The Global Undergraduate Exchange Program (Global UGRAD) proqramı!

ABŞ səfirliyi UGRAD proqramı elan edib. The Global Undergraduate Exchange Program (Global UGRAD) ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri Bürosu tərəfindən maliyyələşdirilir. Sözügedən proqram ABŞ-ın təyin olunmuş kollec və ya universitetində dərəcəsiz akademik təhsilin bir semestri üçün tam maliyyələşdirilən təqaüddür. Proqram zamanı Qlobal UGRAD iştirakçıların əsas məqsədi Amerika cəmiyyətini, mədəniyyətini və akademik təhsilini araşdırmaqdır, ictimai işlərdə iştirak edib, peşəkar bacarıqlarını artırmaqdır.
Sənəd qəbulu 15 dekabr 2022 - ci il tarixinədək həyata keçiriləcək.
The Global Undergraduate Exchange Program haqqında ətraflı məlumatı https://webportalapp.com/sp/closed/ugrad_student_application_2023https://az.usembassy.gov/ugrad/ bu keçidlərdən əldə edə bilərsiniz.
Programda iştirak etmək istəyənlər Beynəlxalq əlaqələr şöbəsinə məlumat vermələrini xahiş edirik.

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı, Səbail, AZ1000

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin