Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən 23 dekabr tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetində tələbələr üçün “Tələbə İnkişaf Platforması (TİP)” çərçivəsində növbəti “TİPx 7: Yenilən” konfransı keçiriləcək.
Məqsəd tələbələri karyera planlamasında vacib olan - hədəflərin təyini, davamlı vərdişlərin, təqdimat bacarıqlarının formalaşdırılması kimi bacarıqlar barədə məlumatlandırmaq, ixtisas sahəsini dəyişmək istəyənlərə cəsarətli olmaq, özünə inanmağın işin başlanğıcı olduğunu aşılamaqdan ibarətdir.
Tədbirin spikerləri və mövzuları:
- “Dəyişiklik inanmaqdan başlayır” - Dövlət Məşğulluq Agentliyinin İdarə heyəti sədrinin müşaviri Kamil Bayramlı;
- “Yeni ildə necə daha irəli gedək?” - Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının müdiri Toğrul Ələkbərov;
- - "Mental sağlamlığımız: fərqindəlik və cavabdehlik" - Sosial-kriminal psixoloq, təlimçi Nərmin İsazadə;
- “Müasir dövrün açar sözləri” – “Learnex” Tədris Mərkəzinin həmtəsisçisi, natiqlik üzrə kouç, müəllif Coşqun Kərimov
Konfransa müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri qatıla bilər. İştirak üçün onlayn qeydiyyat formasını doldurmaq tələb olunur. Seçilmiş iştirakçıların elektron poçt ünvanlarına dəvət məktubu göndəriləcək.
Son qeydiyyat tarixi: 19 dekabr, 2022
Qeydiyyat linki: http://shorturl.at/rBKMX
Keçirilmə tarixi: 23 dekabr, saat 15:00
Məkan: Azərbaycan Dövlət Pedaqoji Universiteti (Üzeyir Hacıbəyli küç, 68)