-nun keçirilməsində əsas məqsəd doktorantların və gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır. 

ARTİ tərəfindən konfransa müraciət qaydalarını ətraflı şəkildə izah etmək və mövcud sualları cavablandırmaq məqsədi ilə 14 sentyabr 2022-ci il saat 17:00-da doktorantlar və gənc tədqiqatçılar üçün onlayn infosessiya təşkil olunacaqdır.

Sözügedən konfrans haqqında bu https://www.arti.edu.az/az/newsd/1614-doktorantlarin-va-ganc-tadqiqatcilarin-xxv-respublika-elmi-konfransi-kecirilacak    keçiddən ətraflı məlumat əldə edə bilərsiniz.

Infosesiyada iştirak etmək üçün qeydiyyat formasına keçid: https://forms.office.com/r/1xnHkWYQQ5

Sözügüdən onlayn infosessiyada iştirak etmək üçün öncədən qeydiyyatdan keçmək vacibdir. Qeydiyyatdan keçmiş şəxslərə onlayn infosessiyaya qoşulmaq üçün elektron poçt vasitəsi ilə 13 sentyabr 2022-ci il tarixindən gec olmayaraq keçid göndəriləcəkdir.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search